• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-02-2026, 17:12

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...

Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur.
Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər Musavat.com-a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzil mülkiyyətçilərinin yaşaması üçün standartlardan uzaq inşa olunub.
Şikayətdə qeyd olunub ki, sözügedən bina 6 blokdan ibarətdir, 18 və 20 mərtəbəlidir, ümumilikdə 330 mənzili əhatə edir. Bildirilir ki, bina "Hüquq” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilib və həmin kooperativ "Messenat Holdinq Şirkətlər Qrupu”nun tərkibinə daxildir: "Hazırda binanın idarə olunması formal olaraq "Nasim-45” MMC-yə həvalə edilsə də, faktiki idarəetmə "Messenat Holdinq Şirkətlər Qrupu”nun təsisçisi və rəhbəri İsayev Tofiq Həbib oğlu tərəfindən həyata keçirilir.
Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...

Uzun müddət "Messenat Holdinq”ə Ramiz Mehdiyevin kiçik qardaşı Mais Mehdiyev rəhbərlik edib. Məhz bu dövrdə bina ciddi texniki və konstruktiv qüsurlarla inşa olunub. Tikinti normaları pozulub, liftlər yoxdur, təhlükə qalır".
Şikayətdə vurğulanan əsas problemlərdən biri tikinti normalarının kobud şəkildə pozulmasıdır. Bildirilir ki, binanın 20 mərtəbəsinin hamısı təhlükəsizlik baxımından risk yaradan mişar daşından inşa edilib. Bundan əlavə, binanın 162 və 168 saylı bloklarında yük liftləri ümumiyyətlə quraşdırılmayıb və indiyədək istismara verilməyib.
Bu vəziyyət xüsusilə fövqəladə hallarda ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, təcili tibbi yardım briqadası hadisə yerinə gəldikdə xəstəni mənzildən çıxarmaq mümkün olmur. Liftlərin olmaması səbəbindən tibb işçiləri xəstəni pilləkənlərlə aşağı endirməyə məcbur qalırlar ki, bu da həm xəstənin həyatı, həm də tibbi personal üçün böyük riskdir.
Bundan başqa, binada havalandırma sistemi yoxdur, yanğın təhlükəsizliyi tələbləri isə kobud şəkildə pozulub.Sakinlər qeyd edirlər ki, məhz sadalanan problemlər səbəbindən bina 2005-ci ildən 2019-cu ilədək dövlət komissiyasından keçməyib və rəsmi olaraq istismara qəbul olunmayıb. Yalnız Prezidentin 12 fevral 2019-cu il tarixli "Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra bina müəyyən qüsurlar üzrə zəmanət aktı təqdim edilməklə istismara qəbul edilib.
Sakinlərin digər ciddi iddiası isə çıxarış məsələsi ilə bağlıdır. Bildirilir ki, hər bir mənzil mülkiyyətçisindən çıxarışın alınması üçün 510 manat məbləğində məcburi "pay haqqı” tələb edilir. Bu məbləği ödəməyən sakinlər illərdir məhkəmələrdə və müxtəlif dövlət qurumlarında süründürülür. Nəticədə, artıq 20 ilə yaxındır ki, bir çox sakinlər mənzillərinə qeydiyyata düşə bilmirlər. Bu isə onların səsvermədə iştirak hüququndan məhrum olunmasına, poliklinika və xəstəxanalarda tibbi xidmət ala bilməməsinə, uşaqların məktəblərə və uşaq bağçalarına onlayn qeydiyyatının mümkünsüzlüyünə səbəb olur.
Şikayətdə maliyyə məsələlərinə də xüsusi yer ayrılıb. Sakinlər bildirir ki, 2005-ci ildən bu günədək toplanan vəsaitlər barədə heç bir rəsmi maliyyə hesabatı təqdim edilməyib. Rəsmi mühasibat uçotu aparılmır, ödənişlər isə santexniklər və fəhlələr vasitəsilə nağd şəkildə yığılır. Aylıq ödənişlər mənzillər üçün hər kvadrat metrə 0,30 manat, qeyri-yaşayış sahələri üçün isə 0,50 manat təşkil edir. Bu da aylıq olaraq yaşayış sahələri üzrə 10 519 manat, qeyri-yaşayış sahələri üzrə isə 10 660 manat olmaqla ümumilikdə 21 179 manat vəsaitin yığılması deməkdir. Buna baxmayaraq, binada nə abadlaşdırma, nə təmir, nə də yaşıllaşdırma işləri aparılır, avadanlıqlara texniki xidmət göstərilmir. Bundan əlavə, binanın parklanma yerləri sakinlərin razılığı olmadan qanunsuz şəkildə icarəyə verilir və bu məqsədlə aylıq 80–100 manat əlavə vəsait toplanır.
Sakinlər daha bir narahatlıq doğuran məqamı da diqqətə çatdırırlar. Bildirilir ki, binanın 3-cü mərtəbəsində naməlum məqsədlərlə konstruksiya quraşdırma işləri aparılıb. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib. Qurum tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə işlərin dayandırılması ilə bağlı məktub göndərilsə də, indiyədək söküntü aparılmayıb.
Eyni zamanda, binanın həyətindəki parklanma sahəsinin uşaq bağçasına verildiyi, ərazidə bağçaya aid oyun qurğularının quraşdırıldığı bildirilir. Bu məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, sakinlərin şikayətləri cavabsız qalıb.
Sayt məsələ ilə bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışıb. "Nəsimi 45” MMC-nin sədri Gülnarə Cəbrayılova sualları dinləsə də, cavab olaraq "gözləyin, sizinlə hüquqşünasımız danışacaq” deyib. Lakin hüquqşünas kimi təqdim olunan şəxs telefonu götürdükdən sonra "biz Musavat.com-a heç bir açıqlama vermirik” deyərək telefonu söndürüb.(Musavat.com)

Oxunub: 37
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-09-2025, 14:43

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 12:52

Prezident İlham Əliyev İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-01-2025, 14:26

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 08:58
"Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
Bugün, 08:42
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
Dün, 13:29
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
6-10-2026, 18:04
Sumqayıtda güclü yanğın oldu
6-10-2026, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
6-10-2026, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Son xəbərlər
  • Bugün, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • Bugün, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • Bugün, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • Bugün, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • Bugün, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • Bugün, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • Dün, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • Dün, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • Dün, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • Dün, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dün, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • Dün, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:30
    Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək
  • 7-10-2026, 10:10
    Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
  • 7-10-2026, 09:59
    Azərbaycanda yağıntılı hava müşahidə olunur
  • 7-10-2026, 09:58
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 7-10-2026, 09:27
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 6-10-2026, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • 6-10-2026, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • 6-10-2026, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • 6-10-2026, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • 6-10-2026, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • 6-10-2026, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • 6-10-2026, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə