• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-07-2025, 10:52

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, 12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında həkim Dilqəm Məhərrəmovun adı yer almır. Nəticə olaraq, adları siyahıda olmayan plastik-estetik həkimlərdən başqa digərləri işlərini icra edə bilməzlər. Bu qanun pozuntusu sayılır. Hadisəni aydınlaşdırmaq üçün müğənni Aysun İsmayılova ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.
Analitik Ekspertiza Mərkəzinin Ajans.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, ölkə ərazisində tibbi fəaliyyətin təşkili və həyata keçirilməsi yalnız qanunla müəyyən olunmuş tələblərə və prosedurlara uyğun şəkildə mümkündür.
“Azərbaycan Respublikasında tibb fəaliyyətinin əsas prinsipləri haqqında” Qanuna və Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 517 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikatlaşdırılması Qaydaları”na əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisas üzrə sertifikasiyadan keçməli və fəaliyyəti üçün rəsmi icazəyə malik olmalıdırlar.

Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”, bu sahədə fəaliyyət göstərmək hüququ olan mütəxəssislərin rəsmi qeydiyyatını təmin edir.

Qurumdan bildirilib ki, adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.
Qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən həm planlı, həm də plandankənar yoxlamalar əsasında həyata keçirilir. Xüsusilə, kütləvi şəkldə insan həyatına və sağlamlığına birbaşa və ya mühüm təhlükə yarada biləcək hallarda, təsdiedici sənədlərlə vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar aparıla bilər.

Bu tip hallarla bağlı İnzibati Xətalar Məcəlləsində konkret cəza tədbirləri nəzərdə tutulur.
Lisenziyasız özəl tibbi fəaliyyətə görə, fiziki şəxslər – 2.000–3.000 manat, vəzifəli şəxslər – 5.000–10.000 manat,
hüquqi şəxslər – 20.000–30.000 manat məbləğində cərimə edilir.

Analitik Ekspertiza Mərkəzi açıqlayıb ki, lisenziyada nəzərdə tutulmamış fəaliyyətin həyata keçirilməsinə görə,
fiziki şəxslər – 300–500 manat,
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat məbləğində cərimə olunur.

Sertifikasiyadan keçməmiş şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə:
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat cərimə edilir.

Məlumatda qeyd edilib ki, hər hansı şəxsin həkimlik fəaliyyətində uğurlu nəticə göstərməsi onun fəaliyyətinin qanuniliyini təmin etmir. Qanunsuz fəaliyyət göstərən həkimlər və onların çalışdığı müəssisələr qanunvericiliklə müəyyən olunmuş inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan icazə sənədlərinin və sertifikatların hüquqi və praktik əhəmiyyəti təkcə keyfiyyət təminatı deyil, həm də hüquqi fəaliyyət çərçivəsini müəyyən edir.

Ajans.az

Oxunub: 35
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-06-2025, 14:53

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-06-2025, 10:43

"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-06-2025, 11:38

ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-04-2025, 15:28

Estetik cərrahların sertifikasiyası ləğv olunub:Yenidən fəaliyyət göstərirlər? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-03-2025, 17:31

Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?
KATV1-in bitməyən “nasazlıq” problemi
Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO
Vətəndaşların “Nizami City” adlı KABUSU... - ÖZBAŞINA QALIBLAR...
Hadisə
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
Son xəbərlər
  • Bugün, 15:19
    Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
  • Bugün, 14:18
    Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
  • Bugün, 14:02
    Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?
  • Bugün, 13:26
    KATV1-in bitməyən “nasazlıq” problemi
  • Bugün, 13:04
    Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
  • Bugün, 12:21
    Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO
  • Bugün, 10:48
    Vətəndaşların “Nizami City” adlı KABUSU... - ÖZBAŞINA QALIBLAR...
  • Bugün, 10:25
    Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
  • Bugün, 10:01
    Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT
  • Bugün, 09:30
    Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır
  • Bugün, 09:05
    “L.A Dent” klinikasında diplomsuz həkimlər ifşa olunub-Video
  • Dün, 19:04
    “Bravo”da antinatitar vəziyyət: Ətlərin dadına birinci pişik baxır-Video
  • Dün, 18:21
    DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
  • Dün, 18:11
    Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
  • Dün, 17:36
    Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
  • Dün, 17:22
    İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
  • Dün, 17:12
    Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
  • Dün, 16:20
    3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ - "İndiyədək 6 dəfə məhkəmə olub"
  • Dün, 15:43
    “Al Market” işçiləri ixtisar edib pulunu kəsir — 1657 manat…
  • Dün, 15:11
    İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT
  • Dün, 14:53
    “Hakan Ustaa SHEFZadə” restoranı vergidən necə yayınır?
  • Dün, 12:55
    Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
  • Dün, 12:20
    Sumqayıtda “Cars 041” avtosalonunda nasaz avtomobillər satılır? -Video
  • Dün, 11:41
    Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
  • Dün, 11:25
    “Saxta “kupça” atırlar” – Qalmaqal-Video
  • Dün, 10:57
    “Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
  • Dün, 10:03
    Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
  • Dün, 09:48
    Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
  • Dün, 09:37
    Prezidentin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib
  • Dün, 09:18
    Xocalı soyqırımından 34 il ötür
  • 25-02-2026, 18:53
    BDU-dan Əhməd Vəliyev universitetinə 300 minlik sifariş
  • 25-02-2026, 18:31
    “German Hospital”ın bağlanır?
  • 25-02-2026, 17:51
    Müqaviləsiz iş, “card to card” ödəniş – EDUNSTAZ nəyi gizlədir?
  • 25-02-2026, 17:23
    Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? Məktəb direktoru pul yığımına başlayıb
  • 25-02-2026, 16:50
    Xırdalanda qanunsuz tikinityə hansı məmur icazə verib? Videofakt
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə