• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-06-2025, 15:09

Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

Estetik cərrahiyyə sahəsində baş verən qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.

Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.
Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılova adlı xanımdır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.
Nərmin xanım başına gələnləri bizə danışıb:
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

"Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi.
İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. "Problem deyil, belə hallar olur", dedi. Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, "heç bir problem olmayacaq" cavabını verdilər. Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ prişiklər çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var - nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

Sonra dedi ki, "mən xaricə uçuram, qızların yanına get". Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim. Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir - onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O dedi ki, "sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu?" Cavab verdim ki, "heç nə olunmur". O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı. Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, "təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər". Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim. Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, "siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiz?" Cavab verdi ki, "sən danışığını bilmirsən". Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım - aparatılara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur".
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

Nərmin xanım bildirib ki, Rəna Soltanova ilə bağlı heç yerə şikayət etməyib:
"Heç yerə şikayət etməmişəm. Amma bu qədər laqeydlik göstərdi, heç bir məsuliyyət hiss etmədi. Mənə lazım deyil ki, həftədə bir dəfə mesaj yazıb "necəsən" deyə soruşsun. Əsas məsələ məsuliyyətini dərk etmək və yaranmış ziyanı aradan qaldırmaq idi. Amma heç nə etmədi. Turizm sahəsində çalışıram, yaxşı maaşım var. Amma azı 5 ay işsiz qaldım, külli miqdarda maddi zərər gördüm".
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

Nərmin xanım həmçinin Rəna Soltanovanın daha bir qeyri-qanuni davranışını da açıqlayıb:
"Burnuma iynə vurdu və dərmanın yarısını soyuducuya qoydu. 3-4 həftə sonra yenidən yanına getdim. Soyuducuda saxladığı yarımçıq preparatı mənə yenidən vurmaq istədi. Dedim ki, "onsuz da burnum zədəlidir, bunu niyə vurursan? Başqasını istifadə et". Dedi ki, "sən bilmirsən, biz preparatları soyuducuda saxlayıb sonra istifadə edirik, problem olmur". Flakonun üzərində adımın yazıldığını görmədim, amma preparat da yarımçıq idi. Vurmağa icazə vermədim, yeni iynə açdırdım".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Laser Beauty Estetik Klinikası"nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.
Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.(Qaynarinfo)
Aydın
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim" -FOTOLAR

Oxunub: 73
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-05-2025, 09:42

“Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-04-2025, 11:23

Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-03-2025, 15:33

Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-03-2025, 17:30

"Laser Beauty Estetik" lisenziyası ləğv edilir -Rəsmi şəxslərə telefon çırpan Rəna Soltanova ilə bağlı Qərar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

27-01-2025, 16:09

Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
Hadisə
Dün, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
Son xəbərlər
  • Dün, 16:53
    Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik
  • Dün, 16:25
    Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
  • Dün, 15:43
    Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
  • Dün, 15:08
    Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
  • Dün, 14:27
    Sabah dörd şəhər və rayonda qaz olmayacaq
  • Dün, 13:45
    Bakıda istifadəsiz tikilidə yanğın baş verib
  • Dün, 13:11
    Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
  • Dün, 12:33
    İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
  • Dün, 11:58
    Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
  • Dün, 11:34
    Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb
  • Dün, 10:36
    Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
  • Dün, 09:53
    Ədalət Mədətoğlu vəfat etdi – FOTO
  • Dün, 09:23
    BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
  • Dün, 08:59
    Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
  • 17-08-2026, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • 17-08-2026, 18:04
    Samuxda bir nəfər kanalda batıb
  • 17-08-2026, 17:19
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • 17-08-2026, 16:44
    Nikah və boşanmaların sayı azalıb
  • 17-08-2026, 16:22
    Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
  • 15-08-2026, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • 15-08-2026, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • 15-08-2026, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • 15-08-2026, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • 15-08-2026, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • 15-08-2026, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • 15-08-2026, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • 15-08-2026, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • 15-08-2026, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • 14-08-2026, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • 14-08-2026, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • 14-08-2026, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 14-08-2026, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • 14-08-2026, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • 14-08-2026, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə