Barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəza ilə əvəz olunan və artıq 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazov (“Gəncəli Mübariz”) xərçəng xəstəliyinə tutulub.
Bakupost.az -ın məlumatına görə, bu barədə “Xural TV” rəhbəri, hazırda Türkiyədə müalicə alan jurnalist Əvəz Zeynallı məlumat verib. O bildirib ki, Penitensiar Xidmətin müalicə müəssisəsində Mübariz Niyazovla görüşüb. Onun sözlərinə görə, Niyazov hazırda onkoloji xəstələrin saxlanıldığı xüsusi müəssisəyə yerləşdirilib və səhhəti ağırdır.