• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Pambıqçılıqda böhran: Fermer niyə “qul əməyinə” məhkum edilir? - DE-FAKTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

23-02-2026, 09:43

Pambıqçılıqda böhran: Fermer niyə “qul əməyinə” məhkum edilir? - DE-FAKTO

Pambıqçılıqda böhran: Fermer niyə “qul əməyinə” məhkum edilir? Azərbaycan kənd təsərrüfatının strateji sahələrindən biri hesab edilən pambıqçılıq bu gün dərin böhran yaşayır. Minlərlə fermer yeni əkin mövsümünə hazırlaşmalı olduğu bir vaxtda hələ də ötən ilin məhsuluna görə pulunu ala bilmir. Borc içində boğulan, banklara, mağazalara, texnika sahiblərinə, gübrə və toxum satanlara öhdəliklərini yerinə yetirə bilməyən fermer faktiki olaraq çıxılmaz vəziyyətə salınıb. Bu vəziyyət isə “qul əməyinə” məhkum edilmiş kəndlinin acı reallığını ortaya qoyur.
Halbuki pambıqçılıq ölkə rəhbərliyi səviyyəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında pambıqçılığın həm ixrac potensialı, həm regionlarda məşğulluq, həm də kənd təsərrüfatının inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət proqramları qəbul olunub, subsidiya mexanizmləri tətbiq edilib, pambıq sahələrinin genişləndirilməsi üçün müxtəlif təşviqlər verilib. Ancaq bütün bunlara baxmayaraq, real vəziyyət göstərir ki, pambıqçı fermer bu siyasətin əsas faydalananı deyil, əksinə, ən çox əziyyət çəkən tərəfidir.

Mövcud sistemə görə, pambıq istehsal edən fermerlər məhsulu birbaşa bazara çıxara bilmir, onu yalnız xüsusi özəl şirkətlərə satmağa məcburdur. Bu şirkətlər əvvəlcədən fermerlərlə müqavilə bağlayır, toxum, gübrə, yanacaq və digər xərclərin bir hissəsini qarşılayır, daha sonra isə məhsulu təhvil alaraq ixrac edir. Şirkətlər bu prosesi əsasən dövlətin maliyyə qurumu olan Aqrar Kredit QSC vasitəsilə aldıqları kreditlər hesabına maliyyələşdirirlər. Yəni kredit götürür, fermerə pul ödəyir, pambığı toplayır və sonra xaricə sataraq gəlir əldə edirlər.

Lakin problem ondadır ki, son illərdə bu mexanizm ciddi şəkildə pozulub. Şirkətlər pambığı vaxtında satmır, çünki payız və qış aylarında dünya bazarında qiymətlər aşağı olur. Onlar mart-aprel aylarını gözləyir, qiymətlərin qalxmasını istəyir və məhsulu anbarlarda saxlayırlar. Nəticədə fermerin pulu aylarla, bəzən isə bir ildən çox gecikir. Fermer isə gözləyə bilmir. Onun növbəti mövsüm üçün toxuma, gübrəyə, yanacağa, suvarmaya pulu lazımdır. Pul olmayanda isə əkin sahələri azalır, keyfiyyət düşür, insanlar kəndi tərk edir.

2025-ci ildən etibarən vəziyyət daha da ağırlaşıb. Məlumata görə, Aqrar Kredit bir sıra pambıq şirkətlərinə kredit verilməsini dayandırıb. Bunun əsas səbəbi həmin şirkətlərin əvvəlki illərdə götürdükləri vəsaitləri vaxtında qaytarmamaları, öhdəliklərini yerinə yetirməmələri olub. Nəticədə yeni kreditlər dayandırılıb, şirkətlər maliyyə mənbəyindən məhrum qalıb, fermerlər isə birbaşa zərbə altında qalıb. Çünki kredit olmayanda şirkətlər də fermerə pul ödəyə bilmir.

Burada əsas məsuliyyət birbaşa pambıq şirkətlərinin üzərində olsa da, prosesə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyi vəziyyəti daha da ağırlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri Məcnun Məmmədov bu böhrana adekvat reaksiya vermir. Nazirlik faktiki olaraq müşahidəçi mövqeyi tutub.

Fermerlər aylarla şikayət edir, müraciətlər edir, mediaya danışır, lakin sistemli həll yolu ortaya qoyulmur. Nə şirkətlərin məsuliyyəti artırılır, nə də ödənişlərin vaxtında edilməsinə ciddi nəzarət mexanizmi yaradılır.

Əslində, nazirlik bu sahədə tənzimləyici rolunu gücləndirməli, fermerlə şirkət arasında bağlanan müqavilələrin icrasına ciddi nəzarət etməli, ödəniş gecikdirən şirkətlərə qarşı sanksiyalar tətbiq etməlidir. Amma görünən odur ki, nə inzibati cərimələr var, nə lisenziyaların ləğvi, nə də real məsuliyyət mexanizmi. Nəticədə güclü tərəf olan şirkətlər rahat şəkildə fermeri gözlətməyə davam edir.

Doğrudan da, yaranmış vəziyyət göstərir ki, pambıqçılıqda bütün risklər kəndlinin üzərinə yüklənib. Təbii fəlakət olur, fermer zərər çəkir. Qiymət düşür, fermer uduzur. Şirkət pul ödəmirsə, yenə fermer gözləyir. Dövlət strukturları isə yalnız statistik rəqəmlərlə, hesabatlarla məşğuldur.

Bütün bunlar ölkə rəhbərliyinin pambığa verdiyi strateji əhəmiyyətlə açıq ziddiyyət təşkil edir. Prezidentin xüsusi diqqət göstərdiyi sahədə fermerlərin bu vəziyyətə düşməsi həm sosial ədalətsizlikdir, həm də dövlət siyasətinə kölgə salır. Kənd insanı özünü tək, sahibsiz hiss edir. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatının çökməsinə, kəndlərin boşalmasına, ərzaq təhlükəsizliyinin zəifləməsinə gətirib çıxara bilər.

Bu gün pambıqçı fermerin problemi təkcə pulun gecikməsi deyil. Bu, bütövlükdə etimadın itirilməsidir. Fermer artıq sabaha inanmır. O bilmir ki, məhsul əkəndə pulunu vaxtında alacaq, ya yox. Bu qeyri-müəyyənlik isə kənd təsərrüfatı üçün ən təhlükəli faktordur.

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit, pambıqçılıqla məşğul olan şirkətlər və müvafiq qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, real həll yolları tapmalıdır.

Şirkətlərin maliyyə vəziyyəti ciddi yoxlanmalı, müqavilə şərtlərinə əməl olunması məcburi hala gətirilməli, ödənişlər üçün təminat mexanizmi yaradılmalı, fermerin hüquqları qorunmalıdır. Əks halda pambıqçılıq “strateji sahə” olmaqdan çıxıb, kəndlinin belini qıran yükə çevriləcək.

Əgər bu gün bu problem həll olunmasa, sabah minlərlə fermer pambıqdan imtina edəcək. O zaman isə nə dövlət proqramları, nə də rəsmi statistikalar real vəziyyəti xilas edə biləcək. Pambıqçılığın gələcəyi birbaşa kəndlinin taleyindən keçir. Kəndli ayaqda qalmasa, bu sahənin də gələcəyi olmayacaq.(nocomment.az)

Əli Səfərli

Oxunub: 51
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-11-2024, 13:05

İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-10-2024, 10:24

Gələn il kimsə PAMBIQ ƏKMƏYƏCƏK... - NAZİRİN NƏZƏRİNƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • 12-10-2026, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • 12-10-2026, 11:56
    Azərbaycanda maaşlar artıb
  • 12-10-2026, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 12-10-2026, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə