
Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 28,6 kiloqramdan artıq narkotik vasitə və 2064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.