
“Stansiya Sumqayıt” kimi tanınan Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın başlayıb.
Gündəlikxəbər.org “Sumqayıt24”ə istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.