• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-09-2025, 17:45

 Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR

Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən 20.08.2025-ci il tarixdə başlanılmış “Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işlərinin satın alınması” predmeti üzrə keçirilən satınalmada təchizatçılardan “PERİ CONSTRUCTİON” MMC satınalmanın qalibi seçilmiş və onunla 528 175,38 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 15.09.2025-ci ildə dərc edilmişdir.

Aktualinfo.org Gədəbəy rayon İcra Hakimiyyətinin beş yüz min manatdan yuxarı satınalma müqaviləsi bağlamaq istədiyi “PERİ CONSTRUCTİON” MMC ətrafında araşdırma aparmışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PERİ CONSTRUCTİON” (VÖEN: 1406918661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev.35, m.37, qanuni təmsilçisi kimi isə Eminov Saleh Telman oğlu qeyd olunub.

Maraqlıdır, cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC beş yüz min manatdan yuxarı dəyəri olan dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı?

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 12.12.2024-cü ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “PERİ CONSTRUCTİON” MMC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir. Çox maraqlıdır ki, satınalan təşkilat olaraq Gədəbəy rayon İcra Hakimiyyəti təchizatçı olaraq “PERİ CONSTRUCTİON” MMC uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər?

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti tender müsabiqəsinə başlamazdan bir il əvvəl yaradılmış bir MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır. İcra Hakimiyyəti bir iləvvəl dövlət qeydiyyatına alınmış, fəaliyyət sferası, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan bir MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin digər satınalmalarda da analaoji hallara yol verməsi ilə bağlı Aktualinfo.org elə ötən ilin sentyabr ayında da məlumat yaymışdı. Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyəti 2023-cü ilin okytabr-noyabr aylarında Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması üzrə “BİRLİK-23” MMC ilə ümumi dəyəri 1 102 141 manat olan iki satınalma müqaviləsi bağlayıb. Həmin vaxt Gədəbəydəki mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilirdi ki, “BİRLİK-23” şirkəti başladığı işi yar-yarımçıq qoyaraq rayonu tərk edb. Yəni Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi dəyəri bir milyon manatdan çox olan bağladığı müqavilələr icra olunmayıb.

Sözügedən müqavilə ilə bağlı medianın sorğusuna Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirib və qeyd ediblər ki, “Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyəti bu satınalmanı da “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirib.Belə ki, İcra Hakimiyyətinin portala yerləşdirdiyi məlumatdan da göründüyü kimi satınalmada ümumilikdə 2 (iki) təchizatçı təklif təqdim etmişdir. Amma sözügedən Qanunun 36-cı maddəsinə görə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda ləğv edilməlidir.

Amma göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti qanunu bu tələbini nəzərə almamış, üstəlik maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi müəmmalı olan “PERİ CONSTRUCTİON” MMC -ni qalib seçmişdir. Görsənən odur ki, “BİRLİK-23” MMC ilə bağlanmış ümumi dəyəri bir milyon manatdan çox olan müqavilələrin aqibəti bəlli olmadığı kimi bu müqaviləyə ayrılmış beş yüz min manatdan çox dövlət vəsaitinin də aqibəti bəlli olmayacaq.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir. O, bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və administrasiyada qərb bölgəsinin kuratoru kimi fəaliyyət göstərib. Başçı vəzifəsinə başladıqdan az müddət sonra Gədəbəyon Söyüdlü kəndində baş verən etirazlar Orxan Mürsəlovu gündəmə gətirmişdi. Medida yer alan məlumatlarda bildirilir ki, Orxan Mürsəlov özü haqqında Prezident Administrasiyasına gedən şikayətləri ört-basdır etdirirmiş.

Aktualinfo.org

Oxunub: 8
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-09-2025, 16:35

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

25-08-2025, 17:41

Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

25-08-2025, 15:38

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-02-2025, 15:19

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-01-2025, 12:11

Bakı Şəhər İcra Hakimiyyəti də Elnur Çarçarovun MMC-ləri ilə işbirliyinə başladı -İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah hava küləkli olacaq
Bu ərazilərdə işıq olmayacaq
İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
“OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
Sumqayıtda “Ağbaş” ləqəbi ilə tanınan, “ən çox qızılı olan” başçının müavini Fəzail Hüseynov haqda ŞOK FAKTLAR: “Kimdir danışan?…”
Hadisə
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
26-09-2025, 19:02
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
24-09-2025, 12:58
Xırdalanda Vüsal Süleymanovun rəhbəri olduğu 5 saylı məktəbdə niyə pul yığılır?-Video
13-09-2025, 10:36
"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
10-09-2025, 19:11
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
Son xəbərlər
  • Dün, 19:32
    Bu ölkədə mədən çökdü - Ölənlər var
  • Dün, 17:10
    Yavuz Bülent Bakiler vəfat etdi
  • Dün, 15:37
    Sabah hava küləkli olacaq
  • Dün, 15:33
    ABŞ-da yağışlar daşqına yol açıb, 4 nəfər ölüb
  • Dün, 12:42
    Bu ərazilərdə işıq olmayacaq
  • 27-09-2025, 16:04
    DTX-dən 27 Sentyabr paylaşımı - VİDEO
  • 27-09-2025, 15:27
    “Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
  • 27-09-2025, 14:33
    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
  • 27-09-2025, 13:51
    “Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
  • 27-09-2025, 12:58
    Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
  • 27-09-2025, 12:17
    “OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
  • 27-09-2025, 11:39
    Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
  • 27-09-2025, 08:28
    Sumqayıtda “Ağbaş” ləqəbi ilə tanınan, “ən çox qızılı olan” başçının müavini Fəzail Hüseynov haqda ŞOK FAKTLAR: “Kimdir danışan?…”
  • 27-09-2025, 08:01
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
  • 27-09-2025, 07:12
    Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
  • 27-09-2025, 06:58
    Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr
  • 26-09-2025, 19:09
    Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?
  • 26-09-2025, 19:02
    İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
  • 26-09-2025, 18:20
    Netanyahu: Yəhya Sinvar, Nəsrullah, Əsəd - hamısı getdi, siyahı hələ bitməyib
  • 26-09-2025, 17:11
    “İşdə məhəbbət macərası” – yeni serial tamaşaçıları sevindirəcək
  • 26-09-2025, 17:04
    Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
  • 26-09-2025, 16:18
    Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? -DE-FAKTO
  • 26-09-2025, 15:12
    Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?
  • 26-09-2025, 13:43
    “İrşad Elektroniks” hakim qarşısında… Cərimələnə bilər – SƏBƏB
  • 26-09-2025, 13:01
    Adnan Əhmədzadə ötən il də saxlanılıbmış
  • 26-09-2025, 12:22
    Tovuzun Azaflı kəndində şəhidlərin xatirəsinə bulaq inşa edilib
  • 26-09-2025, 12:19
    “Körpü-Bina-Tikinti” MMC nin sahibi Xaliq Göyüşovun uşaqları Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb - Özü isə "brak" evlər tikir..
  • 26-09-2025, 09:32
    “Continental Hotel” ulduz standartlarına cavab vermir
  • 26-09-2025, 09:07
    Bədənim çürüyür: Xəyalə İsmayılova rəhbəri olduğu “Uğur777″də ana olmağıma son qoyuldu…
  • 25-09-2025, 19:17
    Şok İddia: Suraxanı doğum evinin Baş Həkimi təmir adı ilə həkim və tibb bacılarından pul yığır!
  • 25-09-2025, 18:44
    Nərimanov Tibb Mərkəzinin rəhbəri Fazil Əhmədovun tender oyunu
  • 25-09-2025, 18:08
    Binəqədi MKTB yarım əsr əvvəlin texnikası ilə zibili daşıyıb çatdıra bilmir -VİDEO
  • 25-09-2025, 17:27
    “Azəriqaz” rəhbərliyində QARŞIDURMA:Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib?
  • 25-09-2025, 16:34
    İlham Əliyev Dövlət Xidmətinin bir qrup hərbçisini təltif edib - SİYAHI
  • 25-09-2025, 16:08
    “Dərnəgül” çörəyindən görün nə çıxdı
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə