
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib.
Gündəlikxəbər.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.
Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsal həyata keçirilməyib.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır.