Rusiya ordusunun Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko bildirib.
Məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.
“İyunun 28-i saat 17:00-a olan məlumata görə, dağıntılar altından 11 nəfərin (o cümlədən 3 uşağın) meyiti çıxarılıb”, - DİN-dən bildirilib.
Ölənlərdən ikisi 15 yaşına çatmayan əkiz bacılar Anna və Yuliya Aksençenkolardır.
Həmçinin, hadisə nəticəsində 61 nəfər yaralanıb.
Xatırladaq ki, Kramatorska raket hücumu iyunun 27-də həyata keçirilib. Rusiya qüvvələri çox sayda insanın olduğu kafeni atəşə tutublar. Hücum yanğına səbəb olub.