• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-02-2026, 16:10

“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov işdən azad olunduqdan sonra qurumun fəaliyyətinə dair ictimai müzakirələr daha da intensivləşib. İctimaiyyətin və medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri isə səhiyyə müəssisələrində kadr təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi və bu prosesdə qeyri-rəsmi təsir mexanizmlərinin olub-olmamasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, son illər ərzində bir sıra iri şəhər və rayon xəstəxanalarının direktorları, eləcə də müxtəlif tibb müəssisələrinin rəhbər vəzifələrinə təyinatlar zamanı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun “təqdimatı və ya razılığı” əsas rol oynayıb. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sektorunda uzun müddətdir müzakirə olunan “mərkəzləşdirilmiş kadr təsiri” mövzusunu yenidən gündəmə gətirir.
Mediatv.az xəbər verir ki, səhiyyə kimi strateji sahədə rəhbər təyinatlarının şəffaf prosedurlar və peşəkarlıq meyarları əsasında aparılması vacib hesab olunur. Əgər kadr seçimi müəyyən bir şəxsin “süzgəcindən” keçmə prinsipi ilə həyata keçirilirsə, bu, idarəetmənin peşəkarlıq deyil, şəxsləşmiş modelə yönəldiyini göstərən təhlükəli tendensiya kimi qiymətləndirilə bilər.Səhiyyə kimi strateji sahədə direktor təyinatları ciddi meyarlara əsaslanmalıdır: peşəkar təcrübə, idarəçilik bacarığı, şəffaf seçim mexanizmi. Belə modeldə direktor faktiki olaraq onu təyin edən instituta deyil, onu təqdim edən qeyri-rəsmi təsir sahibinə bağlı olur. Bu isə sistemli korrupsiya və idarəetmə monopoliyası risklərini artırır. Əldə olunan məlumatlar göstərir ki, söhbət tək-tək epizodlardan getmir. Direktorların əksəriyyəti eyni təsir dairəsi vasitəsilə formalaşdırılıbsa, bu artıq sistemli strukturlaşma deməkdir.Araşdırmalar göstərər ki,TƏBİB-də daha geniş islahatlara ehtiyac vardır. Rəhbər təyinatları həqiqətən də qeyri-rəsmi təsir dairələri ilə formalaşıbsa, bu, bütün səhiyyə sistemində peşəkarlıq prinsipinin zədələnməsi deməkdir.
10 FA 100 dövlət qeydiyyat nişanı, 400 minlik qalmaqal və vəzifə yüksəlişi
2023-cü ildə mediada yayılan məlumatlar Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdi. Həmin məlumatlarda onun yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməsi, hətta təcrübəsi və tibbi təhsili olmayan şəxslərin işə götürülməsi iddia olunurdu.Dövlət tibb müəssisəsi şəxsi ailə strukturu deyil və orada işə qəbul meyarları qanun və normativ aktlarla tənzimlənir.Mediada yayılan digər məlumatlarda direktorun bahalı avtomobillər alması, yüksək dəyərli mənzillərə sahib olması və ailə üzvlərinin adına müxtəlif obyektlərin açılması barədə iddialar yer almışdı.
“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

Sosial şəbəkələrdə və tibbi çevrələrdə müzakirə olunan məsələlərdən biri də Fazil Alməmmədovun 10-FZ-100 dövlət qeydiyyat nişanlı bahalı avtomobildir. İddialara görə, nömrədəki “FZ” hərfləri rəhbərin adının Fazil — baş hərfləri ilə üst-üstə düşür. Bu uyğunluq təsadüf kimi təqdim oluna bilər. Lakin dövlət tibb müəssisəsinin rəhbərinin yüksək dəyərli avtomobil və “şəxsi identifikasiya” xarakteri daşıdığı iddia edilən nömrə ilə gündəmə gəlməsi ictimai rəy baxımından əlavə suallar yaradır.
Mediada yer alan digər xəbərlərə görə, ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən Fazil Alməmmədova qarşı 400 min manatlıq borc iddiası ilə məhkəmə müraciəti olunmuşdu. İddialara əsasən, məsələ sonradan “başqa müstəvidə” həll edilib.Daha diqqətçəkən məqam isə budur: 2025-ci ildə Adil Vilayət oğlu Məmmədzadəun həmin mərkəzdə direktor müavini təyin edildiyi bildirilir.Bütün bu iddialar — qohumların işə yerləşdirilməsi, bahalı həyat tərzi, iri borc qalmaqalı və sonradan vəzifə təyinatı — bir yerdə qiymətləndirildikdə artıq ayrı-ayrı təsadüfi hadisələr kimi görünmür.
Tibb sistemində “oliqarx” imici: Fazil Alməmmədov ətrafında formalaşan reputasiya nəyi göstərir?
Tibbi çevrələrdə bəzi rəhbər şəxslərin qeyri-rəsmi şəkildə “oliqarx” kimi tanınması təsadüfi reputasiya deyil — bu, adətən uzun illər ərzində formalaşan təsir dairəsi, geniş əlaqələr şəbəkəsi və qərarvermə proseslərində dominant rol iddiaları ilə bağlı olur. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da tibbi heyət arasında belə xarakterizə olunması, səhiyyə sistemində idarəetmə balansına dair sualları daha da artırır.Əgər müxtəlif xəstəxana rəhbərlərinin təyinatında müəyyən bir şəxsin təqdimatı və ya razılığı mühüm rol oynayırsa, bu, həmin şəxsin formal səlahiyyətlərdən daha geniş təsir imkanına sahib olduğu təəssüratı yaradır. Nəticədə, tibb işçiləri arasında “mərkəzi fiqur” obrazı yaranır.Fazil Alməmmədovun tibbi heyət arasında “oliqarx” kimi tanınması iddiaları — doğru və ya şişirdilmiş olmasından asılı olmayaraq — səhiyyə idarəçiliyində şəffaflıq, balans və institusional idarəetmə barədə ciddi suallar doğurur. Ən sağlam çıxış yolu isə rəsmi açıqlıq, maliyyə hesabatlarının şəffaflığı və kadr siyasətində açıq mexanizmlərin tətbiqidir.(Mediatv.az )
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Oxunub: 42
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-11-2025, 19:32

TƏBİB-də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirildi - Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-02-2025, 15:52

Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-01-2025, 11:38

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-10-2024, 09:52

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub
Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
9-cu sinif şagirdi vəfat etdi
“İNVEST-AZEM” MMC-nin borcunun səbəbi araşdırılsın-Müraciət
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Qanunsuz əməliyyat, ölüm və “gizli əl”: kim qoruyur?
Hadisə
Dün, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
Dün, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
Dün, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
20-04-2026, 14:46
“Mübarək” şadlıq evində yanğın
Son xəbərlər
  • Bugün, 18:05
    Şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub
  • Bugün, 18:03
    Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
  • Bugün, 18:01
    Azərbaycan XİN-dən İsrailə təbrik
  • Bugün, 17:59
    9-cu sinif şagirdi vəfat etdi
  • Bugün, 17:35
    “İNVEST-AZEM” MMC-nin borcunun səbəbi araşdırılsın-Müraciət
  • Bugün, 17:23
    Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
  • Bugün, 17:02
    İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Bugün, 16:48
    Qanunsuz əməliyyat, ölüm və “gizli əl”: kim qoruyur?
  • Bugün, 16:05
    Keçmiş səfir indi isə XİN-də idarə rəisi olan Həsən Məmmədzadə “Discovery” ilə kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi
  • Bugün, 15:33
    Gəncənin icra başçısı Niyazi Bayramovun fəaliyyəti araşdırılır: 11 milyon manat artıq ödəniş aşkarlanıb
  • Bugün, 14:45
    Məhəmmədli qəsəbəsində qanunsuz "makler evlər"inin tikintisi bitmir - RİH başçısı göstəriş verib?
  • Bugün, 14:20
    Bu ödənişlərlə bağlı yeni qayda müəyyənləşir
  • Bugün, 14:19
    Maliyyə icarəçilərinin münasibətləri rəsmiləşdirilir
  • Bugün, 14:18
    MM-də yeni qanun layihəsi müzakirə edilir
  • Bugün, 14:15
    İran gəmisi Oman körfəzində atəşə tutuldu
  • Bugün, 14:14
    "Qarşılıqlı səfərlər normal mühitin bərqərarına töhfə verir”
  • Bugün, 13:06
    Tanınmış türkiyəli iş adamı Bayram Yusifovu məhkəməyə verir – Video
  • Bugün, 12:53
    Prezident həmkarını qarşıladı - Fotolar
  • Bugün, 12:49
    Şəmkir məktəblisi Mançester Universitetinə qəbul olub
  • Bugün, 12:48
    Latviya Prezidenti Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar - Yenilənib
  • Bugün, 12:45
    Neftimizin bugünkü qiyməti açıqlandı
  • Bugün, 12:44
    "Blokadanın qaldırılması razılaşma şanslarını azalda bilər”
  • Bugün, 12:42
    Yanacağa görə 20 min uçuşu ləğv edirlər
  • Bugün, 12:41
    "Brent” yenidən 100 dolları keçdi
  • Bugün, 12:39
    “İran atəşkəsin uzadılmasını istəməyib”
  • Bugün, 12:38
    SEPAH həmin ölkələri hədələdi
  • Bugün, 12:37
    Sezon finalı tarixi açıqlandı
  • Bugün, 12:35
    Tramp İranla atəşkəsin müddətini uzatdı
  • Bugün, 12:24
    AAYDA-nın tabeliyindəki şirkətlər dövlətə olan milyonlarla borcu niyə ödəmir?
  • Bugün, 11:58
    Gənclər və İdman Nazirliyində ciddi pozuntular aşkarlanıb: 15 milyon manat qiymətlər nəzərə alınmadan xərclənib?
  • Bugün, 11:12
    “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? Asiman Həsənovun əli ilə….
  • Bugün, 10:34
    Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
  • Bugün, 10:06
    MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! - 19 min nəyə xərclənib?
  • Bugün, 09:41
    SOCAR-ın mənzil maxinasiyası: “güzəştli evlər” adı altında neftçilər aldadılıb
  • Bugün, 09:20
    Hesablama Palatası Saleh Məmmədovun maliyyə maxinasiyalarını sənədləşdirib - TALANAN PULLAR QAYTARILMALIDIR!
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə