• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-03-2026, 13:44

Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?

Azərbaycan Dillər Universitetində təqaüd almaq üçün minimum bal həddi artırılıb.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, indiyədək 84 bal olan göstərici yeni qərarla 88 bala qaldırılıb. Mənbənin sözlərinə görə, dəyişiklik yeni semestrdən tətbiq olunacaq və bu barədə tələbələrə fakültə səviyyəsində məlumat verilib.

Bal həddinin artırılması tələbələr arasında narazılıq yaradıb. Onların bir qismi hesab edir ki, 4 ballıq artım təqaüd alanların sayının azalmasına səbəb olacaq. Tələbələr bildirirlər ki, mövcud qiymətləndirmə sistemində 88 bal toplamaq əvvəlki hədlə müqayisədə daha çətindir və bu dəyişiklik bir çox tələbəni maddi dəstəkdən məhrum edə bilər. Narazı tələbələr qərarın yenidən nəzərdən keçirilməsini və dəyişikliklə bağlı rəsmi izahat verilməsini istəyirlər. Onların fikrincə, xüsusilə regionlardan gələn və kirayədə yaşayan tələbələr üçün təqaüd mühüm sosial dəstək vasitəsidir.

Bəs maraqlıdır, minimal ballar müəyyən olunarkən hansı kriteriyalar əsas götürülür?
Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli "AzPolitika"-ya açıqlamasında bildirib ki, tələbələrin təqaüd həyəcanını və narazılığını anlamaq mümkündür, çünki bu, onlar üçün həm maddi dəstək, həm də mənəvi stimuldur: "Lakin məsələnin kökünə endikdə görmək olar ki, ali təhsil müəssisələrində təqaüdlərin paylanması heç də subyektiv bir qərar deyil, konkret normativ sənədlərlə tənzimlənən bir prosesdir. Azərbaycanda tələbələrə təqaüdlərin təyin olunması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Bu qaydalara görə, dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təqaüd yerlərinin sayı məhduddur və bu yerlər akademik göstəriciləri ən yüksək olan tələbələr arasında rəqabət əsasında bölünür".


Ekspert qeyd edir ki, burada ən mühüm məqam "keçid balı" anlayışının sabit olmamasıdır:"Universitet daxili nizamnaməsinə və ya elmi şurasının qərarına əsasən, təqaüd üçün minimum limit müəyyən edə bilər, lakin bu limit çox vaxt tələbələrin ümumi göstəricilərindən asılı olaraq formalaşır. Əgər bir fakültədə və ya kursda tələbələrin böyük əksəriyyəti yüksək nəticə göstərirsə, təbii olaraq "əlaçı" və ya "zərbəçi" nominasiyaları üzrə rəqabət artır və virtual "keçid balı" yuxarı qalxır. Xarici Dillər Universitetində qeyd olunan bal artımı, böyük ehtimalla, tələbələrin akademik göstəricilərinin kütləvi şəkildə yüksəlməsi və ya təqaüd fondu üçün ayrılan yerlərin daha yüksək ballı tələbələr tərəfindən doldurulması ilə bağlıdır".

"Bu sistemin nə dərəcədə ədalətli olmasına gəldikdə isə deməliyəm ki, ali təhsil müəssisələrinə müəyyən qədər muxtariyyətin verilməsi dünya praktikasında qəbul olunmuş haldır. Universitet təhsilin keyfiyyətini artırmaq üçün meyarları sərtləşdirə bilər. Lakin bu dəyişikliklər qəfil yox, semestrin əvvəlində, şəffaf şəkildə tələbələrə elan olunmalıdır ki, onlar öz hədəflərini buna uyğun müəyyənləşdirsinlər. Ədalət prinsipi burada "bərabər şərtlər" üzərində qurulur - əgər qayda hamıya eyni dərəcədə tətbiq olunursa, bu, akademik sağlam rəqabətin bir parçası hesab edilir.
Yekun olaraq, bal normaları müəyyən edilərkən həm dövlətin müəyyən etdiyi kvotalar, həm də tələbələrin ümumi bilik səviyyəsi nəzərə alınır. Tələbələrə tövsiyəm odur ki, təqaüdü sadəcə bir "haq" kimi deyil, akademik üstünlük uğrunda mübarizənin nəticəsi kimi görsünlər. Universitet rəhbərliyi isə bu cür dəyişikliklərin kommunikasiyasını daha geniş aparmaqla yanlış anlaşılmaların qarşısını ala bilər", -deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-05-2025, 15:27

"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 14:46

Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

20-07-2024, 16:28

Kim xahiş etdi ki, internetin qiyməti də, keyfiyyəti də artırılsın? - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Bugün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Bugün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Bugün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Dün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Bugün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Bugün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Bugün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Bugün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Bugün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Bugün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Bugün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • Dün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Dün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Dün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Dün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Dün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Dün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Dün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Dün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Dün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Dün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Dün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Dün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Dün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Dün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə