• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-03-2025, 13:25

 

"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!


“Uzun müddət çalışdığımız İnstitutda illərlə baş verən haqsızlıqlarla qarşılaşib, ümidsizlikdən Sizə müraciət etməyə məcburuq.

Yəni bizim Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda illərlə həm keçmiş, həm yeni rəhbərlik tərəfindən qanunların pozulmağına, korrupsiya əməllərinə şərait yaradılıb və davam edir. Biz yorulmuşuq bunlarla mübarizə aparmaqdan, bizə kömək edin!”
Azərbaycan Respublikasının Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu Publik Hüquqi Şəxsin elmi işçilərinin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə, Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, surətini əlaqədar qurumlara - Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladıqları şikayət ərizəsi məhz bu sözlərlə başlayır. Alimlər “Gündəm Xəbər Qəzeti Redaksiyası" və eyni adlı gundemxeber.az saytının redaksiyasına müraciət edərək şikayətlərində ehtiva olunan problemin ictimailəşdirilməsini xahiş ediblər.
Yazırlar ki, səhiyyədə geniş şaxəli əlaqələrə ümüd edən, bir ildir İnstituta Baş direktor vəzifəsinə təyin olunan tibb elmləri doktoru Mətanət Əfəndiyeva qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmir: “İnstitutu idarə etməkdə özünə “yaxın” hesab etdiyi şəxslər köməklik edirlər: Baş həkim Nurlana Əliyeva, Artroloqiya bölməsinin rəhbəri Sevinc Kərimova, Stasionar Tibbi reabilitasiya şöbəsinin müdiri Pərviz Axundov, sabiq Baş həkimi Nizami Nəbiyev (dövlət büdcəsini mənimsəməsinə ğörə azad olunmuş), Neyrofiziologiya laboratoriyanın müdiri Elşanə Mustafayeva, icbari sığorta şöbəsinin müdiri Lalə Əliyeva, qəbul şöbəsinin həkimi Samirə Abasova... Hələ bu Direktora yaxın olan işçilərin tam siyahısı deyil, və bu şəxslər direktora arxalanıb, İnstitutumuzun əsl aparıcı həkimlərinin işini məhdudlaşdırmağa çalışırlar”.
Şikayətçilər qeyd edirlıər ki, Mətanət xanım işçiləri yalnız şəxsi münasibətləri əsas tutaraq kabinetinə buraxır: “Dəfələrlə direktora təkliflərimizi, iradlarımızı şifahi və yazılı şəkildə bildirməyə çalışmışıq. Heç bir müraciətimizə baxılmır, - üzərinə “insan resurslarına” yazıb, Əfəndiyeva özündən rədd edir, insan resursları isə günlərlə, aylarla məsələyə “hüquqşünasa yönəltmişəm” deyir, hüqüqşünas isə işdə tapılmır, sərbəst qrafiklə işə gəlir, nəticədə bəzi işçilər aylarla gözləyir məsələnin “qanuni” həllini, bəziləri isə direktorun şəxsi təqdimatı ilə rahat şəkildə qısa müddətdə qeyri-qanuni olaraq işlərini düzəldir. Öz haqlarını tələb edənlərə təzyiq ğöstərilir, işimiz dondurulur. Təbii ki, tabeliyində olan işçilərə qarşı belə nəzakətsiz və qərəzli münasibət bizi fiziki və emosional tükənmə vəziyyətinə gətirir, psixi sağlamlığımız üçün real təhlükə yaranır və təbii olaraq peşə məhsuldarlığının azalmasına gətirib çıxaracaq, xəstələrimizə mənfi təsir göstərəcək”.
Şikayətçilər İnstitutda baş verən pozuntuların qismən siyahısını da təqdim ediblər:
1. Elmi - Tədqiqat Tibbi Bərpa İnstitutu olmasına baxmayaraq, Elmi Katib vəzifəsi 1 ildir ki vakantdır, bu da o deməkdir ki, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulur;
2. Etik Komitənin fəaliyyətinə də süni məhdudiyyətlər qoyulur, belə ki, üzvlər qeyri-qanuni seçilib, onların şəxsi işləri təqdim edilməyib, onların müvafiq komitəyə üzv olmaq üçün yetərincə sertifikatı və sənədi yoxdur, bəzi üzvlərsə ümumiyyətlə rəhbər vəzifələrdə olduqları üçün üzv seçilə bilməzlər. Bunları mövcud rəhbərliyə və elmi işlər üzrə müavinə dəfələrlə bildirsək də, faydası olmamışdır, onlar, farm-şirkətlərlə iş birliyini davam etdirərək etik komitədən işləri yayındırmışlar, xəstələr üzərində qeyri-qanuni yolla tədqiqat aparmışlar, institutun etik komitəsi olduğu halda o sənədlərin təqdim edilməsindən yayınmışlar.
3. Elmi Tədqqiqat İnstitutunun rəhbəri 1 il institutun mətbəxinə vaxt ayırıb, orda yenidənqurma işləri hesabat və sonunda da yenə də yeyinti ilə üzləşirik. Necə olur ki, düzəltmək əvəzinə daha da çox yeyinti olur, baxmayaraq ki, bu sahəyə, yəni mətbəxə, Elmi Tədqiqat İnstitutunda çox böyük maraq və vaxt sərf olunmuşdur. Nəticə etibarı ilə mətbəxdə normal yemək verilmir. Qazilərimizə ayrılan xüsusi menyu yeməkləri verilmir, onlar acından məcburən gedib ciblərindən pul xərcləyib kafe və restoranlarda yemək yeyirlər və alternativ qidalar axtarır kənarda, sonra da institutda bunu aktlaşdırıb güya “qazilər qaydaları pozur” kimi təqdim edir stasionar şöbə müdiri və rəhbərlik, hətta “biz daha qaziləri və Qarabağ müharibəsi əlillərini instituta buraxmayacayıq, onlar çox problem yaşadır” deyə həkimlərə məlumat verirlər. Necə yəni buraxmayacayıq? Bu necə ola bilər ki, Vətən uğrunda canını, sağlamlığını qoyan qəhrəman ordumuzun qazilərindən ölkənin ən mötəbər müalicə və bərpa müəssisəsi öz xidmətini əsirgəsin? Özü də vəzifəsindən sui-istifadə edən institut rəhbərliyinin qərarı ilə? Cənab Prezidentin fərmanlarına, göstərişlərinə zidd çıxaraq? Buna sübut çoxsaylı qazilərin şikayətləridir. Rəhbərliyin göstərişi ilə bu institutdan olan bütün şikayətlər Səhiyyə Nazirliyində qutuya atıldıqdan sonra cırılır və heç qeydiyyata düşmədən cavabsız qalır. Necə olur ki, institutun direktoru və baş həkimi Səhiyyə Nairliyinin qəbul şöbəsini idarə edir?
4. Elmin durğunluğu yaşanır, yeni heç bir elmi iş, ya da elmi tədqiqat aparılmır, elmi işçilər tərəfindən təqdim olunan yeni elmi işlərin planlarına imtina olunur, büdcə ayrılmır, öz hesabına təqdim olunan tədqiqatlara imtina edilir. Köhnə məqalələrin məzmunu və mətni bir qədər dəyişdirilib, yenidən çapa verilir - plagiata və elmi dələduzluğa yol verilir.
5. Naftalan nefti ilə bağlı tədqiqat aparılır adı ilə bütün digər planlaşdırılan elmi tədqiqatlar və tədqiqatçılar uzaqlaşdırılır, hətta institutun görkəmli alimləri, bu sahənin ustadları və elmi şuranın üzvləri uzaqlaşdırılır (çox həfif söz idi - işdən öz ərizələri yazdırılmaqla çıxarılır). Naftalan nefti haqqında ən çox biliyi olan kadrlar və elmi şurada onun tərkibini öyrənmək üçün müraciət edən elmi işçilər müxtəlif səbəblərlə uzaqlaşdırılır. Naftalan şəhərinə ezamiyyətə isə yalnız rəhbərlik gedir, heç bir hesabat verilmir institutun iclasında, çünki iclas belə aparılmır, sonuncu elmi şurada isə bütün elmi işçiləri verdikləri suallara görə qeyri-etik formada susduran və həmkarları yanında alçaldan rəhbərin görəsən məqsədi nədir?
6. Güya kameralar qoyulub hər yerdə, lakin bu kameralar nədənsə xəstəlik tarixçəsinə edilən müdaxilələri görmür, institutda pullar oğurlanır, xəstə rəhmətə gedir, qazilər alçaldılır, amma ki bunları şəffaf kameralar görməzdən gəlir... Əksinə rəhbərlik institutun işçilərini qəbul edəndə onların sanki prokurorluqdakı kimi telefonlarını alaraq səsyazmadan qorxur, görəsən niyə? Bəs göndərdiyi baş həkim və şöbə müdirləri (Nurlana Əliyeva, Pərviz Axundov, Sevinc Kərimova) isə bütün işçilərə kompromat toplamaq məqsədi ilə səs yazmaları axşamlar saat 4-5 dən sonra kiçik iclaslarda qulaq asıb qərarlar qəbul edirlər işçilərə qarşı, töhmətlər, xəbərdarlıqlar, “inkvizisiya” qayıdıb? Amma nədənsə adı “xəbərdarlıq” olan heç işçiyə xəbər verilmədən şəxsi işinə tikilir... Töhmət verilməsi qaydası həmkarlar komitəsi, intizam komissiyası iştirakı olmadan və kollektiv müqavilənin maddələrinə zidd aparılır.
7. İşçilər daim aşağlanır, alçaldılır, onların şəxsi həyatı ortaya qoyularaq həmkarları gözü önündə ümumi müzakirəyə çıxarılır, onların nüfuzu xəstələrin yanında endirilir, bu da özünə məxsus manipulasiya növüdür, dövlət qulluqçusu və ali həkim peşəsinə zidd olan qeyri-etik davranışlar artıq bizi çox yorub.”(GundemXeber.Az)
Yazıda adıçəkilən və ittiham olunan şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Davamı olacaq.

Oxunub: 64
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-02-2025, 17:37

Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

13-12-2024, 12:29

"Travmatologiya İnstitutunda ciddi yeyinti var" - Keçmiş şöbə müdirindən sensasion iddialar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-12-2024, 10:08

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda NƏ İŞLƏR ÇEVRİLİR? - İşin içində nazir müavini də var... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-12-2024, 13:27

"Torpağımızı zorla əlimizdən almaq istəyirlər..." - GİLEY [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Hadisə

24-05-2024, 12:14

Bu xəstəxanaya baş həkim təyin olundu - Foto [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 17:45
    Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
  • Bugün, 17:23
    Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək
  • Bugün, 16:51
    Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
  • Bugün, 16:24
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bugün, 15:58
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib
  • Bugün, 14:25
    “Qızıl top”a əsas namizədlər bəlli olub
  • Bugün, 13:48
    Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq
  • Bugün, 13:07
    Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
  • Bugün, 12:23
    Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub
  • Bugün, 11:41
    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub
  • Bugün, 10:33
    Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib
  • Bugün, 10:07
    Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
  • Bugün, 09:22
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
  • Dün, 17:50
    Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
  • Dün, 17:14
    İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
  • Dün, 16:44
    Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb
  • Dün, 15:56
    ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib
  • Dün, 15:14
    Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq
  • Dün, 14:32
    Culfaya yeni icra başçısı təyin edilib
  • Dün, 13:53
    Sabah 39 dərəcə isti olacaq
  • Dün, 13:34
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Dün, 13:17
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Dün, 12:58
    Şahbuzda zəlzələ olub
  • Dün, 12:12
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Dün, 11:45
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Dün, 11:14
    Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib
  • Dün, 10:13
    Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var
  • Dün, 09:44
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Dün, 09:12
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Dün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 3-08-2026, 14:51
    Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
  • 3-08-2026, 14:23
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • 3-08-2026, 13:46
    Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
  • 3-08-2026, 13:05
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 3-08-2026, 12:44
    İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə