• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-09-2025, 10:34

AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

Nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyimiz, nə diaspora, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, nə ombudsman, nə məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur

Bu iddialar Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi, dərc edirik:

23.07.2024-cü ildə J28632 Soçi- Bakı reysinə Soçi aeroportunun, özəlliklə AZAL-ın RF-Soçi nümayəndəliyinin korrupsiyaya uğraması sonucunda reysə buraxılmamağımıza görə dəyən ziyanı daşıyıcı AZAL 14 aydır ödəməkdən imtina edir.

Vətəndaşı olduğumuz, Konstitusiyanın 53-cü maddəsi ilə təminat verdiyi hüquqi müdafiəmizi və himayəmizi gerçəkləşdirməyə borclu olan Azərbaycan Respublikasının nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyi, nə diasporası, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, ombudsman, məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur. XİN-in xaricdə- Rusiyada müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarını hüquqi müdafiə etməsi , onları himayə etməsi Konstitusiyanın özü kimi sözdən o yana keçmir. Heç sözdə də XİN-in səsi çıxmır. Halbuki biz müalicəyə getdiyimiz Rusiyada “lotuluqla” reysə buraxılmamağımızdan 2000 manat maddi ziyan çəkdiyimizi, mənəvi ziyanın ölçüyəgəlməz olmasından, Azərbaycan vətəndaşı kimi aşağılanmaqdan XİN-ə, RF-dəki səfirliyə 14 aydır şikayət edirik, ən yaxşı halda daşıyıcı AZAL-ın özbaşınalığını müdafiə edən saxta cavabını BİRCƏ DƏFƏ olduğu kimi təkrar edib. Vətəndaşın hüququ belə qorunur? Bu günlərdə Özbəkistan Respublikasının XİN-inin hətta müraciət etməyən vətəndaşının Rusiyada “qul” adlandırılmasına kəskin reaksiyası, nota verməsi Azərbaycan XİN-ə, RF-dəki səfirliyə, AZAL-ın özünə dərs olacaqmı? Çətin, AZAL sərnişinə vurulan ziyanı ödəməmək üçün 14 aydır elektron qaydada şikayətimiz əsasında araşdırma aparan Rusiya prokurorluğunu RÜŞVƏTLƏ susdurur. Vətəndaşın hüquqi müdafiəsinə, himayə olunmasına baxın, AZAL vurduğu ziyanı ödəmək yerinə, Rusiya prokurorluğuna, Azərbaycan məhkəmələrinə haqq verir, yerli prokurorluğu, ombudsmanı, XİN-i tam hərəkətsiz duruma salıb. Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 10 aydır cavabdehin vəkili rolunda çıxış edir, heç bir müraciətimizə, AZAL-da olan sərnişin siyahısının, kamera görüntülərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətlərimizə baxmır, dövlət hesabına vəkillə təminatımızdan qərəzlə imtina edir ki, gəlirlərimiz vurulan ziyanı ödəməyə, vəkilin haqqını qarşılamağa çatar ; işin arbitrajın həllinə verilməsini özü təklif etməli olsa da, bu hüquqa da kobud qadağa qoyub, 6 aydır 6 (??) şikayətimizi apellyasiya instansiyasına göndərmir. Bəs AZAL niyə kamera görüntülərini, sərnişin siyahısını təqdim etmir, RF prokurorluğuna, yerli məhkəməyə rüşvət verib, əsas sübutları “qara qutu” kimi gizlədir? Çünki bu sübutlar əyani şəkildə gecikmədiyimizi, Soçi aeroportunun, AZAL-ın Azərbaycan vətəndaşlarına cinayətkar saxtalığını ortaya qoyur. Reysə “xidmətə” baxın, heç Bakı reysinin uçuş qapısı da lövhədə işıqlandırılmır, uçuşa miniyin başlanması elan edilmir. Bizim 1-ci və 2-ci dərəcəli əlil cütlüklər kimi hüququmuzun pozulmasını isə AZAL RF prokurorluğuna “bu barədə sənəd, məlumat verilməməsi” saxtalığı ilə izah edib. (Halbuki biz Azərbaycan Səhiyyə Nazirliyinin rəyini öncədən, RF-ninki qayıdanda təqdim etmişik) . Əlil cütlüyün birinə 31A, o birinə 38C yerlərinin verilməsini də RF prokurorluğu AZAL-ın Soçi aeroportundakı kassasının özəl “rüşvət xidməti” sayıb. Ən maraqlı rüşvət xidməti sərnişin siyahısı ilə bağlı olub. RF prokurorluğu bizim yerlərin “1944-cü il Çikaqo Konvensiyasına əsasən, ƏVƏZSİZ olaraq (“BEZVOZMEZDNO”) RF-dən DEPORT edilən Azərbaycan vətəndaşına verildiyini” Soçi aeroportundakı AZAL-ın rüşvətxorlarına istinadla bildirib. İndi 14 aydır bu deport edilən vətəndaşın nə kimliyi bildirilir, nə də hansı haqla 1-ci dərəcəli Qarabağ qazisinin qanpulusu hesabına uçmasına qiymət verilir. Axı bu AZAL-la RF prokurorluğunun NAĞILIDIR! Məhkəməyə təqdim etdiyimiz RF prokurorluğunun şikayətimizə cavabını da AZAL RF-dəki nümayəndəliyi vasitəsilə saxtalaşdırıb, prokurorluqdan “əsl” cavab alıb ki, biz uçuşa 19-20 dəqiqə yox, 14-15 dəqiqə qalmış minik qapısında olmuşuq. Sual olunur: RF prokurorluğunun cavabı bizim şikayətimizə verilibsə,
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

AZAL bu cavabı haradan əldə edib və RF prokurorluğuna cavabı “korrektə” etdirib? Elə bu “korrektə” sübut edir ki, RF prokurorluğu cavabını AZAL-ın rüşvəti ilə yazıb, indi isə AZAL ona rüşvətə uyğun cavab vermədiyinə görə “korrektorluq” etdirib. Lap tutaq ki, 14 dəqiqə qalmış minik qapısında olmuşuq, yəni bir dəqiqə gecikmişik. Axı cavabda yazılır ki, biz minik qapısında olanda artıq qapı bağlı olub, uçuş başa çatıb və bundan sonra bizim yerlərimiz RF-dən deport olunan Azərbaycan vətəndaşına verilib! Bu anlaşılmazlığı necə “korrektə” etmək olar, biz uçuşa gecikmişik, minik başa çatıb və yerlərimizdə əvvəlcədən başqaları oturub? (??) Axı həmin bizim yerimizdə oturan deport olunan şəxsin biz gecikən vaxtdan sonra uçağın bortunda ola bilməsi mümkündür! AZAL və RF prokurorluğu isə cinayətkar saxtalıqla bildirir ki, biz 6-46-da minik qapısına çatanda artıq minik başa çatıb, qapı bağlı olub və yerlərimiz də tutulub. (??) Elə bu anlaşılmazlığa görə də RF baş prokurorluğuna bu cavabdan şikayətimizə 8 aydır cavab yoxdur.

Bizim reysə buraxılmamığımıza görə daşıyıcının məsuliyyəti 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyası (1975-ci il Haaqa, 28 may 1999-cu il tarixli Monreal Konvensiyası ilə təkmilləşdirilib) ilə tənzimlənir. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiyasının 22-ci maddəsinə görə, ləngimə zamanı (biz isə nəinki ləngidilmişik, heç uçuşa buraxılmamışıq) daşıyıcının məsuliyyəti hər sərnişinə münasibətdə 4150 xüsusi borcalma hüququ (yəni 4150 avroya ekvivalent valyuta) ilə məhdudlaşır.

Onu da vurğulayaq ki, sərnişinlərin ölümü halında bu məbləğ 100.000 avro təşkil edir. Yəni 25.12.2024-cü ildə Rusiyada vurulan uçaqdakı sərnişinlərin 38-inin hər birinin ailəsinə 200 min manat verilməlidir. Olayın terror olması isə əlavə ödənişlər və kompensasiya tələb edir. AZAL özü beynəlxalq sazişə uyğun bunu ödəməli, sonra RF-dən tələb etməlidir. AZAL isə beynəlxalq qanunu yox, yerli “rüşvət “qanunvericiliyini” əsas tutur. (Yenixeber.org)

Məğrur Bədəlsoy

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır?!/FOTOLAR

Oxunub: 86
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

7-06-2025, 11:39

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

10-12-2024, 10:26

AZAL, VKRH hüquqi ünvanlarını dəyişiblər? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-10-2024, 09:32

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə - Soçidə “lotuluqla” uçuşdan məhrum edilən qazidən publik müraciət FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

24-11-2023, 09:43

AZAL-da endirim: biletlər 39 avroya düşdü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

25-10-2023, 09:58

AZAL-da qiymətlər enir: yeni proqram hazırlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Bugün, 19:16
Metroda halı pisləşən kişi öldü
Bugün, 19:15
Kaşpirovski vəfat etdi
Bugün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Bugün, 14:06
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Bugün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Bugün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Bugün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Bugün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Bugün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Bugün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Bugün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Bugün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Bugün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Bugün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Bugün, 14:04
    Sabah da yağış yağacaq
  • Bugün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Bugün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • Dün, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • Dün, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • Dün, 13:30
    Dilan Polat saxlanıldı
  • Dün, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • Dün, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • Dün, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • Dün, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • Dün, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • Dün, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • Dün, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • Dün, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • Dün, 10:00
    Kişi özünü çardaqda ASDI
  • Dün, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • Dün, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Dün, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Dün, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dün, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • 1-10-2026, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • 1-10-2026, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə