• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ziyəddin Quliyev: Qələbəyə aparan əsas amil - Vətənpərvərlik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

13-11-2023, 15:03

Ziyəddin Quliyev: Qələbəyə aparan əsas amil - Vətənpərvərlik


“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Azərbaycanın Zəfər dolu günləri biri-birini əvəzləyir. Son üç ildə xalqımız torpaqlarımızın işğaldan azad edildikləri tarixləri, eyni zamanda, qürurumuzun, kimliyimizin təqdimatı olan Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 30 ildən sonra bu günün sevincini yaşamaq böyük xoşbəxtlikdir. Noyabrın 8-də- Zəfər Günündə xalqımız daha bir qürurlu anı yaşadı. Xankəndi şəhərində keçirilən hərbi parad dünyanın diqqətində oldu. Bir daha sübut olundu ki, bu torpaqların sahibi bizik, qalibiyyət rəmzi olan üçrəgli bayrağımız daim bu ərazilərdə dalğalanacaq və dünyanı heyrətləndirəcək tədbirlərə ev sahibliyi edəcək. Bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edən Azərbaycan üç il bundan öncə imza atdığı tarixi Zəfəri ilə bunu bir daha təsdiqlədi. Təbii ki, Zəfərdən sonrakı dövrdə Azərbaycanın atdığı hər bir addım ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə xidmət etdi. Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. “Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi” söyləyən dövlət başçısı qeyd etdi ki, Qarabağın Azərbaycan olduğunu döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq göstərdik. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin: “Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

Cənab İlham Əliyev hər bir çıxışında bu reallığı böyük qürur hissi ilə qeyd edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.

Tarixi Zəfərimizi şərtləndirən amillər sırasında da gənclərimizin torpaq, Vətən sevgisi xüsusi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyən Azərbaycan əsgəri bu çağırışı böyük ruh yüksəkliyi ilə qarşıladı. Döyüşlər zamanı canından, qanından keçən gənclərimiz milli maraqlarımız, dövlətçilik uğrunda yetişdiklərini təsdiq etdilər. Sübut etdilər ki, Azərbaycan gəncləri milli, vətənpərvərlik ruhunu yaşadaraq haqq və hüquqlarımızın keşiyindədirlər. Bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə, suverenliyimizi qoruyacaq layiqli gənclərimiz var. Cənab İlham Əliyev hərbi paradda bildirdi: “Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir.”

Şəhidlərimiz qanları, canları ilə Zəfər tarixini yazdılar. 30 ilin işğalına son qoyuldu. 27 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik. Dövlət başçısı böyük qürur hissi ilə bildirdi: “Hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.” Bu, artıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir. Artıq üç ildir tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasından qürurla bəhs ediriksə, bu, dövlətimizin qətiyyətinin, Silahlı Qüvvələrimizin qəhrəmanlığının, fədakarlığının nəticəsidir. Düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovduq. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.

Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin birgünlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq.

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın həyatında yeni dövr uğurla davam edir. Tezliklə dirçəliş mərhələsi başa çatacaq, soydaşlarımız bu ərazilərə yeni nəfəs verərək Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələr ilə qürur duyacaqlar.

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

Siyasət

7-11-2023, 10:27

Sabah Xankəndidə Zəfər paradı keçiriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

31-10-2023, 14:21

Xalid Ələkbərov: “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-10-2023, 09:00

Zəfər paradı bu şəhərdə olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-09-2023, 13:41

Zəfər parkına memorial abidə ucaldılacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-09-2023, 11:52

Ziyəddin Quliyev şəhid ailələrinə xüsusi diqqət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Rahat” marketin bu filialı alıcıları aldadır
FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
Bu gün Beynəlxalq Ana Dili Günüdür
“CS Construction” şirkətindən şikayət-Video
“Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?-Video
Hadisə
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
Son xəbərlər
  • Bugün, 11:57
    “Rahat” marketin bu filialı alıcıları aldadır
  • Bugün, 11:25
    FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
  • Bugün, 10:41
    Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
  • Bugün, 10:14
    Bu gün Beynəlxalq Ana Dili Günüdür
  • Bugün, 09:59
    “CS Construction” şirkətindən şikayət-Video
  • Bugün, 09:29
    “Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?-Video
  • Dün, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • Dün, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • Dün, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • Dün, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Dün, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Dün, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Dün, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • Dün, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • Dün, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • Dün, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • Dün, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • Dün, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Dün, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • Dün, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • Dün, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • Dün, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • Dün, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • Dün, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • Dün, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • Dün, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 19-02-2026, 17:56
     Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA
  • 19-02-2026, 17:27
    Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..
  • 19-02-2026, 16:43
    Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
  • 19-02-2026, 16:10
    “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
  • 19-02-2026, 15:36
    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
  • 18-02-2026, 18:48
    "Axios": Trampın səbri tükənir, İranla böyük müharibə ehtimalı 90%-dir
  • 18-02-2026, 18:30
    Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə