• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir….. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-07-2025, 11:33

“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Ötən həftə “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılmaları ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir hissəsini oxuculara açıqlamış, araşdırmalardan sonra mövzuya yenidən qayıdacağını bildirmişdi.

Qeyd edək ki, MMC-nin müraciətindən sonra apardığımız ətraflı araşdırmada “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən tender prosedurlarının təşkili zamanı çox ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, qanunvericiliyə görə satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır; Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

“Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalında 30.09.2021-ci il tarixdə 2022-ci ildə satın alınacaq malların (işlərin və xidmətlərin ) adı, həcmi, miqdarı və ölçüsü ilə bərabər satınalma üsulu da açıqlanıb. “Azərişıq” ASC 2022-ci ildə satınalma planlarına dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox 2910 Açıq Tender daxil edərək keçirilməsini planlaşdırıb. Lakin apardığımız araşdırma zamanı dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC tərəfindən 2022-ci ildə cəmi 24 açıq tender üzrə bağlanılmış müqavilələr barədə məlumatlara rast gəldik. Bəs qalan tenderlər necə olub? Keçirilibsə nəticəsi niyə açıqlanmayıb? Keçirilməyibsə, baş tutmayıbsa, ləğv olunubsa səbəbləri açıqlanmada nə üçün bildiriş verilməyib?
Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası satınalma planlarına daxil etdiyi Açıq Tenderlərin böyük əksəriyyətini qanunla müəyyən edilmiş qaydada təşkil etməmiş, tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə də tender prosedurunun nəticələri barədə qanunda nəzərdə tutulmuş qaydada ictimaiyyətə heç bir açıqlama verməmişdir. Elə “Azərişıq” ASC tərəfindən elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması məqsədi ilə keçirilmiş açıq tendrdə olduğu kimi. Xatırladaq ki, ilkin mərhələdə bu tenderin qalibi “Vedi construction” olsa da ASC-nin Tender Komissiyası müxtəlif bəhanələr uyduraraq sözügedən MMC-ni tenderdən kənarlaşdırmışdır. Bir daha xatırlatmaq istərdik ki, sözügedən açıq tenderdə zərflərin açılması üzrə 09.03.2023-ci il tarxli iclas protokolunda göstərilir. Müsabiqədə toplam 4 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdakılardır.
“AS TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 208 698.04 AZN
“AZELEKTRO SERVICE CO” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 264 759.01 AZN,
“FUGA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 299 757.32 AZN,“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti: 1 681 278.70 AZN,
Tender komissiyası tenderin әsas şәrtlәr toplusunda göstәrilmiş tәkliflәrin qüvvәdә olma müddәtinin bitmәsinә 10 bank günü qalanadәk qiymәtlәndirmәni bitirәrәk qәrar qәbul etsin.
Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-nin təklif etdiyi ən aşağı qiyməti sərfəli hesab etməyərək daha baha qiymətlər təklif edən şirkətlərdən birini seçib. Hansı ki, zərflər paketinin açılmasından 3 ay keçməsinə baxmayaraq nə tenderin qalibi, nə də ayrılmış məbləğ barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşdirilməyib.
Xatırladaq ki, ötən yazıda bunların hamısının 2020-ci ilin yanvar ayından Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmasından sonra baş verdiyini yazmışdıq.Bizə verilən ən son məlumatlara görə, bu işlərin başında sədrin tələbə yoldaşı olmuş Kamil Hüseynovla bərabər daha bir neçə nəfərin də durduğu söylənilir. Onlardan biri “Azərişıq” ASC-də mühüm vəzifə tutan, Tender Komissiyasının sədri Uğur Babayevdir ki, açıq mənbələrdə barəsində məlumat yoxdu. Amma söylənilənlərə görə sədrin ən yaxın adamlarından biri olduğuna görə məhz onu Tender Komissiyasının sədri seçdirib, yəni təyin edib. Digəri isə “Azərişıq” ASC-nin layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov. Bu o, İdrak Ələkbərovdu ki, hələ 2009-cu ildə keçmiş İqtisadi inkişaf nazirliyinin Antiinhisar Xidməti Departamentinin üç məmurunun Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərinin sahiblərindən rüşvət almaq üstündə həbs edilənlər arasında olub. Sonradan məhkəmənin qərarı ilə şərti cəza alıb və bir müddət işsiz qaldıqdan sonra Vüqar Əhmədovun vasitəçiliyi ilə “Azərişıq” ASC-də ən mühüm vəzifələrin başına gətirilib. Bu dostların keçmişdə gördüyü işlər barədə elektron mediada kifayət qədər geniş məlumat var. Bu dostlar son illər “Azərişıq” ASC-nin keçirdiyi tenderlərdə özlərinə yaxın olan şirkətləri qalib çıxarır və bu yolla külli miqdarda dövlət vəsaitlərini təyinatından kənarlaşdırırlar.
Ötən yazılarda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, 2021-2022-ci illərdə “Azərişıq” ASC bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə milyonlarla manat dövlət vəsaiti ayırmışdır. Bu barədə 2022-ci ilin satınalma planlarına daxil edilmiş tenderlərdə açıq göstərir. Bu məqsədlə qurumun keçirdiyi milyonlarla manat dəyəri olan tenderlərdə qaliblər ancaq “Mix Pro”, “İtsoil”, “İtes Company”, “Enerji Construction”, “İnterqas”, “ŞansConstruction”, “Smart Energy Services” kimi MMC-lər olmuşdur. Hansı ki, bu şirkətlərin özünün maddi texniki bazası və iş təcrübəsi sual altındadır. Yəni bu MMC-lərin əksəriyyəti iş görməkdən daha çox ayrılan dövlət vəsaitlərinin təyinatından kənara çıxarılması işlərini həyata keçirmələri barədə kifayət qədər geniş məlumatlar var.
Göründüyü kimi “Vedi construction” MMC-nin iddiaçı olduğu tendrdə “Azərişıq” ASC-nin Tender Komissiyasının yol verdiyi ciddi qanun pozuntularını araşdırdıqda, digər tenderlərdə daha da çoxlu qanun pozuntularına yol verildiyi üzə çıxdı. Əgər bir tenderin keçirilməsində bu qədər qanunsuzluqlara yol verilirsə, onda ASC-nin illik satınalma planlarına daxil etdiyi, müxtəlif mal materialların və xidmətlərin satın alınması ilə bağlı təşkil etdiyi yüzlərlə tender prosedurlarında görün nə qədər qanun pozuntularına yol verilir. Araşdırdıqda o da məlum olur ki, “Azərişıq” ASC-də dövlət vəsaitlərindən səmərəli, qənaətlə istifadə etmək əvəzinə, talan edilməsinə üstünlük verilir. Həm də tenderlərin adı açıq olmasına baxmayaraq, gizlin şəkildə keçirilməsinə daha çox üstünlük verilir. //aktualinfo//

Oxunub: 57
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-06-2025, 18:21

FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-11-2024, 16:24

“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-09-2024, 14:40

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-09-2024, 12:16

Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
Hadisə
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:19
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
23-06-2026, 09:36
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
22-06-2026, 16:44
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
22-06-2026, 09:30
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
20-06-2026, 15:31
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Son xəbərlər
  • Dün, 17:06
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Dün, 16:36
    AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib
  • Dün, 15:52
    Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH
  • Dün, 15:19
    Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
  • Dün, 14:52
    "Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
  • Dün, 14:25
    AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB
  • Dün, 12:21
    Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub
  • Dün, 11:56
    Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb
  • Dün, 11:19
    Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib"
  • Dün, 10:48
    Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
  • Dün, 10:04
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • Dün, 09:42
    Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
  • Dün, 09:14
    BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr
  • 30-06-2026, 16:55
    Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
  • 30-06-2026, 15:59
    Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
  • 30-06-2026, 14:22
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
  • 30-06-2026, 13:09
    Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür
  • 30-06-2026, 12:45
    MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib
  • 30-06-2026, 12:09
    Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib
  • 30-06-2026, 11:12
    Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq
  • 30-06-2026, 10:31
    İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
  • 30-06-2026, 09:44
    Kobaxidze və Bektenov ticari-iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər
  • 30-06-2026, 09:07
    Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
  • 29-06-2026, 18:47
    Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
  • 29-06-2026, 18:08
    KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
  • 29-06-2026, 17:36
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • 29-06-2026, 17:04
    Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
  • 29-06-2026, 15:29
    Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH
  • 29-06-2026, 14:48
    Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
  • 29-06-2026, 13:38
    Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb
  • 29-06-2026, 12:57
    Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
  • 29-06-2026, 12:08
    Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
  • 29-06-2026, 11:38
    Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil
  • 29-06-2026, 10:43
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • 29-06-2026, 10:07
    Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə