• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Anarın kölgəsində məhv olan ədəbiyyat –Rauf Aslanovun alver oyunu” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

15-09-2025, 12:21

“Anarın kölgəsində məhv olan ədəbiyyat –Rauf Aslanovun alver oyunu”

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın necə tənhalıq içində olduğu açıq görünürdü. Özünü saysız-hesabsız yazıçı ordusu ilə əhatələməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılan fotolarda bu tənhalıq bariz hiss olunurdu.

Patriarx sonuncu yaxın dostunu itirməklə, ömrünü həsr etdiyi ədəbiyyat ağacının “son yarpaq” duyğularını yaşadı.
Sovet imperiyasının qurumaqda olan ədəbiyyat ağacının çürük budağında qızılımtıl son yarpaq kimi qalan Anar, Fəxri xiyabana aparan yolda əbədiyyət rüzgarının həyəcanını duymalı oldu. Onun yaratdığı yeni ədəbi nəsillər isə çürüyən çinarın ətrafında bir dövrün vida nəğməsini pıçıldayırdı.
AYB: Elitadan marginallara
Son 38 ildə – Anarın rəhbərliyi dövründə AYB bir neçə mərhələ yaşadı. Sovet dönəmində kommunist partiyasına yaxın elitar ziyalıların ittifaqı olan qurum, müstəqillik dövründə müxtəlif yönlü insanların – sosial şəbəkə yazarlarının, hətta yazıçı olmayan şəxslərin də daxil olduğu, dövlət tərəfindən qismən maliyyələşən geniş bir qrupa çevrildi.
Bu gün AYB üzvləri Prezident Administrasiyasından Milli Məclisə, nazirliklərdən universitetlərə, biznes strukturlarından mətbuat orqanlarına qədər müxtəlif sahələrdə təmsil olunurlar. Onları birləşdirən əsas cazibə mərkəzi isə hələ də Anarın şəxsiyyətidir.
“Ədəbiyyat inkubatoru”
Sovet dövründə ədəbi diskussiyaların keçirildiyi Natəvan klubunun siması dəyişdi. Əvvəllər gənclər ustad sənətkarlardan öyrənirdisə, indi “sosial şəbəkə dahilərinin” toplaşdığı dəyirmi masalar təşkil olunur. Bu prosesi obrazlı şəkildə “ədəbiyyat inkubatoru” adlandırmaq olar.
Uzun illərdir AYB aparatına rəhbərlik edən Rauf Aslanov bu sistemin əsas icraçılarındandır. Yazıçılıqla əlaqəsi olmasa da, Anarın dəstəyi ilə quruma gətirildi və qısa müddətdə ən təsirli fiqurlardan birinə çevrildi.
2008-ci ildə yaradılan “Prezident təqaüdləri fondu” ilə AYB-nin “inkubator” mexanizmi daha da gücləndi. Təqaüdlər və layihələr vasitəsilə həm qocaman, həm də gənc ədiblər Anarın və Aslanovun təsdiqindən keçməli oldular.
Yeni dövrün tələbləri
AYB-də formalaşan bu sistemdə istedadı artıq “ilham pəriləri” deyil, rəhbərlik müəyyənləşdirirdi. Bəziləri buna qarşı çıxsa da, əksəriyyət qurumun cazibəsindən və dövlət dəstəyindən imtina edə bilmədi.
Tarixi paralel də diqqətəlayiqdir: 1938-ci ildə Hüseyn Cavid və onlarla yazıçı “xalq düşməni” damğası ilə məhv edildi, sonrakı illərdə isə “xalq yazıçıları və şairləri” epoxası başladı. İndi isə Rəsul Rza ilə başlayan həmin epoxanın oğlu Anarın dövrü ilə başa çatmaq üzrə olduğu görünür.
Gələcək mübarizə
Anar sonrası dövrün necə olacağı ilə bağlı AYB-də ciddi gərginlik hiss olunur. Rauf Aslanovun ətrafında toplaşan qrup nüfuzlu və imkanlı şəxsləri quruma cəlb etməyə çalışır. Bu sırada deputat Cavanşir Feyziyevin adı hallanır. Həmçinin Elxan Zal Qaraxanlının yaratdığı Mahmud Kaşqari Fondunun bu dairələrdə alətə çevrilməsi ilə bağlı iddialar dolaşır.
Bədii Tərcümə Mərkəzi və digər strukturlar da Aslanov qrupunun nəzarətindədir. Lakin son vaxtlar onların təşvişə düşməsi diqqətdən yayınmır. Xüsusən də ADA rəhbəri, ölkə diplomatiyasının ağsaqqalı akademik Hafiz Paşayevin AYB-nin boykot etdiyi bir tədbirdə sona qədər iştirak etməsi qurum daxilindəki parçalanmaları daha da qabarıq göstərdi. Burada sual yaranır: Anarın rəhbərlik etdiyi qurumun Paşayevlərə qarşı nifrəti haradan qaynaqlanır?
Nəticə
AYB bu gün hələ də Anarın nüfuzuna söykənir. Lakin yeni dövrün çağırışları qarşısında qurumun gələcəyi qeyri-müəyyən görünür. Anarın kölgəsi aradan çəkildikdən sonra AYB-ni hansı qüvvələrin idarə edəcəyi və bu “ədəbiyyat inkubatorunun” taleyi necə olacağı hələ də açıq sualdır.(“Azərbaycan Reallığı”)
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.

Oxunub: 10
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-12-2024, 09:20

Gəncə şəhər 1 nömrəli məktəbdə rüşvət qalmaqalı - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

10-10-2024, 16:07

Ədəbiyyat üzrə “Nobel”i o qazandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

13-03-2024, 09:37

“Mən onun atası haqqında yazmışam” - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-06-2023, 17:33

Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Halal Dad”ın “Ocaq üstü” sosiskasından görün nə çıxdı-Video
Sabah hava küləkli olacaq
Bu ərazilərdə işıq olmayacaq
İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
“OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
Hadisə
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
26-09-2025, 19:02
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
24-09-2025, 12:58
Xırdalanda Vüsal Süleymanovun rəhbəri olduğu 5 saylı məktəbdə niyə pul yığılır?-Video
13-09-2025, 10:36
"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
10-09-2025, 19:11
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
Son xəbərlər
  • Bugün, 09:16
    “Halal Dad”ın “Ocaq üstü” sosiskasından görün nə çıxdı-Video
  • Dün, 19:32
    Bu ölkədə mədən çökdü - Ölənlər var
  • Dün, 17:10
    Yavuz Bülent Bakiler vəfat etdi
  • Dün, 15:37
    Sabah hava küləkli olacaq
  • Dün, 15:33
    ABŞ-da yağışlar daşqına yol açıb, 4 nəfər ölüb
  • Dün, 12:42
    Bu ərazilərdə işıq olmayacaq
  • 27-09-2025, 16:04
    DTX-dən 27 Sentyabr paylaşımı - VİDEO
  • 27-09-2025, 15:27
    “Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
  • 27-09-2025, 14:33
    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
  • 27-09-2025, 13:51
    “Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
  • 27-09-2025, 12:58
    Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
  • 27-09-2025, 12:17
    “OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
  • 27-09-2025, 11:39
    Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
  • 27-09-2025, 08:28
    Sumqayıtda “Ağbaş” ləqəbi ilə tanınan, “ən çox qızılı olan” başçının müavini Fəzail Hüseynov haqda ŞOK FAKTLAR: “Kimdir danışan?…”
  • 27-09-2025, 08:01
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
  • 27-09-2025, 07:12
    Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
  • 27-09-2025, 06:58
    Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr
  • 26-09-2025, 19:09
    Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?
  • 26-09-2025, 19:02
    İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
  • 26-09-2025, 18:20
    Netanyahu: Yəhya Sinvar, Nəsrullah, Əsəd - hamısı getdi, siyahı hələ bitməyib
  • 26-09-2025, 17:11
    “İşdə məhəbbət macərası” – yeni serial tamaşaçıları sevindirəcək
  • 26-09-2025, 17:04
    Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
  • 26-09-2025, 16:18
    Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? -DE-FAKTO
  • 26-09-2025, 15:12
    Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?
  • 26-09-2025, 13:43
    “İrşad Elektroniks” hakim qarşısında… Cərimələnə bilər – SƏBƏB
  • 26-09-2025, 13:01
    Adnan Əhmədzadə ötən il də saxlanılıbmış
  • 26-09-2025, 12:22
    Tovuzun Azaflı kəndində şəhidlərin xatirəsinə bulaq inşa edilib
  • 26-09-2025, 12:19
    “Körpü-Bina-Tikinti” MMC nin sahibi Xaliq Göyüşovun uşaqları Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb - Özü isə "brak" evlər tikir..
  • 26-09-2025, 09:32
    “Continental Hotel” ulduz standartlarına cavab vermir
  • 26-09-2025, 09:07
    Bədənim çürüyür: Xəyalə İsmayılova rəhbəri olduğu “Uğur777″də ana olmağıma son qoyuldu…
  • 25-09-2025, 19:17
    Şok İddia: Suraxanı doğum evinin Baş Həkimi təmir adı ilə həkim və tibb bacılarından pul yığır!
  • 25-09-2025, 18:44
    Nərimanov Tibb Mərkəzinin rəhbəri Fazil Əhmədovun tender oyunu
  • 25-09-2025, 18:08
    Binəqədi MKTB yarım əsr əvvəlin texnikası ilə zibili daşıyıb çatdıra bilmir -VİDEO
  • 25-09-2025, 17:27
    “Azəriqaz” rəhbərliyində QARŞIDURMA:Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib?
  • 25-09-2025, 16:34
    İlham Əliyev Dövlət Xidmətinin bir qrup hərbçisini təltif edib - SİYAHI
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə