• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-06-2025, 19:48

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Etibarlı mənbədən "DogruXeber.az" redaksiyasına daxil olan məlumata görə, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən hadisələr təkcə bir ailənin faciəsi deyil, bütün cəmiyyətin vicdanına yönəlmiş sarsıdıcı bir zərbədir. Burada nə uşaqlar təhlükəsizdir, nə valideynlər arxayın, nə də təhsil sistemi öz funksiyasını yerinə yetirir. Amma ən dəhşətlisi odur ki – bu gedişatın məsuliyyətini daşımalı olanlar sadəcə seyr edir.

Baxın!
2025-ci ilin 08 may tarixində, dərs saatı zamanı məktəbin 11-ci sinif şagirdi R.N., 2-ci sinif şagirdi C.İ.-yə qarşı cinsi zorakılıq törədib. Bu, valideynin rəsmi şikayəti əsasında hüquq-mühafizə orqanlarının araşdırmasına səbəb olub. Şübhəli şəxs ilkin olaraq saxlanılıb, lakin cəmi iki gün sonra azadlığa buraxılıb.

"DogruXeber.az" xəbər verir ki, cəmiyyətin ən həssas zümrəsi olan uşaqlara qarşı belə dəhşətli bir hadisə ilə bağlı nə məktəb rəhbərliyi, nə Quba–Xaçmaz Regional Təhsil İdarəsi, nə də Elm və Təhsil Nazirliyi hər hansı qəti addım atmayıb. Sanki bu ölkədə uşaq hüquqları ancaq kağız üzərində mövcuddur.

Hələ bu harasıdır?!...
Məktəbdəki digər cinayət xarakterli hadisələr də ört-basdır edilib
Hadisənin tək olmadığını sübut edən silsilə faktların xronologiyasına diqqət edin.

04 aprel 2025 – məktəbin 9-cu sinif şagirdləri arasında baş vermiş fiziki qarşıdurma nəticəsində şagird Z.A.-nın əli sınıb. Hadisə direktor Ağamət Ağamətov tərəfindən rəsmi şəkildə sənədləşdirilməyib, polisə məlumat verilməyib.

Mart 2024 – 7-ci sinif şagirdi İ.A., sinif yoldaşı M.A. ilə birlikdə 8-ci sinif şagirdi N.M.-nin boğazına bıçaq dirəyib, onu hədələyib. Direktor bu faktı sadəcə "ata ilə söhbət" etməklə həll etməyə çalışıb.

Eyni məktəbin kimya müəllimi – direktorun qardaşı Şahvələd Ağamətov, sinifdə şagirdi döyməklə kifayətlənməyib, onu açıq şəkildə təhqir edərək demişdir:
“Ona görə İlkin bıçaqla sənin boğazını kəsmək istəyirdi?!”

Bu sözlər sinifdə psixoloji terrorun, təhqirin, zorakılığın rəsmi dilə çevrildiyini sübut edir.

Elm və Təhsil Naziri Emin Əmrullayev, siz bu ölkədə təhsil sisteminə cavabdehsiniz. Lakin sizə tabe olan bir məktəbdə uşaq zorlanır, şagirdin əli sınıb, bıçaqlı hücum olur, müəllim şagirdi psixoloji terrora məruz qoyur və siz bu hadisələrə bir kəlmə belə reaksiya vermirsinizQuba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev isə – bu hadisələrin coğrafi məsuliyyət daşıyıcısıdır. Amma onun rəhbərlik etdiyi idarə hər dəfə olduğu kimi işin üstündən sükutla keçir.

"DogruXeber.az" bildirir ki, bu məsələ ilə bağlı həm Elm və Təhsil Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına rəsmi sorğular göndərilib. Lakin bir neçə gün keçməsinə baxmayaraq, hələ də heç bir cavab verilməyib.

Bu səssizlik, bu susqunluq – yalnız cəzasızlığı artırır. Təhsildəki bu laqeydlik – vətəndaş etimadının məhv olması deməkdir.

Bu məktəb təhsil ocağı deyil – təhlükə mənbəyidir!

Sual olunur: bir məktəbdə uşaqlar zorakılığa uğrayırsa, valideynlər övladını qorumaq üçün rəsmi strukturlardan kömək ala bilmirsə – bu ölkədə təhsilin, hüququn, dövlətin mənası nədir?Piral kənd tam orta məktəbi nəzarətdən çıxıb. Burada şəxsi klan hakimiyyəti, ailə idarəçiliyi, qanunlara yox, qohumluğa əsaslanan idarə forması hökm sürür. Və bu, təkcə bir məktəbin problemi deyil. Bu – bütün təhsil sisteminin çürümüş damarlarını göstərən bariz nümunədir.

"DoğruXeber.az" olaraq bəyan edirik ki, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən qanun pozuntuları bu qədər deyil. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan daha faktiki sübutlar və valideyn şikayətləri əsasında bu məktəbdə baş verən silsilə hadisələrin tam dosyesini ictimaiyyətə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. İstənilən tərəf münasibət bildirmək istəyərsə, "DogruXeber.az" buna hazırdır.

Lakin unutmayın! Susmaq cinayətə ortaq olmaqdır.

DogruXeber.az

Oxunub: 63
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-05-2025, 11:33

Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-03-2025, 09:54

Lənkəran Astara Regional Təhsil İdarəsi və LDU qanunsuzluqda işbirliyi edir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-01-2025, 14:15

Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-12-2024, 09:06

Abşeron Gənclər Şəhərciyi, Xırdalan 10 saylı məktəbdə Şiddət: Zeynallı Ümüd Rəşad oğlunun döyülməsi hadisəsinə tənqidi baxış -FAKT/İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-01-2024, 09:30

Bakıda video yayılan məktəbdə nə baş verib? - Araşdırma başlanıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Dün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Dün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Dün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Dün, 09:00
Nemət Pənahov vəfat etdi
Dün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
Son xəbərlər
  • Dün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Dün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Dün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Dün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Dün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Dün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Dün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Dün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Dün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Dün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Dün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Dün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Dün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Dün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə