• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şərəfli vəzifə sahibi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

1-04-2024, 11:48

Şərəfli vəzifə sahibi


Quba Tədris-təcrübə və istirahət mərkəzinin rəhbəri İlham müllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Quba Tədris-təcrübə və istirahət mərkəzinin rəhbəri İlham müllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlham müllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlham müllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba Tədris-təcrübə və istirahət mərkəzinin rəhbəri İlham müllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Quba Tədris-təcrübə və istirahət mərkəzinin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin (o vaxtkı Azərbaycan SSR Nazirlər Soveti) 10 iyul 1967-ci il tarixli 388 saylı sərəncamına əsasən Quba rayonunun Jdanov adına sovxozunun (indiki 2-ci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin ayrılması ilə qoyulub.

Ayrılan ərazi təsəvvür edilən baza məfhumundan çox uzaq, yolsuz, baxımsız sıx meşə ərazisi, alma bağları və kolluqlardan ibarət olub. Rektorluq və dekanlıq bazaya yol açmaq, ərazidə çadır qurmaq məqsədilə təxminən 2 il müddətində iş aparıb. 1970-ci ilin yayında Biologiya fakültəsinin dekanı Qara Mustafayev və bir qrup tələbə təzəcə salınmış cığırla alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübə keçiblər. Beləcə “çadır-təcrübə praktikası” 1991-ci ilədək davam edib. 1989-cu ildə Xocalı şəhərinin inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramına uyğun olaraq, Rusiya Federasiyasından alınan taxta konstruksiyalı ikimərtəbəli binalardan biri o vaxtkı dekan Akif Quliyevin şəxsi səyləri nəticəsində universitetə verilib və həmin 16 mənzilli, 47 otaqlı ev 1990-cı ilin sonlarında Nügədi kəndində qurulub. 1991-ci ildən etibarən tələbələr rahat otaqlarda yerləşərək təcrübə keçməyə başlayıblar. Lakin ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşən 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirilib, bu “müvəqqətilik” 2012-ci ilə kimi davam edib.

2012-ci il martın 6-da BDU-nun Tədris-təcrübə bazasında məskunlaşan qaçqınların Quba rayonunun Aşağı Atuc kəndində istifadəyə verilən qəsəbəyə köçürülməsi universitetin yeni Tədris-təcrübə mərkəzinin tikintisinə şərait yaradıb.

İstifadəyə yararsız vəziyyətə düşən ikimərtəbəli taxta konstruksiyalı evi və onun ətrafındakı tikililəri bərpa etmək mümkün olmadığından 2023.16 kvadrat metrlik təməlin üzərində ümumi sahəsi 8400 kvadrat metr olan beşmərtəbəli binanın tikilməsi qərarı verilib. Cəmi il yarıma yalnız daxili imkanlar hesabına universitet kollektivinin birgə səyi, bütün qüvvələrin səfərbər olunması və əlbəttə, rektor, akademik Abel Məhərrəmovun yüksək təşkilatçılıq bacarıqları nəhəng tikintini başa çatdırıb.

2013-cü il sentyabrın 18-i BDU-nun tarixinə xüsusi bir hadisə kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədris və istirahət otaqları, akt və konfrans zalları, yeməkxana və idman kompleksləri ilə tanış olub, binanın tikintisindən və tələbələr üçün yaradılan şəraitdən razılığını bildirib.

8 hektar ərazisi olan Tədris-təcrübə və istirahət mərkəzinin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis), mərkəzi qazanxana və su anbarı, zövqlə bəzədilmiş park və yaşıllıqlar yerləşir. 400 nəfər üçün nəzərdə tutulan tədris və istirahət korpusunda universitetin müəllim və tələbələri üçün hər cür şərait yaradılıb. Binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, arxasındakı divarda onun ölkəmizin müstəqilliyi ilə bağlı dəyərli fikirləri həkk olunub. Üzbəüzdə isə həm ümummilli liderin, həm də ölkə başçısı cənab İlham Əliyevin universitetlə bağlı şəkillərindən ibarət fotostend hazırlanıb. BDU-nun tarixi ilə bağlı maraqlı lövhə, Tədris-təcrübə və istirahət mərkəzində gedən tikinti işlərini əks etdirən görüntülər fotostenddə yerləşdirilib.

Binanın 2-ci mərtəbəsində müxtəlif disputların, müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı yerləşir. Bu mərtəbədə həm də professor-müəllim heyəti üçün nəzərdə tutulmuş və ən müasir tələblərə uyğun inşa edilmiş 2-3 otaqdan ibarət 5 VİP mənzil də var. Müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şəraiti olan 300 nəfərlik böyük akt zalı 3-cü mərtəbədədir. Akt zalındakı işıqlandırma və səs sistemi, akustika və video görüntülər şəbəkəsi peşəkar mütəxəssislər tərəfindən məharətlə quraşdırılıb.

4-cü mərtəbə yalnız yataq otaqları üçün nəzərdə tutulub. Geniş və işıqlı dəhlizlərdəki səliqə-sahman göz oxşayır. Zövqlə bəzədilərək bütün zəruri avadanlıqlarla təchiz edilmiş və fərdi sanitar qovşağı, duş kabinəsi olan otaqların əksəriyyəti 2-3 tələbə üçün nəzərdə tutulub.

Aşağı mərtəbədə yerləşən yeməkxana 200 nəfərlik müəllim-tələbə heyətinə birdəfəyə xidmət edir. Yeməkxana ərzaqların saxlanılması, hazırlanması və təqdimatı üçün Avropa istehsalı olan avadanlıqlarla təchiz edilib.

Binada idman növləri ilə məşğul olmaq üçün ayrılmış bölmədə trenajor zalı, güləş döşəkləri, stolüstü tennis, bilyard və digər stolüstü oyunlar üçün şərait var.

Mərkəzdə yaradılmış elektron kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, Tədris-təcrübə və istirahət mərkəzində müxtəlif elmi istiqamətlər üzrə laboratoriyalar, elektron lövhə və digər müasir avadanlıqlarda təchiz edilmiş tədris auditoriyaları təşkil olunub.

Oxunub: 124
Paylaş:
Digər xəbərlər

---

2-04-2024, 10:54

Rüstəm Məmmədov: Stomatoloji müalicə zamanı ən optimal variantı seçərək sizin qayğınıza qalırıq! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-01-2024, 15:59

Dr. Səkinə Hüseynova: Sizin üçün daima yeniliklər axtarışındayıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-11-2023, 13:21

Bəhruz Şirəliyev hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-09-2023, 12:48

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əli Əliyevin diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-08-2023, 11:08

Nabat Rəfiyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Magistratura imtahanının nəticələri elan olunub
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
  • 28-07-2026, 10:29
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:04
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:50
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:30
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 09:02
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 17:59
    Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
  • 27-07-2026, 17:10
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • 27-07-2026, 16:30
    Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə