• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

Dün, 17:29

Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur

“DogruXeber.az” saytı bir neçə gün əvvəl Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı araşdırma yazısının ilk hissələrini dərc etmişdi. Məlumatların çoxluğu və narahatlıq doğuran məzmunu nəzərə alaraq, redaksiyamız məsələni mərhələli şəkildə ictimaiyyətə təqdim etmək qərarında olduğunu bəyan etmişdi.

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Pandemiya dövründə qanunsuz “məktəb”

2020-2021-ci tədris ilində pandemiya səbəbilə Nazirlər Kabinetinin qərarına əsasən, 10-11-ci siniflərdə əyani dərslər qadağan edildiyi halda, Piral kənd məktəbinin direktoru Ağamət Ağamətov bu qadağaları açıq şəkildə pozmuşdur. Belə ki, kəndin mərkəzindəki Nəsrullayev Fərhada (anasına məxsus olduğu bildirilir) aid boş bir mağaza binası – hazırda çayxana kimi fəaliyyət göstərən bu məkan – tədris ocağına çevrilmişdir. Məktəbdən parta, yazı taxtası, stul və digər avadanlıqlar oraya daşınaraq müəllimlər burada dərs keçməyə “gönülsüz könüllü” kimi cəlb olunmuşdur.

Yəni, Piral məktəbinin rəhbərliyi pandemiyanı da öz xeyrinə “yaradıcı şəkildə” şərh etməyi bacarıb. Bu da bir istedad növüdür, amma hüquqa zidd istedad!

Bu, təkcə Elm və Təhsil Nazirliyinin deyil, birbaşa Nazirlər Kabinetinin pandemiya rejiminə dair verdiyi 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli qərarın açıq-aşkar pozulması deməkdir. Təhlükəsizliyə tüpürmək, qaydaları kağız parçası kimi görmək – daha nə lazımdır ki tədbir görülsün?

“DogruXeber.az” redaksiyasına təqdim olunan məlumatlarda məktəbdə şagirdlərdən və müəllimlərdən pul yığımı o qədər normallaşıb ki, artıq bəziləri bunu məktəbin “büdcə planlaması” sanır.

Məsələn, 2020-2021-ci ildə 6-cı sinif şagirdi Natella Orucova "qapının zamoku" üçün pul yığmış, sonradan bu pul “gözəgörünməz qüvvələr tərəfindən” yox olmuş, məsuliyyət isə günahsız bir şagirdin – Gülmətova Maya Cavanşir qızının üzərinə atılmışdır. Uşaqdan yazılı izahat alınıb, qorxuya salınıb. Görünür bu məktəbdə pedoqoji yanaşma yox, protokol və ittiham ruhu ilə işlənir. Deyəsən, uşaqları dərsdən çox “təhqiqat üsulları”na alışdırırlar.

2 iyun 2021-ci ildə isə direktor müavini A.Kiçibəyov – yəni direktorun xalasının əri – müəllimlər otağında "qəzet pulu" adıyla hər müəllimdən 5 manat toplamışdır. Qanunsuzluğa etiraz edən müəllimlər (məsələn, Mikayılov Kamran) isə təzyiqlə üzləşmişdir. Elə həmin gün VI sinifdə şəkil və vinetka üçün hər uşaqdan 2 manatdan olmaqla 50 manat pul yığılmışdır.

2024-2025-ci dərs ilində “Son zəng” tədbiri üçün 11-ci sinif şagirdlərindən 30 manatdan pul yığılmışdır. Amma bu adi tədbir deyildi – musiqiçilər dəvət olunmuş, mərasim isə bərli-bəzəkli, sanki toy ab-havasında keçmişdir. Təhsil Nazirliyinin rəsmi qadağasına rəğmən bu şənlik keçirilib, sonra isə Qusar şəhərindəki restoranların birində “ikinci hissə” davam edib. Deyəsən, təhsil yox, əyləncə mərkəzi idarə olunur – direktor bəyin başçılığı ilə.

2025-ci ilin mayında kənd stadionunda təşkil edilən idman yarışları üçün də şagirdlərdən pul toplanıb – 10-cu sinifdə Natella Orucova 10 manatdan, 11-ci siniflərdə isə daha yüksək məbləğ yığılıb. Yəni, məktəb rəhbərliyi pul yığımı işini elə sistemli və ardıcıl aparır ki, bu tempə banklar da həsəd aparar. “Yığırsansa, dolu yığ!” – Piral məktəbinin devizi bu kimi görünür.

Və ən acınacaqlısı – məktəb rəhbərliyi bu proseslərə nəzarət etməli olduğu halda, sadəcə izləyici mövqeyində dayanır. Sanki “kim nə qədər yığır” yarışına dəstək verirlər.

Nazirlər Kabinetinin 332 nömrəli qərarının 4.2.1 bəndinə görə, pandemiya dövründə yalnız 65 yaşdan aşağı olan təhsilverənlər dərsə cəlb edilə bilər. Lakin Piral məktəbi yenə də bu tələbi öz bildiyi kimi “şərh edib”: 68 yaşlı Hikmət Hüseynov – 3 ildir təhsildən uzaq olan, əvvəlki iş yeri Qusar şəhər 3 saylı məktəb olan – 2020-2021-ci dərs ilində dərsə cəlb olunub. Görünür, məktəb rəhbərliyi düşünür ki, “yaşlı adam yaxşı adamdır” və ya “təcrübə hər şeydir, qanunlar isə detal”. Təhlükəsizlik? Sağlamlıq? Qanunlar? – keçin bunları!

Elm və Təhsil naziri Emin Əmrullayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev – sizə sualımız var: bu qədər fakt, bu qədər pozuntu qarşısında niyə hələ də susursunuz? Piral məktəbi artıq bir ailənin “şəxsi müəssisəsi”nə çevrilib, məktəbdə dərs yox, qohumluq şəbəkəsi, büdcə balansı və şübhəli ödənişlər idarə olunur. Bu bir kənd məktəbi deyil, elə bil ki, ailədaxili şirkətdir – “Piral & Co” MMC!

“DogruXeber.az” olaraq, bu özbaşınalığın durdurulmasını tələb edirik. Təhsil sahəsi şəxsi maraqların və pul yığımının deyil, gələcəyin formalaşdığı sahədir. Amma burada gələcək yox, qazanc təfəkkürü hökm sürür.

Növbəti yazımızda direktor Ağamət Ağamətovun fəaliyyətinin daha qaranlıq, daha “yaradıcı” detallarına toxunacağıq.

“DogruXeber.az”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-06-2025, 19:48

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-09-2024, 09:15

Azərbaycanda ilk dərs günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-09-2023, 09:16

Bu gün Azərbaycanda Bilik günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-02-2024, 15:00

248 saylı tam orta məktəbində ÖZBAŞINALIQ - Xəyyam Fərəcov aylıq yığır..Araşdırılsın! ŞOK İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-02-2025, 16:47

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Grenn City"-də hovuzda bərbad xidmət və müştəriyə qarşı fırıldaq...
Xırdalanda “Little Stars” uşaq bağçasına azyaşlı uşaqları əmanət etmək olarmı?-Video
Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Səbaildə Vüqar Zeynalovun təhlükəyə atdığı sakinlərdən ETİRAZ –FOTOFAKT
Hadisə
30-06-2025, 18:42
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:16
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:30
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:37
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
Son xəbərlər
  • Dün, 18:40
    "Grenn City"-də hovuzda bərbad xidmət və müştəriyə qarşı fırıldaq...
  • Dün, 18:06
    Xırdalanda “Little Stars” uşaq bağçasına azyaşlı uşaqları əmanət etmək olarmı?-Video
  • Dün, 17:29
    Qusarın Piral kənd orta məktəbində “ailə idarəçiliyi” davam edir – Nazirlik susur, qanunlar pozulur
  • Dün, 17:01
    Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
  • Dün, 16:37
    Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
  • Dün, 14:43
    Səbaildə Vüqar Zeynalovun təhlükəyə atdığı sakinlərdən ETİRAZ –FOTOFAKT
  • Dün, 14:11
    Gömrük sistemində rütbə ədalətsizliyi
  • Dün, 13:15
    Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -Araşdırma
  • Dün, 12:24
    Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..
  • Dün, 11:47
    "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
  • Dün, 10:47
    Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
  • Dün, 10:16
    “İzmir” restoranı rəhbərliyi qanunları heçə sayır: Sakinlər şikayətçidir-Video
  • Dün, 09:40
    “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma
  • 12-07-2025, 16:49
    Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək
  • 12-07-2025, 15:40
    “SAHARA LOUNGE” da “card to card” ödənişləri alırlar
  • 12-07-2025, 15:15
    Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 12-07-2025, 14:45
    Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı
  • 12-07-2025, 13:26
    Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
  • 12-07-2025, 12:38
    “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
  • 12-07-2025, 12:15
    ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb
  • 12-07-2025, 10:34
    Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO
  • 12-07-2025, 10:12
    Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
  • 12-07-2025, 09:32
    “Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR
  • 11-07-2025, 14:03
    AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
  • 11-07-2025, 12:18
    Yusif Yusibovun əməlləri ifşa olunur
  • 11-07-2025, 11:48
    Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi
  • 11-07-2025, 11:24
    BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
  • 11-07-2025, 10:44
    Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO
  • 11-07-2025, 10:16
    Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT: Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır?
  • 11-07-2025, 09:11
    Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……
  • 10-07-2025, 15:46
    Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...
  • 10-07-2025, 14:21
    Naxçıvanda abonentlə:"Bizi aldadıb, cibimizə girirlər"
  • 10-07-2025, 13:19
     ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...
  • 10-07-2025, 11:25
    Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO
  • 10-07-2025, 10:45
    Qazaxın da icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə