
Məşhur Sovet və Rusiya psixoterapevti Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Gündəlikxəbər.org xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov da Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, psixoterapevt və hipnozçu kəskin ürək çatışmazlığından vəfat edib.
Məlumata görə, Kaşpirovskinin yaxınları onun vəziyyəti pisləşdikdən sonra təcili tibbi yardım çağırıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. O, öz evində dünyasını dəyişib.
O, televiziya vasitəsilə keçirdiyi hipnoz seansları və insanları məsafədən sağalda bildiyinə dair iddiaları ilə geniş şöhrət qazanmışdı.
Kaşpirovski SSRİ-nin son illərində televiziyanın ən çox müzakirə olunan simalarından birinə çevrilmişdi. Minlərlə insan ekran qarşısında onun seanslarını izləyərək müalicə olunmağa çalışır, tibb mütəxəssisləri isə onun metodları ətrafında ciddi mübahisələr aparırdılar.