• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan bu investisiya platformasının yaradılmasında iştirak etdi - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

15-04-2026, 17:31

Azərbaycan bu investisiya platformasının yaradılmasında iştirak etdi - Fotolar


Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) birlikdə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını (“CAIP” və ya Proqram) təsis edib. Bu platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır.

“Gundelikxeber.org” AZƏRTAC-a istinadən xəbər verir ki, proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.

Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin-ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.

Proqramın baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities” şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.

Proqram çərçivəsində vəsaitlər Çin-ASEAN istiqamətində fəaliyyət göstərən nüfuzlu özəl kapital idarəçilərinin fondlarına, eləcə də seçilmiş ASEAN ölkələrində həyata keçirilən investisiya layihələrinə yönəldiləcəkdir. Bu investisiyalar Çin şirkətlərinin ASEAN bazarlarında fəaliyyətinin genişlənməsi və ya ASEAN şirkətlərinin Çin texnologiyası, təchizat zəncirləri və insan kapitalından faydalanması kimi istiqamətləri əhatə edir.

Çin İnvestisiya Korporasiyasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Jan Çinqson (Zhang Qingsong) bildirib: “Çin İnvestisiya Korporasiyası tərəfdaşlarımız olan İndoneziya İnvestisiya Qurumu və ARDNF ilə birlikdə “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramını ASEAN regionunun iqtisadi inkişaf perspektivlərinə olan möhkəm inamımıza, Çin-ASEAN əməkdaşlığının geniş potensialına əsaslanaraq həyata keçirir. Hesab edirik ki, ASEAN bazarına yönəlmiş yüksək keyfiyyətli şirkətlərə investisiya yatırmaqla Fond yalnız dayanıqlı maliyyə gəlirləri əldə etməyəcək, eyni zamanda, regionda iqtisadi inkişafın təşviqinə töhfə verəcək. Bu təşəbbüs Çin İnvestisiya Korporasiyasının, həmçinin Çin suveren sərvət fondu kimi üstünlüklərindən istifadə edərək tərəfdaşlarla birgə qlobal investisiya imkanlarını dəyərləndirmək istiqamətində davamlı səylərinin bir hissəsidir”.

İndoneziya İnvestisiya Qurumunun müvəqqəti baş icraçı direktoru Eddi Porvanto isə qeyd edib: “Bu Proqram Çin–Cənub-Şərqi Asiya iqtisadi dəhlizi üzrə xüsusi investisiya platformasının yaradılması istiqamətində mühüm strateji addımdır. Bu, İndoneziya İnvestisiya Qurumunun bu proqram çərçivəsində digər investisiya fondlarına yatırım edən özəl kapital fond strukturuna ilk investisiyasıdır və yüksək keyfiyyətli investisiya imkanlarının reallaşdırılmasında strateji tərəfdaş kimi rolumuzu əks etdirir. Platforma vasitəsilə İndoneziya İnvestisiya Qurumu aparıcı qlobal institusional investorlarla əməkdaşlıq edərək uzunmüddətli kapitalın, eləcə də qlobal təcrübə və şəbəkələrin İndoneziyada dayanıqlı inkişafı və iqtisadi dəyərin yaradılmasını dəstəkləyən sahələrə yönəldilməsini hədəfləyir”.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib: “ARDNF Çin–ASEAN İnvestisiya Proqramı çərçivəsində Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə tərəfdaşlıqdan məmnunluq duyur. Bu platforma suveren fondlar arasında əməkdaşlığın genişləndirilməsi və dünyanın ən dinamik iqtisadi istiqamətlərində yeni imkanlara çıxışın təmin olunması baxımından strategiyamızın mühüm mərhələsidir. Tərəfdaşların təcrübəsi və uzunmüddətli kapital imkanları hesabına Çin ilə Cənub-Şərqi Asiya arasında sürətlə inkişaf edən ticarət əlaqələri və təchizat zəncirlərinin inteqrasiyasının yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlana biləcəyik. Eyni zamanda, bu əməkdaşlıq ARDNF-nin investisiya portfelinin daha da şaxələndirilməsinə töhfə verəcək”.

“CGS International” şirkətinin İdarə Heyətinin sədri Vu Penq vurğulayıb: “CGS International” Cənub-Şərqi Asiya regionu üzrə geniş təcrübəsini və formalaşmış tərəfdaş şəbəkəsini bu Proqramın həyata keçirilməsinə səfərbər edəcəkdir. Bu, regionda yüksək artım potensialına malik sahələrdən və artan investor marağından daha səmərəli şəkildə yararlanmağa imkan verəcəkdir. Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və ARDNF-yə bizə göstərilən etimada görə təşəkkür edirik. Biz regionun xüsusiyyətlərini və mövcud imkanları nəzərə alaraq tərəfdaşlarımıza dəstək göstərməyə hazırıq”.

Fondun yaradılması ilə bağlı imzalanma mərasimi aprelin 13-də Çinin Pekin şəhərində keçirilib. Mərasimdə tərəfləri müvafiq olaraq Çin İnvestisiya Korporasiyasının icraçı vitse-prezidenti və baş investisiya direktorunun müavini Jan Şaoçinq (Zhang Shaoqing), İndoneziya İnvestisiya Qurumunun baş investisiya direktoru Kristofer Qanis, ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov, həmçinin “China Galaxy Securities” şirkətinin İcraiyyə Komitəsinin üzvü, biznes direktoru və “CGS International“ şirkətinin İdarə Heyətinin sədri Vu Penq təmsil ediblər.

Çin İnvestisiya Korporasiyası haqqında

2007-ci ildə təsis edilmiş və baş ofisi Pekində yerləşən Çin İnvestisiya Korporasiyası Çinin valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədilə yaradılmışdır və dünyanın ən iri suveren sərvət fondlarından biridir. 2024-cü ilin sonuna Çin İnvestisiya Korporasiyasının ümumi aktivlərinin həcmi 1,57 trilyon ABŞ dolları təşkil etmişdir.

Çin İnvestisiya Korporasiyası beynəlxalq bazar prinsiplərinə əsaslanan professional yanaşma ilə fəaliyyət göstərir, eyni zamanda ehtiyatlı, məsuliyyətli və peşəkar investisiya prinsiplərinə sadiqdir. Fondun xarici investisiya fəaliyyəti səhmlər və istiqrazlar üzrə investisiyaları, hedc fondları və multi-aktiv strategiyaları, özəl kapital və özəl kredit investisiyalarını, daşınmaz əmlak, infrastruktur, təbii resurslar və kənd təsərrüfatı kimi sahələrdə birbaşa və fond vasitəsilə investisiyaları, eləcə də ikitərəfli və çoxtərəfli fondların idarə olunmasını əhatə edir.

İndoneziya İnvestisiya Qurumu haqqında

İndoneziya İnvestisiya Qurumunu ölkənin davamlı inkişafını dəstəkləmək və gələcək nəsillər üçün sərvət formalaşdırmaq məqsədilə fəaliyyət göstərən suveren sərvət fondudur.

İndoneziya İnvestisiya Qurumu ölkənin rəqabət üstünlüklərini gücləndirən və risklər nəzərə alınmaqla optimal gəlirlilik təmin edən sahələrdə investisiya fəaliyyətini həyata keçirir, eyni zamanda aparıcı yerli və beynəlxalq investisiya institutları ilə əməkdaşlıq edir.

Ətraflı məlumat üçün: www.ina.go.id

ARDNF haqqında

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

"China Galaxy Securities” və “CGS International” haqqında

“China Galaxy Securities”(“CGS”) Çində aparıcı investisiya banklarından biri olmaqla, dünya üzrə 20 milyondan artıq müştəriyə xidmət göstərir və idarəetməsində olan aktivlərin həcmi 6 trilyon RMB-ni (Renminbi – Çin pul vahidi) ötür. Şirkət Çində ən geniş filial şəbəkələrindən birinə malikdir və Asiya regionunda geniş fəaliyyət coğrafiyası ilə təmsil olunur.

“CGS International Securities Pte. Ltd.” (“CGS International”) “CGS”-in beynəlxalq fəaliyyətini həyata keçirən törəmə qurumudur və şirkətin qlobal biznesinin inkişafına məsuldur. “CGS”-in güclü institusional bazasına və qlobal, eləcə də ASEAN regionu üzrə dərin bazar biliklərinə əsaslanaraq, “CGS International” qiymətli kağızlarla ticarət, aktivlərin idarə edilməsi, investisiya bankçılığı, analitik tədqiqat xidmətləri, sabit gəlirli alətlər, valyuta və əmtəə əməliyyatları, strukturlaşdırılmış maliyyə məhsulları və broker xidmətləri daxil olmaqla geniş xidmətlər təqdim edir. Şirkət 10-dan artıq ölkə və regionda fəaliyyət göstərir.

Azərbaycan bu investisiya platformasının yaradılmasında iştirak etdi - Fotolar
Azərbaycan bu investisiya platformasının yaradılmasında iştirak etdi - Fotolar

Oxunub: 31
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-02-2026, 17:36

Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

14-11-2025, 12:03

Leyla Əliyevanın Mingəçevir səfərindən - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

19-09-2024, 19:50

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-05-2024, 17:59

Bu gün açılışı olan ticarət mərkəzindən - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

22-06-2023, 14:33

Masallıda şəhidlərin xatirəsinə həsr edilən cüdo turniri keçirildi - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub
İranda Təbriz Günü qeyd edilib
Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 18:15
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Bugün, 17:52
    Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
  • Bugün, 17:25
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bugün, 16:24
    Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub
  • Bugün, 15:18
    İranda Təbriz Günü qeyd edilib
  • Bugün, 14:44
    Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • Bugün, 12:41
    Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!
  • Bugün, 12:19
    Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
  • Bugün, 12:08
    ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb
  • Bugün, 11:32
    Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub
  • Bugün, 10:50
    Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
  • Bugün, 10:14
    Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
  • Bugün, 09:40
    Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq
  • Bugün, 09:09
    Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB
  • Dün, 17:49
    Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dün, 17:22
    Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
  • Dün, 16:51
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dün, 16:33
    Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir
  • Dün, 15:46
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dün, 15:12
    Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib
  • Dün, 14:39
    UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək
  • Dün, 13:05
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Dün, 12:43
    ARDNF 3 illik auditor seçir
  • Dün, 12:18
    Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb
  • Dün, 11:31
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Dün, 10:58
    FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
  • Dün, 10:51
    ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
  • Dün, 10:02
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Dün, 09:26
    Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb
  • Dün, 09:01
    Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
  • 5-08-2026, 17:45
    Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
  • 5-08-2026, 17:23
    Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək
  • 5-08-2026, 16:51
    Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
  • 5-08-2026, 16:24
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 5-08-2026, 15:58
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə