
Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
AYNA-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Dəyişikliyə əsasən, marşrutların fəaliyyət istiqamətləri belə olacaq:
- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;
- 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;
- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.