• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Azəriqaz” 16 ildir əlilin evinə sayğac quraşdırmaqdan imtina edir, Hakim Fərid Mədətli 1-ci dərəcəli qazinin ayda 1440 manat qaz işlətdiyini qərarlaşdırıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-08-2024, 16:09

“Azəriqaz” 16 ildir əlilin evinə sayğac quraşdırmaqdan imtina edir, Hakim Fərid Mədətli 1-ci dərəcəli qazinin ayda 1440 manat qaz işlətdiyini qərarlaşdırıb

Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əlil-istehlakçını yox,
“xidmət qohumluğunu” qoruyur
Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında Heydər
Əliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə
2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi ilə
qızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qaz
xidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyri-yaşayış evinin
çöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyə
cavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanın
çölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyəti
orqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlara
çeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qaz
sayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb,
mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdən
ventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok”
qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun.
Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16
ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anında
iki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəmənin
qərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinə
pulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi”
sistemi isə qaz olmadan işləmir.
“Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsinin
hakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi)
iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçının
istifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ də
rəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir?
“ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadə
qaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZ
SAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsinin
QAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçün
İSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilən
halda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kimin
hesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapa
bilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çox
qaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişət
qaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isə
ÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi”
saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ın
rüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ən
azı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48
manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə,
qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar?
Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərar
hələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icra
etməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDAN
yararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACI
quraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heç
demə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə belə
əndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz”
utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qaz
idarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?)
Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanından
Prezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasına
nə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələn
cavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətinin
rüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəli
əlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə”
qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacın
məişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığı
vurğulayaraq ... məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq-
aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 ilə
yaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – Heydər
Əliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” ilə
qızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır;
məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYE
QAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulan
xəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb? Özü də
bu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaq
isə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi
normativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətini
yaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlər
məhkəmələr, dövlətin xidmət qurumları?
Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxış
keçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.)
detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı”
“nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələb
edəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?
Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlil-istehlakçının
yox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h.
Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinə
əsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir.
İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti –
Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda,
məhkəməni nişan verir. Məhkəmə qərarını verib də!
Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən,
təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qaz
xidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?
Məğrur Bədəlsoy
TEREF

Oxunub: 134
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2024, 16:58

Yeni Agentlik yaradılır - Fərman [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

9-07-2024, 13:54

Elektron Rəqabət İnformasiya Sistemi yaradılır - Fərman [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-04-2024, 15:17

“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-03-2024, 13:23

“Azəriqaz” sədri vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

20-06-2023, 10:08

Daha 1189 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Nikah və boşanmaların sayı azalıb
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Hadisə
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
11-08-2026, 10:25
Babək prospektində avtomobil salonu yanıb
10-08-2026, 09:43
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • Bugün, 18:04
    Samuxda bir nəfər kanalda batıb
  • Bugün, 17:19
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Bugün, 16:44
    Nikah və boşanmaların sayı azalıb
  • Bugün, 16:22
    Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
  • 15-08-2026, 16:34
    Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
  • 15-08-2026, 15:44
    İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
  • 15-08-2026, 14:45
    İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
  • 15-08-2026, 13:26
    Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
  • 15-08-2026, 12:55
    İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
  • 15-08-2026, 12:01
    Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
  • 15-08-2026, 11:09
    FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
  • 15-08-2026, 10:19
    Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
  • 15-08-2026, 09:48
    “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
  • 15-08-2026, 09:21
    Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
  • 14-08-2026, 18:45
    “Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır
  • 14-08-2026, 18:02
    ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib
  • 14-08-2026, 17:23
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 14-08-2026, 16:50
    SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub
  • 14-08-2026, 15:36
    Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib
  • 14-08-2026, 15:03
    "KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR
  • 14-08-2026, 14:54
    Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb
  • 14-08-2026, 13:28
    Sabah 37 dərəcə isti olacaq
  • 14-08-2026, 12:37
    Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib
  • 14-08-2026, 11:56
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib
  • 14-08-2026, 11:12
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • 14-08-2026, 10:53
    Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
  • 14-08-2026, 10:32
    Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
  • 14-08-2026, 09:36
    Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
  • 14-08-2026, 09:18
    Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir
  • 14-08-2026, 08:55
    Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:08
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə