• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kənan İmaməliyev: Əbədi qayıdışın bariz nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

31-08-2023, 14:22

Kənan İmaməliyev: Əbədi qayıdışın bariz nümunəsi


Zəngilan rayon Təhsil Sektorunun müdiri Kənan İmaməliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Kənan İmaməliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Kənan İmaməliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zəngilan rayon Təhsil Sektorunun müdiri Kənan İmaməliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Zəngilan rayon Təhsil Sektorunun müdiri Kənan İmaməliyev - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.

Avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı Prezident İlham Əliyev bir daha qeyd etdi ki: “Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Bu əlbəttə ki, böyük iradə, cəsarət, əzmkarlıq tələb edən bir məsələ idi. Azərbaycan ona edilən təzyiqlərə baxmayaraq bu iradəni, bu cəsarəti, bu gücü bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində hərbi-siyasi qələbə qazandı. Tarixi ərazilərimiz erməni işğalından azad olunaraq, suveren hüquqlarını bərpa etdi. Ötən müddət ərzində 30 ilə yaxın davam edən erməni vandalizmi nəticəsində talan edilən, xarabaya çevrilən, hər addımda minalarla zəhərlənən torpaqlarda nəhəng quruculuq işləri görülür, beynəlxalq hava limanları, körpülər, evlər, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, infrastruktur qurulur, yollar çəkilir, kəndlər, şəhərlər salınır. Artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdır. Bir sözlə Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.

Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Ermənistan imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan (faktiki olaraq Kapitulyasiya aktı) irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.

Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bir daha xatırlatmaq yerinə düşər ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən cari ilin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu.

Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Qeyd etmək lazımdır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alınmasında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Kənan İmaməliyev: Əbədi qayıdışın bariz nümunəsi

Əlbəttə ki, Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr “Laçın” SBM-nin qanunsuz olması ilə bağlı beynəlxalq təkşilatalar müraciət edir, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayırlar. Əssasız olaraq rəsmi Bakını Qarabağda yaşayan erməniləri “humanitar böhran” vəziyyətinə aldığını, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin acından "öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırırlar. Amma bu cəhdlər də bir fayda vermədi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etməsi də bir daha göstərir ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. Lakin nə Ermənistan , nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradırlar. Fransanın “humanitar yardım” adı ilə həyata keçirdiyi növbəti təxribat baş tutmadı. Azərbaycan Fransadan göndərilən “humanitar yükü” Qarabağa buraxmadı.Fransadan göndərilən “humanitar yüklü” 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı.
Kənan İmaməliyev: Əbədi qayıdışın bariz nümunəsi

Əgər həqiqətən də Qarabağda yaşayan erməni əsilli şəxslər “humanitar böhran” vəziyyətindədirlərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər. Burada aydın görünür ki, Ermənistan, Xankəndidə olan cinayətkar rejim, separatçılar, o cümlədən onların havadarları Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Ağdam-Xankəndi yolunun açılmasında da maraqlı deyillər. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.
Kənan İmaməliyev: Əbədi qayıdışın bariz nümunəsi

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz”. Azərbaycan hər zaman olduğu kimi, ədalətin tərəfdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir.

Oxunub: 68
Paylaş:
Digər xəbərlər

---

29-08-2023, 11:08

Nabat Rəfiyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-08-2023, 15:26

Natavan Məmmədova: Məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-08-2023, 14:18

Xəyalə Nağıyeva: Azərbaycanda təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-05-2023, 11:08

Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-05-2023, 13:47

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
“Rahat” marketin bu filialı alıcıları aldadır
FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Hadisə
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
Son xəbərlər
  • Bugün, 13:04
    Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
  • Bugün, 12:27
    Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
  • Bugün, 11:57
    “Rahat” marketin bu filialı alıcıları aldadır
  • Bugün, 11:25
    FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
  • Bugün, 10:41
    Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
  • Bugün, 10:14
    Bu gün Beynəlxalq Ana Dili Günüdür
  • Bugün, 09:59
    “CS Construction” şirkətindən şikayət-Video
  • Bugün, 09:29
    “Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?-Video
  • Dün, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • Dün, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • Dün, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • Dün, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Dün, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Dün, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Dün, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • Dün, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • Dün, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • Dün, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • Dün, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • Dün, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Dün, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • Dün, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • Dün, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • Dün, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • Dün, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • Dün, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • Dün, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • Dün, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 19-02-2026, 17:56
     Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA
  • 19-02-2026, 17:27
    Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..
  • 19-02-2026, 16:43
    Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
  • 19-02-2026, 16:10
    “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
  • 19-02-2026, 15:36
    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə