• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-09-2025, 13:13

SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT

Orxan Xanlarov-Ziyad Xanlarov-Novruz Səfərov üçlüyünün qanunsuz əməllərinə nə vaxt “dur” deyiləcək?

Sahibkar Ruslan Novruzov icra başçısı Alı Alıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və ADSEA sədri Zaur Mikayılovdan kömək istəyir

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Elə bu səbəbdəndir ki, əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir.
Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam etməkdədir. Nəzərə almaq lazımdı ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahədir. Həmçinin bu sahə iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Prezident İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektor olduğunu bildirərək, sahənin inkişafını həm də məşğulluğun təmin edilməsi kimi qiymətləndirib. Ölkə başçısı deyib ki, bu sahədə ixrac potensialı kifayət qədər böyükdür: “Əsas qida məhsulları üzrə biz bir, maksimum iki ildən sonra özümüzü tam təmin etmək imkanındayıq. Bundan sonra isə artıq xarici bazarlara çıxış prosesinin başlanacağı qaçılmazdır”.
Artan iqtisadi potensial fonunda ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur.
Təəssüflər olsun ki, hələ də bəzi rayonlarımızda vəzifəsinə saymazyana münasibət bəsləyən məmurlar var və onların qanunsuz əməlləri fermerləri canından usandırıb. Füzuli rayon sakini, fermer Ruslan Əsəd oğlu Novruzov da məmur özbaşınalığından əziyyət çəkir. Ruslan Novruzovun şikayəti Kənd Təsərrüfatı Nazirliyinin Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Novruz İbrahim oğlu Səfərov, bitkiçilik sektorunun aparıcı məsləhətçisi Orxan Ziyad oğlu Xanlarov və onun atası, Füzuli rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşı Ziyad Xanlarovdandır. Adları çəkilən hər üç şəxs fermer Ruslan Novruzovu intihar həddinə çatdırıblar: “Məlumat üçün sizə bildirmək istəyirəm ki, Füzuli rayonunun Haramı düzü deyilən ərazisində mənim əmimə məxsus 50 hektar əkinə yararlı torpaq sahəsi var idi. Bu torpaq sahəsi Dövlət Torpaq Fondunun balansında olan torpaqdır. Həmən torpaq sahəsini rəhmətlik əmim 40 ilə yaxın müddətdə əkib-biçib həm ailəsini saxlayıb, həm də dövlətimizə xeyir verib. 2019-cu ildə əmim rəhmətə getdi. O dünyasını dəyişəndən sonra onun xəstə qızına və xəstə həyat yoldaşına məhz sözügedən torpaq sahəsində əkin-biçinlə məşğul olub pul qazanaraq baxırdıq. Lakin bir neçə gün əvvəl bizə məlum oldu ki, torpağımızı Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Novruz Səfərov öz işçisi Orxan Xanlarov və onun atası Ziyad Xanlarovla əlbir olaraq qanunsuz şəkildə zəbt ediblər. Bu adamların əvvəldən bizim torpağımızda gözü var idi. 50 hektar torpağın 20 hektarını şəhid ailələrinə veriblər. Şəhid ailələrinin halal xoşu olsun, buna heç bir sözümüz yoxdur, ola da bilməz. Amma yerdə qalan 30 hektar torpaq sahəsi tam qanunsuz formada əlimizdən alınıb. Mən bundan əvvəl də media vasitəsilə aidiyyatı dövlət qurumlarına müraciət etmişdim və adını çəkdiyim məmurların zülmündən bezdiyimi demişdim. Buna baxmayaraq, Orxan Xanlarov və Novruz Səfərovun barəsində heç bir ölçü götürülmədi. Elə buna görədir ki, bu adamlar özlərini Füzuli rayonunun ağası, külli ixtiyar sahibi hesab edirlər. Bu gün Cənab Prezident İlham Əliyev kənd təsərrüfatı sektorunun inkişafı üçün çox mühüm işlər görür. Orxan Xanlarov, Novruz Səfərov və Ziyad Xanlarov kimiləri görülən bütün müsbət işlərə kölgə salmaqla məşğuldurlar. Onlar məni və mənim kimi digər fermerləri əsassız olaraq incidirlər. Orxanın atası Ziyad Xanlarov Füzuli Suvarma Sistemləri İdarəsində işləyir. Bizim torpaq sahələrinə verilən suya o nəzarət edir. Tutduğu vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək kəndlilərə dövlətin növbə ilə verdiyi suyu özlərinə məxsus torpaq sahələrinin suvarılmasına yönəldir. Ziyad Xanlarov əslən Laçın rayonundandır. Məndə olan dəqiq məlumata görə, Ziyad Xanlarovun Füzuli rayonunda 500 hektar torpaq sahəsi var. Sual edirəm, bu adamların arxasında kimlər dayanıb? Bu adamlar hansı əsasla bizim torpağımızı zəbt edib”.
Ruslan Novruzov deyir ki, onlara məxsus torpaq sahəsi zəbt edildikdən sonra Ziyad Xanlarov və Novruz Səfərovla telefon əlaqəsi saxlayıb: “Hər ikisi məni təhqiramiz şəkildə təhqir edərək dedilər ki, əlin hara çatır apar ora qoy. Mənim çobanıma deyiblər ki, ərazidəki tikilini də sökün, özünüz də rədd olun gedin burdan. Nə Ziyadın, nə də Novruzun gözü doymur, ancaq torpaq sahələrini qanunsuz ələ keçirməklə məşğuldurlar. Bunlara dur deyən olmalıdır. Ziyad Xanlarov Dövlət Su Ehtiyatları Agentliyinin adına qara ləkədir. Agentlikdən yoxlama göndərsinlər, gəlib onun fəaliyyətini araşdırsınlar. Gördüyü bütün qanunsuzluqlar üzə çıxacaq. Mənim torpaq sahəmə gələn suyu bağlayırlar. Niyə, səbəb nədir? Biz hüquqi dövlətdə yaşayırıq. Hamınıb bərabər hüquqları var. Belə özbaşına işlər görənlərin aqibəti məlumdur. Mətbuatda bundan öncəki müraciətlərimdə mənə məxsus heyvanların Orxan Xanlarov və Novruz Səfərovun himayəsi altında oğurlandığını bildirmişdim. Bu adamlar həmən saytların bir neçəsinə zəng edərək məqalələri çıxartmağa çalışdılar. Bir növ azad mətbuata tzəyiq etmək istədilər, lakin alınmadı. Novruz və Orxan mənə deyir ki, elə bilirdin bizdən şikayət etməklə nəyəsə nail olassan?? Daha bir faktı diqqətinizə çatdırım. Novruzla Orxan Ziyadın əkilməyən torpaq sahələrinə subsidiya yazaraq dövlətin büdcəsinə külli miqdarda ziyan vururlar. Maliyyə Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları deyilənləri araşdırsa hər şey gün kimi aydın olacaq. Mənim kimi təsərrüfat sahibləri isə cüzi məhsuldarlıqla kifayətlənir və məcburən onlara boyun əyirik. Bütün bu deyilənlər azmış kimi heyvanlarımın otladığı sahələrə siçan dərmanı səpdirərək onları tələf edirlər. Orxan və Ziyad Xanlarovların 700 baş qoyunu var. Bu heyvanların arasında bir hissəsi Novruz Səfərova məxsusdur. Bundan başqa Ziyad Xanlarovun bahalı kənd təsərrüfatı texnikaları, yem dükanları və daha nələri var”.
Fermer R.Novruzov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə, kənd təsərrüfatı naziri Məcnun Məmmədova və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edərək onlardan kömək istəyib: “Orxan Xanlarov, Ziyad Xanlarov və Novruz Səfərovun kimə arxayın olduğunu bilməsəm də, mən dövlətimə və onun ali qanunlarına arxayınam. İlk olaraq icra başçısı çox hörmətli Alı müəllimdən kömək istəyirəm. Alı müəllim, sizdən xahiş edirəm, araşdırın görək bizə məxsus olan 30 hektar torpaq sahəsini Ziyad Xanlarov necə ələ keçirib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov cənablarından acizanə şəkildə xahiş edirəm ki, Füzuli DAİM-i məhvə aparan Orxan Xanlarov və Novruz Səfərovun fəaliyyətini yoxlatdırsın. Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovdan kömək istəyirəm. Xahiş edirəm ki, Füzuli Suvarma Sistemləri İdarəsinin əməkdaşı Ziyad Xanlarovun qanunları aşan əməllərinə son qoyulsun. Adlarını çəkdiyim hər üç şəxs məni intihar həddinə çatdırıblar. Əgər bizə məxsus olan torpaq sahəsi geri qaytarılmasa canıma qəsd edəcəm”.
İnanırıq ki, fermer Ruslan Novruzovun harayına cavab veriləcək və onu ölüm həddinə çatdıranlar layiqli şəkildə cəzalandırılacaq.(Gundelikxeber.org)
SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT
SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT
SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT
SOS!!! Füzulidə fermeri intihar həddinə çatdırıblar – ŞİKAYƏT

Oxunub: 23
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-08-2025, 17:14

Füzuli DAİM-i uçuruma aparan cütlük [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

1-08-2025, 14:02

Füzulidə Orxan Xanlarov kabusu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

4-04-2025, 13:36

“İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-09-2023, 09:41

Rusiya QXC-nin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

5-08-2023, 10:39

Anomal istilər dünyada ərzaq qiymətlərini artırdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah hava küləkli olacaq
Bu ərazilərdə işıq olmayacaq
İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
“OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
Sumqayıtda “Ağbaş” ləqəbi ilə tanınan, “ən çox qızılı olan” başçının müavini Fəzail Hüseynov haqda ŞOK FAKTLAR: “Kimdir danışan?…”
Hadisə
27-09-2025, 15:27
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
26-09-2025, 19:02
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
24-09-2025, 12:58
Xırdalanda Vüsal Süleymanovun rəhbəri olduğu 5 saylı məktəbdə niyə pul yığılır?-Video
13-09-2025, 10:36
"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
10-09-2025, 19:11
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
Son xəbərlər
  • Dün, 19:32
    Bu ölkədə mədən çökdü - Ölənlər var
  • Dün, 17:10
    Yavuz Bülent Bakiler vəfat etdi
  • Dün, 15:37
    Sabah hava küləkli olacaq
  • Dün, 15:33
    ABŞ-da yağışlar daşqına yol açıb, 4 nəfər ölüb
  • Dün, 12:42
    Bu ərazilərdə işıq olmayacaq
  • 27-09-2025, 16:04
    DTX-dən 27 Sentyabr paylaşımı - VİDEO
  • 27-09-2025, 15:27
    “Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
  • 27-09-2025, 14:33
    İlhamə Qurbanovanın rəhbəri olduğu 182 saylı məktəbdən ŞİKAYƏT
  • 27-09-2025, 13:51
    “Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
  • 27-09-2025, 12:58
    Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
  • 27-09-2025, 12:17
    “OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…
  • 27-09-2025, 11:39
    Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?
  • 27-09-2025, 08:28
    Sumqayıtda “Ağbaş” ləqəbi ilə tanınan, “ən çox qızılı olan” başçının müavini Fəzail Hüseynov haqda ŞOK FAKTLAR: “Kimdir danışan?…”
  • 27-09-2025, 08:01
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
  • 27-09-2025, 07:12
    Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
  • 27-09-2025, 06:58
    Qələbəyə aparan yolun başlanğıcı - 27 Sentyabr
  • 26-09-2025, 19:09
    Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?
  • 26-09-2025, 19:02
    İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
  • 26-09-2025, 18:20
    Netanyahu: Yəhya Sinvar, Nəsrullah, Əsəd - hamısı getdi, siyahı hələ bitməyib
  • 26-09-2025, 17:11
    “İşdə məhəbbət macərası” – yeni serial tamaşaçıları sevindirəcək
  • 26-09-2025, 17:04
    Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
  • 26-09-2025, 16:18
    Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? -DE-FAKTO
  • 26-09-2025, 15:12
    Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?
  • 26-09-2025, 13:43
    “İrşad Elektroniks” hakim qarşısında… Cərimələnə bilər – SƏBƏB
  • 26-09-2025, 13:01
    Adnan Əhmədzadə ötən il də saxlanılıbmış
  • 26-09-2025, 12:22
    Tovuzun Azaflı kəndində şəhidlərin xatirəsinə bulaq inşa edilib
  • 26-09-2025, 12:19
    “Körpü-Bina-Tikinti” MMC nin sahibi Xaliq Göyüşovun uşaqları Hamburq şəhərində AGO PARK Hotel-i 40 milyon avroya satın alıb - Özü isə "brak" evlər tikir..
  • 26-09-2025, 09:32
    “Continental Hotel” ulduz standartlarına cavab vermir
  • 26-09-2025, 09:07
    Bədənim çürüyür: Xəyalə İsmayılova rəhbəri olduğu “Uğur777″də ana olmağıma son qoyuldu…
  • 25-09-2025, 19:17
    Şok İddia: Suraxanı doğum evinin Baş Həkimi təmir adı ilə həkim və tibb bacılarından pul yığır!
  • 25-09-2025, 18:44
    Nərimanov Tibb Mərkəzinin rəhbəri Fazil Əhmədovun tender oyunu
  • 25-09-2025, 18:08
    Binəqədi MKTB yarım əsr əvvəlin texnikası ilə zibili daşıyıb çatdıra bilmir -VİDEO
  • 25-09-2025, 17:27
    “Azəriqaz” rəhbərliyində QARŞIDURMA:Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib?
  • 25-09-2025, 16:34
    İlham Əliyev Dövlət Xidmətinin bir qrup hərbçisini təltif edib - SİYAHI
  • 25-09-2025, 16:08
    “Dərnəgül” çörəyindən görün nə çıxdı
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə