• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-02-2026, 12:21

Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO

Qazax rayonunun mərkəzi küçələrində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı narazılıq dalğası yenidən gündəmə gəlib. Sosial mediada yayılan videogörüntülərdə şəhərin əsas prospektlərində analoji halların artıq bir neçə dəfə təkrarlandığı və yaşıllıqların müxtəlif bəhanələrlə məhv edildiyi aydın görünür. Sakinlər bildirirlər ki, onilliklər ərzində formalaşmış yaşıllıq zolaqları qısa müddətdə yerlə-yeksan edilir və şəhərin ekoloji mənzərəsi sürətlə pisləşir.

Bu miqyasda həyata keçirilən kəsimlərin rayon rəhbərliyinin məlumatı olmadan baş verməsi real görünmür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ərazisində aparılan bütün iri həcmli abadlıq və infrastruktur işlərinə birbaşa nəzarət edən əsas məsul şəxsdir. Eyni zamanda, region üzrə ekoloji məsələlərə birbaşa cavabdeh qurum Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. İdarənin rəis əvəzi Elşən Şirinovun razılığı və rəsmi rəyi olmadan belə bir genişmiqyaslı ağac kəsiminin aparılması inandırıcı deyil.

Dünyanın iqlim dəyişikliyi ilə mübarizədə yaşıllaşmanı əsas prioritet elan etdiyi bir dövrdə, Azərbaycanın da üzərinə götürdüyü ciddi beynəlxalq öhdəliklər var. Xüsusilə COP sammitləri çərçivəsində ölkənin yaşıllıq sahələrinin artırılması, karbon emissiyasının azaldılması və ətraf mühitin qorunması istiqamətində addımlar atıldığı bir vaxtda, rayon mərkəzində ağacların kütləvi məhvi ciddi suallar və təzadlar doğurur.

Ulu öndər Heydər Əliyev vaxtilə “Ağaclar mənim qollarımdır” deyərək yaşıllığın dövlət siyasətindəki ali yerini vurğulamışdı. Bu strateji kurs illərlə davam etdirilib, ölkənin hər bir bölgəsində nəhəng ağacəkmə kampaniyaları reallaşdırılıb. Belə olan halda, Qazax kimi strateji və həssas sərhəd rayonunda mərkəzi küçələrin ağacsızlaşdırılması hansı siyasi və ekoloji məntiqə xidmət edir?

VİDEO LİNKDƏ: https://yenicag.az/qazaxda-ekoloji-soyqirim-receb-babasovun-qerari-yoxsa-elsen-sirinovun-sehlenkarligi-video​​​
Əgər kəsilən ağaclar həqiqətən qəzalı, xəstə və ya ətraf üçün təhlükəli idisə, bununla bağlı rəsmi ekspertiza rəyi, ictimaiyyətə şəffaf açıqlama və mütləq şəkildə əvəzləyici yaşıllaşdırma planı təqdim olunmalı idi. Əks təqdirdə, “abadlıq” adı altında reallaşdırılan bu proses yalnız ekoloji zərbə və idarəetmə məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.

Cəmiyyət indi bu suallara açıq və dürüst cavab gözləyir: Qazaxın mərkəzi küçələrində ağacların qırılması konkret olaraq hansı qərarla icra olunub? Bu prosesin əsl memarı kimdir? Və ən əsası həmin ağacların yerinə yeniləri əkiləcək, yoxsa rayon mərkəzi betonlaşma poliqonuna çevrilməkdə davam edəcək?

Sual çoxdur, cavab isə hələ də yoxdur.

İstənilən halda, yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Yenicag.az
Camal Cavanşir

Oxunub: 34
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

15-09-2025, 14:43

Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-06-2025, 09:55

Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-01-2025, 17:02

“Capital City” tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir” – Mərdanov qardaşları və Abbas Səhhət küçələrində narazılıq pik həddə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-09-2024, 10:07

Qazax rayon icra başçısı Rəcəb Babaşov ANIM TƏDBİRİNDƏ iştirak etmədi + FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-07-2024, 14:47

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • 12-10-2026, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • 12-10-2026, 11:56
    Azərbaycanda maaşlar artıb
  • 12-10-2026, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 12-10-2026, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə