• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-02-2026, 15:39

Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…

Azərbaycanın demək olar ki, bütün marketlərində satılan konservləşdirilmiş məhsullar əsasən yerli istehsaldır və bu bazarda əsas pay sahiblərindən biri “Azərsun Holdinq” hesab olunur. Ölkənin qida təminatında mühüm rol oynayan holdinqin konserv məhsulları ilə bağlı isə son dövrlər istehlakçılar tərəfindən ciddi narazılıqlar səsləndirilir. 

“Azərsun Holdinq”in fəaliyyət sahəsinə daxil olan müəssisələrdə “Bizim Tarla”, “Bostan”, “Final”, “Blendo” markaları altında tərəvəz turşuları, badımcan kürüsü, tomat pastası və digər konservləşdirilmiş məhsullar istehsal olunur. Xüsusilə “Bizim Tarla” markası Azərbaycan brendi kimi təqdim edilir və geniş istehlakçı auditoriyasına malikdir.
Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…

Lakin bu məhsulları alan bir çox vətəndaş açıq şəkildə şahidi olur ki, qablaşdırma açıldıqda məhsulun üzərində qaralmış, qurumuş və ya az miqdarda kiflənmiş qat müşahidə olunur. Adətən istehlakçılar həmin qaralmış və ya kiflənmiş hissəni qaşıqla götürüb atır, alt qatdakı məhsulu istifadə edirlər. Halbuki mütəxəssislərin fikrincə, belə hallarda məhsul artıq təhlükəli hesab olunur. Çünki kif və qaralma yalnız görünən hissə ilə məhdudlaşmır, toksinlər bütün məhsula yayıla bilər və bu cür qidanın istifadəsi sağlamlıq üçün risk yaradır.

İstehlakçıların müşahidələrinə görə, bu cür hallar xüsusilə “Azərsun Holdinq”in “Bizim Tarla” və “Bostan” markalı tərəvəz turşuları, badımcan kürüsü və tomat pastalarında daha açıq şəkildə görünür.

Xüsusi diqqət edilməsi məqamlar bunlardır. 

Konservləşdirilmiş qida məhsullarının qablaşdırması açıldıqda üzərində qaralma, quruma və ya az miqdarda kiflənmə müşahidə olunması qida təhlükəsizliyi baxımından ciddi risk əlaməti hesab olunur. Mütəxəssislərin izahına görə, məhsulun üz qatının qaralması əsasən oksidləşmə prosesi ilə bağlıdır. Bu hal bankanın içində vakuumun düzgün formalaşmaması, qapağın tam hermetik bağlanmaması və ya məhsulun uzun müddət saxlanması zamanı hava ilə təmas nəticəsində yaranır. Xüsusilə yağ tərkibli konservlərdə – badımcan kürüsü, tomat pastası və oxşar məhsullarda bu proses daha sürətli gedir.

Üzərində kif əmələ gəlməsi isə məhsulun mikrobioloji cəhətdən artıq yararsız olduğunu göstərir. Qida təhlükəsizliyi sahəsində qəbul olunmuş elmi qaydalara görə, kif yalnız görünən səthlə məhdudlaşmır. Kif göbələkləri məhsulun daxilində mikotoksinlər adlanan zəhərli maddələr ifraz edir. Bu toksinlər dad, qoxu və ya rəng dəyişikliyi ilə hər zaman hiss olunmur və hətta qaynatma, qızartma zamanı belə məhv olmur.

Bu səbəbdən konserv məhsulunun üzərində olan kifli və ya qaralmış qatın qaşıqla götürülərək atılması və alt hissənin istifadə olunması təhlükəsiz hesab edilmir. Belə məhsulların qəbulu aşağıdakı fəsadlara yol aça bilər – mədə-bağırsaq pozğunluqları (ürəkbulanma, qusma, ishal), qarın ağrıları və zəhərlənmə əlamətləri, qaraciyər funksiyalarının pozulması, immun sisteminin zəifləməsi, uzunmüddətli istifadədə xroniki sağlamlıq problemləri cə sairə.

Qida təhlükəsizliyi normalarına əsasən, konserv məhsulunda kif və ya ciddi qaralma əlaməti aşkar edildikdə, həmin məhsul tamamilə yararsız sayılır və utilizasiya edilməlidir.

Daha bir mühüm məqam isə məhsulların istehsal ili, saxlanma müddəti və qiymət siyasəti ilə bağlıdır. Hazırda satışda olan konservləşdirilmiş məhsulların əhəmiyyətli hissəsi əvvəlki illərdə 2024–2025-ci illərdə istehsal olunmuş məhsullardır. Qaydalara uyğun saxlanıldıqda konserv məhsullarını 2–3 il saxlamaq mümkün olsa da, əsas problem bu məhsulların qiymətinin yeni bazar şərtlərinə uyğunlaşdırılaraq satılmasıdır.
Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…

Məsələn, 2025-ci ilin əvvəlində istehsal olunmuş məhsul 2026-cı ildə artıq bahalaşdırılmış qiymətlə istehlakçıya təqdim olunur. Halbuki həmin məhsulun istehsal olunduğu dövrdə xammal və ümumi ərzaq bazarındakı qiymətlər indiki qiymətlərlə müqayisədə azı 30–40 faiz daha ucuz idi. Buna baxmayaraq, istehsalçı əvvəlki illərin məhsulunu yeni bazar qiymətləri ilə satışa çıxarır. Marketlər iddia edir ki, qiyməti birbaşa istehsalçı formalaşdırır.

Nəticə etibarilə belə bir mənzərə yaranır- vətəndaş 2024-cü ildə istehsal edilmiş məhsulu 2026-cı ildə alır, 2026-cı ildə istehsal edilən məhsulu isə ehtimal ki, 2028-ci ildə alacaq. Yəni bazarda rəsmi olaraq vaxtı keçmiş məhsul olmasa da, istehlakçı faktiki olaraq təzə istehsal olunmuş məhsul əldə etmir. Bu prosesdə qazanan tərəf istehsalçı və satış şəbəkələri olduğu halda, iki il əvvəl istehsal olunmuş, üzərində qaralma və ya kiflənmə riski olan məhsulu alan və istehlak edən tərəf isə vətəndaş olur.
Köhnə istehsal, yeni qiymət – ‘Azərsun Holdinq’in konserv məhsulları və suallar…

Mütəxəssislər istehlakçılara tövsiyə edir ki, məhsul alarkən xüsusilə diqqətli olsunlar, üzərində cari ilə aid istehsal tarixi olmayan və əvvəlki illərdə istehsal olunmuş konservləri mümkün qədər almasınlar. Eyni zamanda, qapağı açıldıqda üzərində qaralma, quruma və ya hətta az miqdarda kif müşahidə olunan məhsullardan qəti şəkildə istifadə edilməməlidir.

Qeyd edək ki, “Azərsun Holdinq”in bu iddialar və iradlarla bağlı mövqeyini dərc etməyə hazırıq. Ölkənin ən böyük qida təminatçılarından biri olan “Azərsun Holdinq”in məsələyə aydınlıq gətirməsi, istehlakçıların narahatlıqlarına cavab verməsi vacib və zəruri hesab olunur.Bizimesr.az 

Oxunub: 35
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

2-12-2025, 13:06

Meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

13-09-2025, 12:05

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-03-2025, 15:16

"TAC" ın kərə yağı adı ilə satılan məhsul uyğunsuzluq aşkarlandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

25-09-2024, 19:36

Ümidimiz AQTA-yadırsa... VAY BİZİM HALIMIZA... - MALƏSƏF... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

29-11-2023, 14:33

Bazarda ət bahalaşdıqca, kolbasa-sosis ucuzlaşır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
Hadisə
Dün, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
Son xəbərlər
  • Dün, 12:44
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • Dün, 12:24
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • Dün, 12:03
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • Dün, 11:39
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dün, 11:15
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dün, 10:58
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
  • Dün, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dün, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dün, 09:22
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dün, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:05
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:41
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:07
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:49
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:18
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:58
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:59
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:02
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:32
    İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür?
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:06
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:58
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:06
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:55
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • 22-07-2026, 14:42
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • 22-07-2026, 13:15
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə