• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-02-2026, 18:54

Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar

Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər.

Bizimesr.az bildirir ki, təftiş prosesi yeni başlamayıb, əksinə, uzun müddətdir aparılan araşdırmaların nəticəsi kimi indiki mərhələyə keçilib. Bu isə məsələnin çox ciddi olduğunu göstərir.
İddialara əsasən, yoxlamalar zamanı iri həcmli yeyinti faktları aşkarlanıb. Söhbət təkcə bir və ya iki layihədən getmir. Rayonlar üzrə yol tikintisinə rəhbərlik edən şəxslərin fəaliyyəti də ayrıca araşdırılır. Mərkəzi Aparatla yanaşı, yerli strukturların da təftişə cəlb edilməsi prosesin hansı miqyasda olduğunu göstərir.

Mənbə bildirir ki, bəzi bölgələrdə həyata keçirilmiş yol layihələri ilə bağlı sənədlərdəkilərlə real vəziyyət arasında ciddi uyğunsuzluqlar var. Xüsusilə kənd yollarına ayrılan vəsaitlərin xərclənməsi diqqət mərkəzindədir.

Ən çox müzakirə doğuran məsələlərdən biri də təmir edilmiş yolların en və qalınlıq göstəriciləri ilə bağlıdır. İddialara görə, bir sıra hallarda yolların eni faktiki olaraq azaldılıb. Halbuki təmirdən əvvəl həmin yolların daha enli olduğu yerli sakinlər tərəfindən də təsdiqlənir. Sənədlərdə isə en göstəricilərinin əvvəlki kimi saxlanıldığı qeyd olunur. Bu isə kağız üzərində hər şeyin qaydasında, reallıqda isə fərqli mənzərənin olduğunu deməyə əsas verir. Eyni iddialar asfalt örtüyünün qalınlığı ilə bağlı da səsləndirilir.

Mütəxəssislər bildirirlər ki, yol tikintisində hər santimetr en və hər millimetr qalınlıq ciddi maliyyə göstəricisidir. Əgər layihədə nəzərdə tutulan parametrlər azaldılıbsa, bu, yüz milyonlarla manat vəsait fərqi yarada bilər. Bu fərqin isə hara yönləndirildiyi əsas sualdır. İddialara görə, məhz bu istiqamətdə aparılan maliyyə təhlilləri ciddi yeyinti mexanizmlərini üzə çıxarıb. Qeyd olunur ki, bəzi podrat müqavilələri də yenidən araşdırılır. Tender prosedurlarının şəffaflığı da sual altındadır.

Verilən məlumatlarda o da bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxilində bir neçə yüksək vəzifəli şəxs artıq istintaqa cəlb olunub. Hətta keçmiş sədrin sabiq müavinlərinin də prosesə daxil edildiyi iddia olunur. Bu isə məsuliyyətin komanda xarakterli ola biləcəyini göstərir. Bildirilir ki, bəzi hallarda hətta artıq üzləşmələr də keçirilib. Üzləşmələr zamanı ziddiyyətli ifadələrin ortaya çıxdığı qeyd olunur. Bu isə araşdırmaların daha da dərinləşdirilməsinə səbəb olub.

Digər maraqlı məqam media sahəsi ilə bağlıdır. İddialara görə, media ilə əməkdaşlıq və informasiya dəstəyi adı altında ciddi vəsaitlər ayrılıb. Rəsmi sənədlərdə bu vəsaitlərin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə yönəldiyi göstərilib. Lakin həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia edilir.

Bununla belə, vurğulanır ki, media xətti üzrə mümkün yeyinti digər sahələrlə müqayisədə daha kiçik həcmli olub. Əsas maliyyə pozuntularının infrastruktur layihələrində toplandığı bildirilir.

Kənd yollarına ayrılan vəsaitlərlə mövcud vəziyyət arasındakı ziddiyyət isə sosial narazılıq doğuran əsas məqamlardandır. Bir çox bölgələrdə yolların qısa müddət sonra yararsız hala düşməsi suallar yaradır. Əgər milyonlarla manat vəsait xərclənibsə, nəticə niyə uzunömürlü olmur?

Ekspertlər hesab edirlər ki, keyfiyyətsiz icra və texniki normativlərdən kənara çıxma halları geniş yayılıb. Bu isə həm maliyyə, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır.

Hazırda əsas diqqət istintaqın nəticəsinə yönəlib. Cəmiyyət konkret faktların və rəsmi açıqlamaların ortaya qoyulmasını gözləyir. Əgər cinayət işi rəsmiləşərsə, bu, son illərin ən səs-küylü korrupsiya proseslərindən biri ola bilər. Dövlət strukturlarında aparılan islahatlar fonunda belə araşdırmaların sistemli xarakter alması diqqət çəkir. Bu, eyni zamanda, digər qurumlar üçün də siqnal kimi qiymətləndirilə bilər.

İddiaların nə dərəcədə təsdiqini tapacağı istintaqın yekun qərarından asılıdır. Lakin artıq bir məsələ aydındır ki, proses genişmiqyaslıdır və bir neçə istiqaməti əhatə edir. Həm maliyyə sənədləri, həm texniki göstəricilər, həm də kadr qərarları araşdırılır. Prosesin necə tamamlanacağı yaxın zamanlarda bəlli olacaq.

Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.

Qurum təmsilçisi yuxarıda qeyd olunan iddialara dair bəzi nüanslarla bağlı məlumatlı olmadığını deyib.

"Sorğunuzda qeyd olunan məsələlərlə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq:

- Agentlikdə aparıldığı iddia olunan yoxlamalar barədə bildiririk ki, hər hansı yoxlama və ya araşdırmanın başlanılması, müddəti və mərhələləri həmin prosesi həyata keçirən səlahiyyətli nəzarət orqanlarının səlahiyyət dairəsinə aiddir. Bu səbəbdən Agentlik tərəfindən kənar qurumların apardığı mümkün yoxlamalarla bağlı məlumat verilməsi hüquqi baxımdan mümkün deyil.

- Təmir və yenidənqurma işləri aparılan avtomobil yollarının eninin azaldılması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Avtomobil yollarında tikinti, əsaslı təmir və yenidənqurma işləri təsdiq olunmuş layihə-smeta sənədləri əsasında, qüvvədə olan norma və standartların tələblərinə uyğun şəkildə icra olunur. Layihələrdə yolun texniki parametrləri, o cümlədən eni, hərəkət zolaqlarının sayı və digər göstəricilər müvafiq qaydada müəyyən edilir və işlər bu sənədlərə uyğun həyata keçirilir".(Bizimesr.az)

Oxunub: 48
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-09-2025, 14:43

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-09-2025, 09:00

AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-VİDEO+FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-07-2025, 13:41

Saleh Məmmədovun razılığı ilə AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub?-Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-06-2025, 11:23

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-04-2025, 11:08

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
14-10-2026, 08:49
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
14-10-2026, 08:49
Bu yollar bağlı olacaq
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
Son xəbərlər
  • Dün, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
  • 15-10-2026, 10:50
    Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
  • 15-10-2026, 10:50
    FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
  • 15-10-2026, 10:49
    Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
  • 15-10-2026, 10:49
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:15
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:14
    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
  • 14-10-2026, 08:49
    Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
  • 14-10-2026, 08:49
    Bu yollar bağlı olacaq
  • 14-10-2026, 08:47
    “Bu qərarlara görə illər sonra təşəkkür edəcəksiniz”
  • 14-10-2026, 08:44
    “Mən bunu problem olaraq görmürəm” - Şeyxülislam
  • 14-10-2026, 08:44
    Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb
  • 14-10-2026, 08:43
    Bu ərazilərdə qaz olmayacaq
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə