• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrəvanın qorxduğu variant reallığa çevrilir: Bakı Azərbaycanın varisi olduğu dövlətin sərhədlərinə eyham vurur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-06-2023, 09:08

İrəvanın qorxduğu variant reallığa çevrilir: Bakı Azərbaycanın varisi olduğu dövlətin sərhədlərinə eyham vurur


Rəsmi Bakının delimitasiyada 1975-ci il xəritəsindən imtinası, bu prosesin ədalət prinsiplərinə uyğun və Azərbaycanın şərtləri çərçivəsində aparılacağını qətiyyətlə vurğulaması Ermənistanın siyasi dairələrində əsl “soyuq duş” effekti yaradıb... Baş nazir Nikol Paşinyan Ermənistan üçün 29.800 kvadrat kilometrlik bir ərazinin “kadastr qeydiyyatı”na çalışdığını bildirsə də, Azərbaycanın ADR-in hüquqi varisi olması və rəsmi Bakının 50-100 milyard dollar arasında təzminat iddiası hazırlaması erməni toplumunu panik duruma salıb...
Ermənistan düşdüyü “geopolitik labirint”də vurnuxmaqda davam edir. Rəsmi İrəvan hazırda özünə himayədarlarının yardımı ilə saxta “dövlət” quran, “xəyali tarix” uyduran erməni toplumunun girovuna çevrilib. Belə vəziyyətdən çıxış yolu isə demək olar ki, mümkün deyil. Və bunun kifayət qədər ciddi səbəbləri mövcuddur.

Məsələ ondadır ki, Ermənistan 44 günlük savaşda məğlub tərəfdir, ordusu isə darmadağın edilib. Ermənistan iqtisadiyyatı ölkənin hərbi ehtiyaclarına qaynaq yaratmaq imkanlarından çox-çox uzaqdır. Üstəlik, erməni toplumuna saxta “dövlət” qurmağa yardım etmiş beynəlxalq himayədarların da maraqları artıq əks istiqamətdə dəyişib. Müasir texnologiyaların inkişaf səviyyəsi isə uydurulmuş “xəyali erməni tarixi”ni də “sabun köpüyü”nə çevirib. Yəni, ənənəvi erməni yalanları daha əvvəlki kimi nə “ayaq tutmur”, nə də “yerimir”.

sulh-muqavile.jpg (293 KB)Təbii belə vəziyyət həm rəsmi İrəvanı, həm də Ermənistan cəmiyyətini qorxuya salır, panik duruma sürükləyir. Çünki Ermənistanı gözləyən katostrafik tarixi mərhələ sürətlə yaxınlaşır. Rəsmi İrəvansa, Ermənistanı həmin tarixi mərhələdən çıxartmağa hazır deyil. Paşinyan hakimiyyətinin ümid bəslədiyi ənənəvi yardım mərkəzləri isə indi Ermənistanın maraqlarını dəstək verməklə, öz strateji hədəflərini riskə atmağa qətiyyən həvəsli deyillər.

Belə görünür ki, dünyanın sürətlə dəyişməkdə olması ilk növbədə uydurma “keçmiş”də ilişib, qalmış erməni toplumunu qorxunc reallıqla baş-başa buraxıb. Ermənistan “dövlətçiliyi”, vaxtilə erməni separatizminin süquta uğramasında baş rolu oynadığı keçmiş SSRİ-nin ardınca tarixin real arxivinə gömülmək təhlükəsi ilə üzləşib. Və Ermənistanda bu reallığın nə qədər qorxunc olduğunu isə yalnız son vaxtlar tədricən anlamağa başlayıblar.

Məsələ ondadır ki, rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasını gecikdirməklə, Ermənistanı daha “dərin quyu”ya saldığının fərqinə varmış kimi görünür. Halbuki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 44 günlük savaşda biabırçı məğlubiyyətdən sonra Paşinyan hakimiyyətinə ən qısa zamanda Azərbaycanla sülh sazişi imzalamağı məsləhət görmüşdü: “Əks halda, vaxt uzandıqca, məsələn altı ay sonra Ermənistan indikindən daha ağır şərtlər qarşısında qalacaq”.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti o vaxt keçmiş prezidentin xəbərdarlığına əhəmiyyət verməsə də, indi onun dediklərinin doğrulduğuna şahidlik edir. Ermənistan baş naziri Nikol Paşinyanın təlaşla və israrla Azərbaycanı qarşılıqlı olaraq, ərazi bütövlüklərinin tanınmasına çağırması qətiyyən boşuna deyil. Üstəlik, erməni baş nazir Ermənistanın “29.800 kvadrat kilometrlik ərazi”sinin tanınmasının vacibliyini qabardır.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)Digər tərəfdən, baş nazir Nikol Paşinyan cidd-cəhdlə Azərbaycan-Ermənistan sərhədlərinin məhz keçmiş SSRİ Baş Qərargahının 1975-ci ilə aid xəritəsi ilə delimitasiya edilməsini təklif edir. Hətta rəsmi İrəvan vaxtaşırı bu barədə müəyyən anlaşmaların olduğu barədə iddialar da irəli sürür. Və Paşinyan hakimiyyətinin 1975-ci il xəritəsində belə israrlı davranmasının arxasında mütləq erməni toplumunu narahat edə biləcək hansısa “qaranlıq məqamlar”ın mövcudluğu da qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, rəsmi Bakı erməni baş nazirin “1975-ci il xəritəsi” ilə bağlı iddialarına uzun müddət reaksiya vermədi. Hətta Azərbaycanın cavab vermədiyini görən rəsmi İrəvan öz iddialarının reallaşa biləcəyinə inanmağa başladı və arxayınlaşdı. Ancaq rəsmi Bakı məhz Paşinyan hakimiyyətinin tam arxayınlaşdığı bir vaxtda Azərbaycanın “1975-ci il xəritəsi” ilə delimitasiyaya razılaşmadığını birmənalı şəkildə bəyan etdi.

Ardıncasa, Prezident İlham Əliyev delimitasiya prosesinin ədalət prinsiplərinə uyğun olaraq, Azərbaycanın şərtləri çərçivəsində aparılacağını qətiyyətlə vurğuladı. Məhz bu iki sərt mesaj Ermənistanın siyasi dairələrində əsl “soyuq duş” effekti yaratdı. Çünki 1975-ci il xəritəsi rəsmi İrəvanın Ermənistanı qorumaq üçün yapışa biləcəyi yeganə ümid yeri sayılır. Baş nazir Nikol Paşinyanın bir müddət öncə həmin xəritə barədə danışarkən, “Mən əlimdən gələn hər şeyi edirəm ki, Ermənistan üçün 29.800 kvadrat kilometrlik bir ərazinin kadastr qeydiyyatına nail olaq” deməsi də qətiyyən səbəbsiz deyildi.

Məsələ ondadır ki, əgər, 1975-ci il xəritəsi delimitasiya prosesinə daxil edilməyəcəksə, deməli, bu problemin həll üçün məhz ötən əsrin əvvəllərinə qayıtmaq lazım gələcək. Ötən əsrin əvvəllərinə aid xəritələrdə isə indiki Ermənistan ərazisi mövcud deyil. Yəni, beynəlxalq hüquqa görə, Ermənistanın indiki ərazilərinin önəmli bir hissəsi mübahisəlidir. Və bu səbəbdən də baş nazir Nikol Paşinyan məhz 1975-ci il xəritəsi üzərindən Ermənistan üçün 29.800 kvadrat kilometrlik ərazini “kadastr qeydiayyatı”ndan keçirtməyə can atır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)Ermənistan cəmiyyətində yaxşı bilirlər ki, müasir Azərbaycan Respublikası keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan SRR-in deyil, məhz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Azərbaycan Konstitusiyasında da bu, təsbit olunub. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri ABŞ-da daxil olmaqla, əksər dünya ölkələri tərəfindən rəsmən tanınıb. Və rəsmi Bakının delimitasiya prosesində beynəlxalq hüquq normalarına istinadən, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərin, ərazilərinə iddia etmək haqqına sahibdir.

Təbii ki, Paşinyan hakimiyyəti bu hüquqi-siyasi reallığı tam dəqiqliyi ilə anlayır. Ona görə də, rəsmi İrəvan erməni toplumunu maksimalist və radikal-revanşist mövqedən uzaqlaşdırmağa çalışır. Rəsmi İrəvan mövcud situasiyadan çıxış yolu axtarır. Üstəlik, rəsmi Bakının Ermənistanın 30 illik işğalı ucbatından Azərbaycana dəyən maddi zərərin hesablanmasını sona çatdırmaq üzrə olduğundan da xəbərdardır. Və bu hesablama nəticəsində Azərbaycanın Ermənistana qarşı 50-100 milyard dollar arasında təzminat iddiası qaldıracağını da anlayır.

Rəsmi İrəvan Ermənistanın belə yüksək məbləğli təzminatı ödəmək imkanında olmadığını bilir. Ona görə də, bəzi məlumatlara görə, Ermənistanın siyasi dairələri rəsmi Bakının həmin təzminatın Ermənistan tərəfindən Zəngəzur bölgəsini Azərbaycana verməklə, kompensasiya etməsində israrlı ola biləcəyindən ciddi şəkildə narahatdır. Və erməni mətbuatının iddialarına görə, Ermənistanın siyasi dairələrində bu mövzular isterik əhval-ruhiyyədə müzakirə edilməkdədir.(musavat.com)

Oxunub: 180
Paylaş:
Digər xəbərlər

Siyasət

13-07-2023, 14:44

Erməni mediası: İrəvan təslim olmağa hazırlaşır – Bakının ŞOK TƏLƏBLƏRİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-07-2023, 09:00

Erməni terrorçular tezliklə tərksilah olunacaq: Rusiya acizdir, ABŞ-ın İrəvana təzyiqləri isə güclənir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 10:00

İrəvan Bakının sülh şərtlərini qəbul edib: Paşinyan əsas sirləri açdı, erməni toplumunda şok effekti yaratdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-05-2023, 10:00

Paşinyan Avropada “Qarabağ Azərbaycandır” dedi: Ermənistanda dərhal terror dalğası başladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-05-2023, 09:00

Paşinyan Brüsseldən “təhlükəli yük”lə qayıdıb: İrəvanın Kremllə silah böhranı da dərinləşir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sürücülərin nəzərinə!
Kərkicahana yola salınan köç ünvana çatdı
Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
Hadisə
20-12-2025, 18:10
Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
20-12-2025, 18:05
Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
20-12-2025, 13:20
Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
19-12-2025, 15:47
9-cu sinif şagirdi ağır xəsarət aldı
18-12-2025, 11:14
34 vətəndaşımız Almaniyadan geri qəbul edildi
17-12-2025, 10:54
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı
Son xəbərlər
  • 20-12-2025, 18:12
    Silahlı hücumda yaralanan futbolçu 3 gün sonra öldü
  • 20-12-2025, 18:10
    Nəsimidə oğurluq edən 4 nəfər saxlanıldı
  • 20-12-2025, 18:09
    Sürücülərin nəzərinə!
  • 20-12-2025, 18:08
    Kərkicahana yola salınan köç ünvana çatdı
  • 20-12-2025, 18:07
    Goranboyda 13 yaşlı qız dəm qazından öldü
  • 20-12-2025, 18:05
    Oğurladığı dollarların yerinə saxtasını qoydu - Polis saxladı
  • 20-12-2025, 14:19
    Bir məktəb, bir millət, bir söz : Bəxtiyar Vahabzadə ruhu
  • 20-12-2025, 13:30
    Nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın! - Müraciət
  • 20-12-2025, 13:27
    Avtomobil hasara çırpıldı - Ölən və yaralanan var
  • 20-12-2025, 13:24
    ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun - İlk görüşü keçirildi
  • 20-12-2025, 13:22
    Bu marşrut avtobuslarında ödənişi daha bank kartı ilə edə bilərik
  • 20-12-2025, 13:20
    Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər
  • 20-12-2025, 13:18
    Həftəsonunun havası
  • 19-12-2025, 21:09
    Azərbaycanın FİFA referilərinin sayı artdı
  • 19-12-2025, 21:07
    Mirziyoyev İlham Əliyevi təbrik etdi
  • 19-12-2025, 21:05
    Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
  • 19-12-2025, 21:02
    Karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 21:01
    “Fənərbaxça” prezidentinin evində axtarış aparıldı
  • 19-12-2025, 20:59
    Trampın dəstəklədiyi qanun ABŞ-də təsdiqləndi
  • 19-12-2025, 15:50
    “Tibb bacılarının evdə iynə vurmalarına icazə yoxdur”
  • 19-12-2025, 15:48
    "Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”
  • 19-12-2025, 15:47
    9-cu sinif şagirdi ağır xəsarət aldı
  • 19-12-2025, 15:45
    Vəkil adından qanunsuz istifadəyə görə cərimələrdə dəyişiklik
  • 19-12-2025, 15:40
    Uşaq ölümlərinin sayı 30 faiz azalıb
  • 19-12-2025, 13:22
    “Prezidentin bu ölkəyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır”
  • 19-12-2025, 13:19
    Onların cəzası 6 ay azaldılacaq
  • 19-12-2025, 13:18
    Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb
  • 19-12-2025, 13:16
    Si Cinpin Prezidenti təbrik etdi
  • 19-12-2025, 13:14
    Prezidentdən 1,4 milyonluq - Sərəncam
  • 18-12-2025, 14:26
    Bu institutun əməkdaşları təltif edildi - Siyahı
  • 18-12-2025, 14:24
    Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
  • 18-12-2025, 14:23
    İlham Əliyev onları təltif etdi - Siyahı
  • 18-12-2025, 14:22
    21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
  • 18-12-2025, 14:20
    Maşın təyyarəsini zədələdi
  • 18-12-2025, 14:19
    Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə