• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-10-2023, 13:00

Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə


“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - 15 oktyabr tarixi zəfərimizin növbəti təqdimatı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər birimiz bu günün gələcəyinə inanırdıq.

Müstəqilliyinin bərpasının 32 ilini arxada qoyan Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı və 2003-cü ildə xalqa tarixi müraciətində belə bir əminliyi də ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi və köməyi ilə axıra çatdıracaq.
Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə


Cənab İlham Əliyev Prezidentliyinin 17-ci ilində Azərbaycanın Zəfər tarixini yazdı, bundan üç il sonra – 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ümumilikdə bu il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə xarakterizə edilir. Belə ki, bu ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu.Sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha göstərir ki, Azərbaycan sülh və sabitliyin əsas təminatçısıdır. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursatın, ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam şəkildə bərqərar oldu. Müzəffər Ali Baş Komandanın separatçılardan təmizlənmiş ərazilərimizə səfəri və burada Azərbaycan Bayrağını ucaltması böyük xoşbəxtlik və tarixi hadisədir.
Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə

Dövlət başçısı Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu xoşbəxtlik hissi də ifadə edildi ki, bu meydanda bu gün durmaq böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

30 il Azərbaycan böyük faciələrlə, hərbi təxribatlarla üz-üzə qaldı. Lakin bu, xalqımızın inamını sındırmadı. Xalqımız tam əmin idi ki, dövlətimiin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq və yeni həyat başlayacaq.
Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə


Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın qayıdışı hər birimizi qürurlandırır. 17 oktyabr Füzuli Şəhəri Günündə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzulidə olması, bura köçmüş sakinlər və rayon ictimaiyyəti nümayəndələri ilə görüşü də 30 illik işğal dövründən bu günədək keçilən yolun təhlilinə geniş imkanlar yaratdı. “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq» söyləyən cənab İlham Əliyev bildirdi ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının öz torpaqlarını unudacağını, gənc nəslin, ümumiyyətlə, tamamilə fərqli bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.
Ruslan Əliyev: Misli-bərabəri olmayan Qələbə

Azərbaycanın atdığı addımların və uğurlu nəticələrin əldə edilməsində xalqımızın torpaq, Vətən sevgisi əhəmiyyətli rol oynayır. Dövlət başçısı füzulilərlə görüşündə bu çağırışı etdi ki, gənc nəsil daim bu ruhda tərbiyə almalıdır. Şəhidlərimizin qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur: “Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.” Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

Oxunub: 169
Paylaş:
Digər xəbərlər

---

19-10-2023, 10:52

Elmin Zamanov: Tarixi zəfərimizin növbəti təqdimatı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-10-2023, 10:21

Zöhrab Camalov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-10-2023, 11:54

Saleh Səmədov: Dayanıqlı inkişafı təmin edən lider [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-10-2023, 10:30

Nuriyyə xanım: Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-05-2023, 13:09

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Dün, 19:16
Metroda halı pisləşən kişi öldü
Dün, 19:15
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Dün, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Dün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Dün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Dün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Dün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Dün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Dün, 14:04
    Sabah da yağış yağacaq
  • Dün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Dün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • 1-10-2026, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • 1-10-2026, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə