• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşad Cəbrayılov: Siyasi platformada yeni hədəflər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

4-03-2024, 12:19

Rəşad Cəbrayılov: Siyasi platformada yeni hədəflər


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - Dövlətçiliyin bütün prinsiplərini özündə ehtiva edən ulu öndər Heydər Əliyev yolunu rəhbər tutan Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer vermişdir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi səhnəsinə qədəm qoyarkən onun ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı olmuşdur. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.

2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilən Prezident İlham Əliyevin əsas hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq olmuşdur. Məhz bu səbəbdən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün son illər ərzində ölkədə yaranmış yeni situasiyaları nəzərə alaraq 2021-ci ilin mart ayının 5-də özünün növbəti VII Qurultayını keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir Qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII Qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilə bilər.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında daha mühüm bir məsələ Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Prezident İlham Əliyev VII Qurultayda Yeni Azərbaycan Partiyasının qarşısında ölkəmizdə multikulturalizm dəyərlərinin daha da möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi, gənclərlə işin effektivliyinin artırılması, şəhid ailələri və qazilərə daimi diqqət göstərilməsi, beynəlxalq tərəfdaşların çoxaldılması, şəffalığın artırılması kimi mühüm vəzifələr qoymuş oldu.

VII Qurultayda yeni Nizamnamənin qəbul edilməsi ilə partiyanın yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Bundan əlavə partiyamızın sədri, Prezident İlham Əliyev Qurultayda İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını vermişdir. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilən yeni Proqram demokratik dəyərlərə, milli maraqlara əsaslanaraq müasir yanaşma və metodları özündə ehtiva edir. 5 fəsildən ibarət olan yeni Proqramda “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı, peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi məsələlər öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi 10 strateji istiqamət müəyyən olunub.

Bu gün Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri uğurla inkişaf etdirilir və möhkəmləndirilir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir.

2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Bundan əlavə, YAP-ın Çin Kommunist Partiyası, Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Bütün bunlardan əlavə olaraq, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir. Siyasi sistemimizin əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsi üçün davamlı olaraq müxtəlif təşəbbüslərlə iştirak etməyi planlaşdırır ki, burada da məqsəd ən böyük milli sərvətimiz olan ümummilli həmrəyliyə nail olmaqdır.

Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyev qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan dayanıqlı inkişaf edən iqtisadiyyata malikdir. Ölkə iqtisadiyyatının gələcəkdə də davamlı və dayanıqlı inkişafını təmin etmək, şaxələndirilmiş iqtisadiyyat modelinin daha da genişləndirilməsi ölkəmiz, dövlətimiz üçün hər zaman prioritetlərdəndir. Bu istiqamətdə davamlı uğurların əldə edilməsi üçün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa bundan sonra da öz töhfəsini verəcəkdir.

Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.

Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən Müharibəsindəki tarixi qələbəmizlə ərazi bütövlüyümüz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Azərbaycan artıq regionda və dünyada söz sahibinə çevrilmişdir. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının lideri - cənab İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri vardır.

Oxunub: 84
Paylaş:
Digər xəbərlər

---

4-03-2024, 12:14

Tahir Məmmədov: Qətiyyətli və uğurlu siyasət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-12-2023, 15:59

Rəşad Cəbrayılov: Heydər Əliyev ideyaları əbədi olaraq yaşayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-11-2023, 13:13

Şahin Xurşudov: Zəfər partiyası Azərbaycana möhtəşəm uğurlar qazandırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-10-2023, 13:43

Rəşad Cəbrayılov: Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Dün, 12:10
Bakıda qadın küçədə öldü
Dün, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
11-09-2026, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
11-09-2026, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
11-09-2026, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Son xəbərlər
  • Dün, 12:10
    Bakıda qadın küçədə öldü
  • Dün, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • Dün, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • Dün, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • Dün, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • Dün, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • 10-09-2026, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • 10-09-2026, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • 10-09-2026, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 10-09-2026, 12:02
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə