
Amerikalı aktyor Riçard Rili vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor oktyabrın 15-də 78 yaşında Los-Ancelesdə təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, təxminən 50 illik karyerası ərzində 400-dən çox film və televiziya layihəsində rol alan Riçard Rili "Ofis məkanı", "Qaçaq", "Toy təşkilatçısı", "İki yarım kişi", "Təcili yardım", "Kazino" və "Las-Veqasda qorxu və nifrət" ekran işləri ilə tanınıb. O, həmçinin “Grounded for Life” serialında da rol alıb.