
Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi təhdidlərlə üz-üzədir.
"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitindəki çıxışında söyləyib.
"Bizim başqa bir səmamız yoxdur. Ancaq hazırda bəşəriyyət həddini aşan istehlak təhlükəsi ilə qarşı-qarşıyadır", - dövlət başçısı qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, Paris Sazişində nəzərdə tutulmuş maliyyə öhdəlikləri getdikcə artmaqdadır:
"Qarşımızda iki yol var: ya bunu qəbul etmək, ya da fəaliyyətə başlamaq. Bu konfransın gələcək konfranslar üçün də örnək olmasını hədəf olaraq müəyyənləşdirmişik".
Türkiyə lideri vurğulayıb ki, iqlim dəyişikliyi ilə mübarizədə üzərlərinə düşən məsuliyyətləri layiqincə icra etməyə səy göstərirlər.