• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-06-2025, 19:04

 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!


5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.

İddialarla bağlı Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyinin Analti Ekspertiza Mərkəzindən bildirildi ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil:

"Həmçinin adıçəkilən şəxslə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) bu günə qədər heç bir rəsmi şikayət daxil olmayıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən göstərilən faktla əlaqədar işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".

"Ümumilikdə, özəl tibb müəssisələrində fəaliyyət göstərən şəxslərlə bağlı şikayətlər və qanunsuz fəaliyyət hallarının araşdırılması Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq həyata keçirilir.

Belə ki, lisenziyalı tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və ya plandankənar yoxlamalar formasında aparılır. Lisenziyasız fəaliyyət halları və ya insan sağlamlığına birbaşa təhlükə törədən hallar aşkar edildikdə isə, AEM-ə konkret təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciət daxil olduqda, növbədənkənar yoxlamalar təşkil olunur.

Qanun pozuntuları aşkar edilərsə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq aşağıdakı tədbirlər görülür:

Maddə 210.1 – Lisenziya olmadan tibbi fəaliyyətə görə 2.000 – 30.000 manatadək cərimə;

Maddə 215.1 – Lisenziyadan kənar xidmət göstərən tibb işçilərinə görə 300 – 8.000 manatadək cərimə;

Maddə 215.4 – Sertifikasiyadan keçməyən şəxslərin işlədilməsinə görə 800 – 8.000 manatadək cərimə tətbiq edilir.

Vətəndaşlara tövsiyə olunur ki, özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat versinlər",-deyə qeyd olunub.

***

14:05

5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar var.

Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, həkimin diplomları saxtadır, onun tibb təhsilinə dair həqiqi sənədləri yoxdur, o, həm də Azərbaycanda Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb.

Lent.az iddialarla bağlı daha geniş araşdırmasını təqdim edir.

Qeyd edək ki, həkimin sözlərinə görə o Kembric Universitetində təhsil alıb, Amerikada cərrah-ginekoloq kimi çalışıb. Bundan əlavə o, həm də, Amerika onkoloqlar cəmiyyətinin üzvü, İngiltərə Vaginaplastika Cərrahları Assosiasiyasının cərrahıdır. Davamlı tibbi təhsil (DTT) üzrə balı isə 300-dür.

Həkimin sözlərinə görə, onun 178 sertifikatı var. Hətta iş o yerə çatıb ki, onun sertifikatları otağına belə sığışmır.

Bir az araşdırma etdikdən sonra İngiltərə Vaginaplastika Cərrahları Assosiasiyası kimi bir qurumun olmadığını gördük. Onun yerinə (The British Association of Aesthetic Plastic Surgeons), yəni Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının rəsmi saytına daxil olub, cərrahlar siyahısından bəlkə bir ehtimal burada çalışmış ola bilər deyə, Turanə Nəsibovanın adını axtarışa verdik. Lakin onun adına dair nəticə tapılmadı.

Ümidimizi üzmədik, həkimin təhsilsiz “həkim” olmasını qəbul etmək istəmədiyimiz üçün, son şans Kembric Universiteti diplomu ilə maraqlandıq.

Həmin universitetin verdiyi iddia olunan diplomu da, orada təhsil alan tələbələr və məzunlarla bölüşdük. Məlum oldu ki, həkimin Kembric Universitetinin diplomu kimi tanıtdığı kağız əslində diplom deyil. O, yalnız 1 günlük təlimə qoşulanlara universitet yox, təşkilatlar tərəfindən verilən “diplom”dur.

Bundan başqa Turanə Nəsibovanın paylaşdığı digər kağızlar da həqiqi diplomların fotoları deyil.

Bəs səhiyyə kimi həyati əhəmiyyətli sahədə Turanə Nəsibovanın həqiqətən də ali təhsilli həkim olduğunu necə öyrənmək olar? Xəstələr ona necə güvənə bilərlər?

Xarici diplomların tanınması ilə bağlı Lent.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, bir şəxsin diplomunun tanınıb-tanınmaması onun təhsil tarixçəsinə dair fərdi məlumat hesab olunur. Bu tip məlumatlar “Şəxsi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur:

“Şəxsin açıq şəkildə yazılı və ya rəqəmsal razılığı olmadan başqa bir şəxs onun diplomunun tanınıb-tanınmamasına dair məlumatı rəsmi qurumlardan əldə edə bilməz”.

Diplomu tanınmayan şəxslər çalışa bilərlərmi? Sualımıza isə “İşəgötürən qurumun məsuliyyəti olduğu” vurğulandı.

Agentliyin cavabından aydındır ki, şəxsin öz razılığı olmadan onun diplomlarının tanınması ilə bağlı digər şəxslər quruma müraciət edə bilməzlər.

Əgər həkim həqiqətən də ali təhsilli cərrah deyilsə, o zaman minlərlə insanın həyatının təhlükədə olduğunu demək olar.

Səhiyyə Nazirliyi diplomları şübhə doğuran, özəl klinikalarda gizlənib, çalışan həkimləri necə araşdırır?

Ağlımızı qarışdıran suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxladıq.

Mərkəzdən bildirildi ki, həkim barədə şikayətlərini bildirən şəxs həkimlə münasibətlərini təsdiq edən sənədləri (reseptlər, ödəniş çekləri və digər sübutları) aem@pharma.az saytına göndərir. Məsələni araşdırmaq üçün xüsusi işçi qrupu yaradılır. Əgər ehtiyac yaranarsa, o zaman plandan kənar yoxlama açılır. Bu zaman klinikaya gedərək oranın lisenziyasının olub-olmamasını, çalışanların hər birinin sənədlərini, həkimin sertifikatını yoxlayırıq.

“Bundan əlavə qanunvericiliyə görə istənilən xəstə həkimdən onun sertifikatını, diplomunu tələb edə bilər. Əgər həkim pasientin tələblərindən imtina edirsə, biz o halda da araşdırma edə bilirik”.

Maraqlıdır, indiyə qədər onkoginekoloq Turanə Nəsibova barədə Analtik Ekspertiza Mərkəzində araşdırma aparılıbmı? Həkim sertifikasiyadan keçibmi?, sorğumuza isə mərkəzdən cavab veriləcəyi bildirildi.

Sorğuya cavab gəldiyi zaman məqaləni yeniləcəyik.

Lent.az
 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
 Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-06-2025, 11:38

ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-02-2025, 10:34

Bəs deyirdilər bağlanıb?! – Qalmaqallı estetik klinika pasiyentləri qəbul edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-01-2025, 14:22

Tibbi təhsili olmayan Dr.kosmetoloq Fərqanə Əhmədova necə fəaliyyət göstərib?-Araşdırma-Fotolar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-12-2024, 17:38

Plastik cərrahlara yanvarın 31-dək vaxt verildi - Rəsmi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-10-2024, 14:17

“General Hospital”da “saxta bülleten” qalmaqalı -Prokurorluqda araşdırma aparılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • 12-10-2026, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • 12-10-2026, 11:56
    Azərbaycanda maaşlar artıb
  • 12-10-2026, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 12-10-2026, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə