• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşadət Sadıqov: Azərbaycan xalqı tarixinə sahib çıxan xalqdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 15:34

Rəşadət Sadıqov: Azərbaycan xalqı tarixinə sahib çıxan xalqdır


Bakı Şəhəri 9 saylı Notariat Ofisinin Xüsusi notariusu Rəşadət Sadıqov - Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Dünya zaman-zaman ermənilərin öz himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasətinin şahidi olub. Amma susmaqla, ədalətin və beynəlxalq hüququn yanında olmamaqla növbəti cinayətlərin törədilməsinə yol açıb. 44 günlük İkinci Qarabağ müharibəsində dünya bir daha erməni vəhşiliklərinin şahidi oldu. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirilir. Ermənistan cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Prezident İlham Əliyev törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirlərinin reallıqda təsdiqi oldu. Azərbaycan qalibiyyəti ilə dünyaya səs saldı və belə bir mesajı ünvanladı ki, sonda zəfər çalan ədalət və beynəlxalq hüquqdur. Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan, yaşadığı faciələri unutmayan, heç zaaman ruhdan düşməyərək daim irəli baxan xalqdır. Xalqımız ədalətin gec-tez zəfər çalacağına əmin idi. Bu gün qürurla ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edirik. Ötən ilin 19-20 sentyabr tarixlərində azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Artıq qalibiyyət rəmzimiz olan üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda dalğalanır. Şəhidlərimizin, Xocalı faciəsinin qurbanlarının ruhu şaddır.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimi də özündə bütün məqamları ehtiva edir. Çoxəsrlik tariximizin hər bir səhifəsinin vərəqlənməsi, gələcək nəsillərə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdəndir. Müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə edərək həqiqətlərimizin, illərdir ermənilərin başımıza gətirdikləri faciələrin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrimizi verməliyik. Azərbaycan xalqı tarixinə sahib çıxan xalqdır.

Oxunub: 82
Paylaş:
Digər xəbərlər

Hadisə

26-02-2024, 09:00

Xocalı soyqırımından 32 il keçir - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-02-2024, 09:45

XİN: Xocalı faciəsi qurbanlarının xatirəsini kədərlə anırıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-02-2024, 12:42

Ombudsman Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

17-02-2024, 09:53

Qaradağlı faciəsindən 32 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-02-2024, 10:55

Ombudsman Əsgəranda kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq
Hadisə
23-05-2026, 16:36
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
Son xəbərlər
  • Bugün, 17:06
    “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
  • Bugün, 16:22
    Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
  • Bugün, 15:32
    Elnur Allahverdiyevin “ABC-Telecom”u qanunları pozur - “Kontakt Home” cərimələndi
  • Bugün, 13:11
    Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
  • Bugün, 12:43
    “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
  • Bugün, 11:34
    Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
  • Bugün, 11:02
    Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
  • Bugün, 10:13
    Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq
  • Bugün, 09:17
    Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
  • 23-05-2026, 17:09
    Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
  • 23-05-2026, 16:36
    Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
  • 23-05-2026, 15:26
    Məşhur aktyor çəkildiyi serialdan qovuldu
  • 23-05-2026, 14:14
    AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
  • 23-05-2026, 12:01
    "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
  • 23-05-2026, 10:54
     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
  • 23-05-2026, 10:05
    Kasparov beynəlxalq axtarışa verildi
  • 22-05-2026, 18:26
    CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
  • 22-05-2026, 17:51
    “Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
  • 22-05-2026, 17:10
    Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
  • 22-05-2026, 16:35
    Ağstafa sakinləri icra başçısı haqda hansı fikirdədir? - Torpaq satışı və...
  • 22-05-2026, 16:00
    AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
  • 22-05-2026, 15:14
    Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
  • 22-05-2026, 13:18
    Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • 22-05-2026, 12:21
    "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
  • 22-05-2026, 11:47
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • 22-05-2026, 11:34
    Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
  • 22-05-2026, 10:50
    Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi...
  • 22-05-2026, 10:09
    Leysan Məmmədovun himayədarlıq mexanizmi: 70 milyonluq Ərkəsöyün övlad hədiyyəsi
  • 22-05-2026, 09:23
    “Laser Beauty Clinic” - Nigar Rüfəti himayə edən kimdir?
  • 21-05-2026, 18:54
    Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti Kəlbəcərdə işçilərin maaşını vermir?
  • 21-05-2026, 18:24
    Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
  • 21-05-2026, 18:05
    Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
  • 21-05-2026, 17:44
    “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
  • 21-05-2026, 17:05
    Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
  • 21-05-2026, 16:23
    "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə