
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib.
Gündəlikxəbər.org xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları ilə bağlı yeni detalların ortaya çıxdığı bildirilib.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Melis Sütşurup birjada əldə etdiyi 13 milyard 673 milyon lirəni Tera şirkətinin TLY fonduna yatırıb. Onun bu investisiyadan qısa müddətdə 2 milyard 355 milyon 287 min lirə xalis gəlir əldə etdiyi irəli sürülüb.
Araşdırma çərçivəsində Melis Sütşurupun atası Cihan Sütşurupun adı da hallanıb. Onun eyni əməliyyatlar çərçivəsində 639 milyon 402 min 912 lirə qazanc əldə etdiyi və gəlir sıralamasında 6-cı yerdə qərarlaşdığı iddia olunub.
Qeyd edək ki, sözügedən rəqəmlər istintaq çərçivəsində irəli sürülən iddialardır. Məsələ ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.