![]()
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni təsdiqləyib.
Qeyd edək ki, hər iki sənəd 2026-cı il avqustun 23-ü Daşkənd şəhərində imzalanıb.