"Ermənistan və Azərbaycan arasında mümkün ərazi mübadiləsi yalnız referendumdan sonra baş tutacaq. Anklavlar məsələsi hazırda gündəlikdədir, lakin bu, delimitasiya çərçivəsində həll edilməlidir".
"Gundelikxeber.org" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri və hakim Vətəndaş Sazişi Partiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə bildirib.
"Delimitasiya və demarkasiya işləri başa çatan kimi İrəvan və Bakı anklav məsələsinin necə davam etdiriləcəyinə qərar verəcəklər. Daha sonra hər iki ölkə ratifikasiya şərti ilə dövlət sərhədi müqaviləsi imzalayacaq", - deyə o qeyd edib.