• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-02-2026, 14:42

Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib?


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin keçmiş rəhbəri Fəda Abbasov və onun müşaviri Nofəl Məmmədovun fəaliyyəti ilə bağlı aparılmış yoxlamalar zamanı ciddi qanun pozuntularının aşkarlanması barədə məlumatlar mövcuddur.

Bu barədə redaksiyamıza özəl mənbələrdən daxil olan məlumatda deyilir.

Məlumata görə, son 3–4 ay ərzində nazirlik tərəfindən aparılan yoxlamalar nəticəsində bir sıra faktlar müəyyən edilib.

Belə ki, xaricdən gətirilmiş iribuynuzlu südlük cins heyvanlara lazımi qulluq göstərilməməsi nəticəsində təsərrüfat yararsız vəziyyətə düşüb. Bu da gündə 35–40 litr süd verməli olan inəklərin 10 litrdən də az süd verməsinə səbəb olub.

Heyvanların sayının azalması, doğulmuş balaların satılması və sənədlərdə göstərilən yem rasionunun faktiki olaraq təmin edilməməsi nəticəsində heyvanların ümumi vəziyyəti acınacaqlı duruma düşüb. Xaricdən gətirilmiş ətlik şort iribuynuzlu heyvanların sayı 140 başdan 50 başa düşüb, balaları isə qanunsuz şəkildə satılıb.

Məlumatda bildirilir ki, qalan heyvanlar baxımsız və yararsız vəziyyətdə saxlanılır. Xırdabuynuzlu heyvanlar isə keyfiyyətsiz və yararsız heyvanlarla dəyişdirilib, doğulan balaların sayı sənədlərdə az göstərilib. Satışa çıxarılan heyvanların qiyməti sənədlərdə real dəyərindən aşağı qeyd olunub.

Qanunvericiliklə qəti qadağan olunmasına baxmayaraq, 5 min hektardan çox otlaq sahəsinin şumlanaraq dövlət məqsədləri əvəzinə rəhbər şəxslərin şəxsi maraqları üçün əkilməsi, eyni zamanda bütün regionlarda olan əkinəyararlı torpaqların yaxınlarının adına “birgə fəaliyyət müqaviləsi” bağlanaraq öz maraqları üçün istifadə edilməsi aşkarlanıb.

Eyni zamanda Mərkəzi Aran regionunda əkin sahələrinin faktiki olaraq idarənin deyil, rəhbərliyin şəxsi təsərrüfatları üçün istifadə edildiyi bildirilir. Qarabağ bölgəsində faktiki əkin olmadığı halda, reallığı əks etdirməyən statistik göstəricilər təqdim edilərək subsidiyalar alınıb və mənimsənilib.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq, aidiyyəti qurumların bu faktlara hüquqi qiymət verməsi və nəticələrin ictimaiyyətə açıqlanması zəruri hesab olunur.

İdarəyə və regionlara götürülən işçilərin rəhbər şəxslərin şəxsi işlərində istifadə edilməsi; Fəda Abbasovun Ağdərə rayonunda yaxın qohumu və sürücüsü İqrarın adına sənədləşdirilmiş otel və restorana özəl maraqlar üçün daimi ezamiyyətlərin rəsmiləşdirilməsi; Həmin obyektlərdə çalışan şəxslərin eyni zamanda idarədə işçi kimi sənədləşdirilməsi və dövlət hesabına əməkhaqqı alması.

Yuxarıda sadalananlar yalnız bir hissəsidir və bildirilir ki, faktların miqyası daha genişdir. Qeyd olunan hallar dövlət əmlakına və büdcəsinə külli miqdarda ziyan vurulduğunu göstərir. Bütün bunlara baxmayaraq, aparılmış yoxlamalar zamanı yeyinti və digər qanun pozuntuları aşkar edilsə də, indiyədək Fəda Abbasov, Nofəl Məmmədov və digər məsul şəxslər barəsində adekvat hüquqi tədbirlərin görülmədiyi qeyd olunur.

Məlumata görə, sözügedən quruma yeni rəhbər vəzifəsinə Kənd Təsərrüfatı Nazirliyinin nazir müşaviri Rövşən Həsənovun yaxın tanışı və keçmiş iş yoldaşı Hikmət Hüseynov təyin olunmuşdur. Yeni rəhbərliyin fəaliyyətə başladığı ilk dövrlərdən etibarən idarəetmə ilə bağlı narahatedici halların müşahidə edildiyi bildirilir. İddialara əsasən:

İdarənin faktiki olaraq dövlət qurumu deyil, şəxsi şirkət kimi idarə olunmağa başlanması;

Uzun illər həmin qurumda çalışmış, sahə üzrə təcrübəli işçilərin kənarlaşdırılması;

Kənd təsərrüfatı sahəsində bilik və təcrübəsi olmayan şəxslərin, əsasən yaxın çevrədən olanların vəzifələrə gətirilməsi;

Kənd Təsərrüfatı Nazirliyində nazirin kadr işləri üzrə müşaviri Fərid Nəcəfovun öz adamlarını işə cəlb etməsi və keçmiş işçilərin söhbət aparılaraq işdən uzaqlaşmasını tələb etmələri;

Yeni təyin etdikləri işçilərin indiyə qədər dövlət qurumlarında çalışmaması.

Bundan əlavə, bildirilir ki, rəhbər şəxsin qəbuluna düşməyin həddindən artıq çətinləşdirilməsi idarədaxili idarəetmədə ciddi problemlər yaradıb. Kiçik bir qurum üçün 3 nəfər müşavirin təyin edilməsi, həmçinin yeni təyin olunmuş şəxslərə əməkhaqqının 100 faizi həcmində mükafatların yazılması (qanunvericiliyə əsasən 6 ay tamam olmadan mükafat verilməsi sual doğurur) halları mövcuddur. Həmin mükafatların konkret hansı fəaliyyət və nəticəyə görə verildiyi də aydın deyil.

Son dövrlər “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də baş verən proseslər cəmiyyətdə ciddi narahatlıq doğurur. Müəssisədə yeni rəhbərliyin gəlişindən sonra təcrübəli işçilərin kütləvi şəkildə işdən azad edilməsi, onların yerinə isə rəhbərin əvvəl fəaliyyət göstərdiyi qurumlardan, xüsusilə MKT ilə əlaqəli şəxslərin cəlb olunması maraqlar toqquşması və qeyri-peşəkar kadr siyasəti şübhələri yaradır.

Peşəkar kadrların kənarlaşdırılması və əvəzində şəxsi loyallığa əsaslanan təyinatların aparılması dövlətə məxsus bir müəssisənin idarə olunması prinsiplərinə ziddir. Bu cür yanaşma nə şəffaflıq, nə də obyektivliklə uzlaşır və kənd təsərrüfatı sektorunun inkişafına ciddi zərbə vurur.

Azəraqrar kimi strateji əhəmiyyətli bir qurumda bu cür idarəetmə kənd təsərrüfatının vəziyyətinin zəifləməsinə səbəb olur. Kənd təsərrüfatının faktiki olaraq aşağı səviyyəyə enməsi məhz bu tip yanlış idarəetmə və kadr siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu cür qeyri-peşəkar kadrların işə götürülməsinə və onların qanunazidd hərəkətlərinə göz yumması suallar yaradır. İctimaiyyət soruşur: baş verənlərə görə məsuliyyət kimdədir?

Bu açıq məktubun məqsədi kimisə hədəfə almaq deyil, dövlət maraqlarının qorunmasına, şəffaf idarəetmənin təmin olunmasına və kənd təsərrüfatının real inkişafına diqqət çəkməkdir. Hesab edirik ki, aidiyyəti qurumlar bu məsələlərə təcili və obyektiv hüquqi qiymət verməlidirlər.

Mediada dərc olunan məlumatlarda da qeyd olunur ki, nazir Məcnun Məmmədovun dövründə kadr siyasətində peşəkarlıqdan çox şəxsi bağlılıq üstünlük təşkil edir. Bu yanaşma idarəetmə boşluğu və institusional zəifləmə yaradıb. Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumlarda şəxsi maraqlara əsaslanan qərarlar sektoru çıxılmaz vəziyyətə salır. Bu gedişlə qurumun yalnız adının qalacağı, istehsalat fəaliyyətinin isə tam iflic olacağı riski mövcuddur.

Məsələnin ciddiliyi nəzərə alınaraq, yeni rəhbərliyin fəaliyyətinin də aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasına ehtiyac olduğu bildirilir.(gununsesi.info)

Oxunub: 36
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

8-09-2025, 17:49

Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

30-10-2024, 15:57

“Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-10-2024, 12:34

Çirkin əməllərini Dəmir yolundan başlayıb, KƏND TƏSƏRRÜFATININ REGİONAL İDARƏSİNDƏ DAVAM ETDİRƏN Ziya Məmmədovun qohumu kimdir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-08-2024, 17:01

“Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - VİDEO
Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
BAZARDA KONTROLSUZ ENERJİ DALĞASI
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Hadisə
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
20-04-2026, 14:46
“Mübarək” şadlıq evində yanğın
Son xəbərlər
  • Bugün, 16:01
    “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - VİDEO
  • Bugün, 15:03
    Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
  • Bugün, 14:38
    BAZARDA KONTROLSUZ ENERJİ DALĞASI
  • Bugün, 14:15
    Prezident bir qrup sahibkarı təltif edib
  • Bugün, 06:30
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • Dün, 18:48
    Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
  • Dün, 18:34
    Bu yolda hərəkət məhdudlaşdırılacaq
  • Dün, 17:26
    İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dün, 17:11
    Şakiranın konsertindən əvvəl bədbəxt hadisə
  • Dün, 16:40
    Gəncədə "Bürokratik Terror": Terror Qurbanlarını Öz Mülkündə "Kirayənişin" Edən Kimlərdir?
  • Dün, 16:07
    Ağalar Allahyarovun rəhbəri olduğu “SMTS” MMC-nin tikintisini aparan Şahin Mehdiyevin Qarabağda işçiləri işlədib, pulunu vermir…
  • Dün, 15:34
    “Mikayıl Cabbarovun təkidi ilə xarici dili buraxılış imtahanına saldıq, mən qarşı idim”
  • Dün, 14:48
    Metro nəzarətsiz və baxımsız qalıb - Problem bu hallardan yaranıb? - FOTOLAR
  • Dün, 13:16
    Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
  • Dün, 12:36
    Ayağında 3 barmağı var, onlar da yararsız - Hərbi xidmətə göndərdilər
  • Dün, 12:09
    1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)
  • Dün, 11:22
    Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…
  • Dün, 10:36
    “NEW MED KLINIKA”da şəfa tapmaq olarmı?
  • Dün, 09:51
    Keçmiş oliqarx-məmur Arif Qaraşov … BU GÜN DƏ QAZANIR… – İLGİNC FAKT
  • 25-04-2026, 16:20
    Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
  • 25-04-2026, 15:35
    Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
  • 25-04-2026, 14:38
    Güllü İbadovaya necə vəzifə həvalə olunur?
  • 25-04-2026, 12:32
    Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
  • 25-04-2026, 12:09
    Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?
  • 24-04-2026, 18:30
    İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
  • 24-04-2026, 17:54
    KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir
  • 24-04-2026, 17:08
    Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq
  • 24-04-2026, 16:27
    “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb?- “UZAQ DURUN!”
  • 24-04-2026, 15:40
    “Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir
  • 24-04-2026, 15:16
    “Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”
  • 24-04-2026, 14:49
    Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur
  • 24-04-2026, 14:16
    Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı
  • 24-04-2026, 12:35
    Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: "Baku Electronics" niyə qapanıb?
  • 24-04-2026, 12:03
    AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?
  • 24-04-2026, 11:23
    "Avromed" hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə