• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəmziyyə Heydərova: Zəfər zirvəsinə yüksələn Lider [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-12-2023, 11:54

Rəmziyyə Heydərova: Zəfər zirvəsinə yüksələn Lider


Görədil kənd tam orta məktəbin direktoru Rəmziyyə Heydərova - Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Ulu Öndər Azərbaycan vətəndaşlarına tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək, Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Rəmziyyə Heydərova: Zəfər zirvəsinə yüksələn Lider

Bu ümidləri 2003, 2008, 2013, 2018-ci illərdə keçirilən prezident seçkilərində doğruldan və ilk andiçmə mərasimində “Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” söyləyən cənab İlham Əliyev vədinə sadiq qalaraq Azərbaycanı çox zəngin və qüdrətli ölkəyə çevirdi. “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” söyləyərək bunu son 20 ildə əməli fəaliyyəti ilə təsdiqlədi.

Cənab İlham Əliyev daim xalqa arxalanır. Xalqımız dövlət başçısının ətrafında sıx birləşərək Onun irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları dəstəkləyir. Bir mühüm məqamı qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Xalq-Prezident-Ordu birliyi Zəfərimizi şərtləndirdi. Bu gün qürurla torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi ədalətin bərpasından, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışından danışırıq.

Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdu.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan daim bu çağırışı edir ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Dövlətimizin başçısının bu çağırışı Ümummilli Liderin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” tezisinin davamı kimi dəyərləndirilir. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.

Reallıq budur ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin təqdimatında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin zamanında uğurlu icrası qarşıdakı illərin aydın mənzərəsini yaradır.

Oxunub: 133
Paylaş:
Digər xəbərlər

---

15-10-2023, 11:39

Tahir Məmmədov: Xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-10-2023, 10:56

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-10-2023, 09:35

Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-10-2023, 11:54

Saleh Səmədov: Dayanıqlı inkişafı təmin edən lider [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-10-2023, 10:30

Nuriyyə xanım: Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Dün, 18:45
    ADY-də kadr xaosu davam edir - Yeni təyinatlar belə effekt vermir
  • Dün, 18:18
    Nizami başsız qalıb: Ağacları kəsən kəsənədir... - NARAZILIQ VAR...
  • Dün, 17:42
    Keçmiş deputatın şirkəti vətəndaşa DO GƏLİR... - VİDEO
  • Dün, 17:07
    Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
  • Dün, 12:40
    Novruz Məmmədov ADU-dakı işindən çıxdı - öz ərizəsi ilə...
  • Dün, 12:24
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 11:55
    İnnovasiya və Təchizat Mərkəzi “Var Construction” MMC ilə işbirliyini davam etdirir – Başqa adla
  • Dün, 11:22
    Tovuz rayonu üzrə Təhsil Sektoruna kim rəhbərlik edir? - Emin Əmrullayevin diqqətinə
  • Dün, 10:55
    Deputat Ağalar Vəliyev idarə rəisi Qafar Ağayevi necə razı salıb... - VİDEO
  • Dün, 10:10
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Dün, 09:26
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • 2-04-2026, 18:26
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • 2-04-2026, 17:53
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • 2-04-2026, 17:25
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • 2-04-2026, 16:44
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • 2-04-2026, 16:09
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • 2-04-2026, 14:39
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • 2-04-2026, 14:19
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • 2-04-2026, 13:53
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • 1-04-2026, 18:06
    Qaradağda yolu sel apardı - Belə keçirlər- AAYDA-nın yeni şefi nə düşünür?- Video
  • 1-04-2026, 17:12
    Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
  • 1-04-2026, 16:31
    Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI
  • 1-04-2026, 16:00
    “Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
  • 1-04-2026, 15:26
    Rəhbərlik dəyişsədə AAYDA-də "köhnə hamam köhnə tas" - Saleh Məmmədovun “3 muşketyoru” vətəndaşların əmlakına qənim kəsilib
  • 1-04-2026, 13:47
    İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib
  • 1-04-2026, 13:23
    Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır - AAYDA-da biabırçılıq bitmir
  • 1-04-2026, 12:31
    Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir? - TƏFƏRRÜAT
  • 1-04-2026, 11:24
    TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
  • 1-04-2026, 10:58
    Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
  • 1-04-2026, 10:23
    Budaqov Nəsimidə qaz vurub qazan doldurur... - BİRİ ÜÇƏ VURUR...
  • 1-04-2026, 09:45
    “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib? Fotofakt
  • 1-04-2026, 09:16
    Gəncə Dəyirman MMC-dən İYRƏNCLİK: UNUN İÇİNDƏ SİÇOVUL QUYRUĞU... - ÖZBAŞINA QALIBLAR...
  • 31-03-2026, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • 31-03-2026, 17:38
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • 31-03-2026, 16:36
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə