
“Sputnik Azərbaycan”ın böyük redaktoru Yevgeni Belousov Bakıda həbsdən azad edilərək Rusiyaya gedib.
“Gundelikxebwr.org” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.
“Sputnik”in redaktoru Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib”.
Qeyd edək ki, Yevgeni Belousov ötən gün həbsdən azad edilib.
Xatırladaq ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousov həbs edilib. Bu ayın əvvəli icraçı direktor da həbsdən buraxılmışdı.