DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla qarşılaşacaq Fransa yığmasının heyətində dəyişiklik olub.
“Gundelikxeber.org” xəbər verir ki, “Real”da çıxış edən Eduardo Kamavinqa zədələndiyi üçün heyətdən çıxarılıb.
Onu “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam əvəzləyib.
Qeyd edək ki, Azərbaycan - Fransa görüşü isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.