• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tenderlərdə “Yaşıl Nida” Sirri – Dövlət müqavilələri niyə detalsız qalır? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-03-2026, 11:04

Tenderlərdə “Yaşıl Nida” Sirri – Dövlət müqavilələri niyə detalsız qalır?

Son illər dövlət satınalmaları sahəsində baş verənlər, tender adı altında büdcə vəsaitlərinin necə və kimlər arasında bölüşdürülməsi məsələsi ictimaiyyət üçün ən həssas mövzulardan birinə çevrilib. Bu istiqamətdə müxtəlif faktlar, araşdırmalar və sənədlər dəfələrlə gündəmə gətirilib.

“Dogruxeber.tv” olaraq biz dəfələrlə yazmışıq ki, eyni qurumun eyni şirkəti təkrar-təkrar qalib elan etməsi, rəqabət mühitinin formal xarakter daşıması və bəzi hallarda şübhəli satınalma prosedurları artıq sistemli xarakter alıb.

Amma görünən odur ki, bu məlumatların ictimailəşdirilməsi real nəticəyə gətirib çıxarmır. Əksinə, proseslər dəyişmir, adlar dəyişmir, yanaşma dəyişmir. Bu isə sual yaradır: ya bu sahədə ciddi və effektiv nəzarət mexanizmi yoxdur, ya da nəzarət etməli olan qurumlar baş verənlərdən xəbərdardır və hər hansı səbəbdən müdaxilə etmir.

Dövlət Satınalma Portalının (etender.gov.az) son 2–3 günə aid məlumatlarına nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Onlarla yeni müqavilə yerləşdirilib, lakin “ətraflı məlumat” bölməsi boş saxlanılıb. Həmin bölmədə yalnız yaşıl nida işarəsi var, amma müqavilənin predmeti, əsaslandırılması, satınalma üsulu və digər detallarla bağlı məlumat təqdim olunmayıb.

Diqqətçəkən məqam isə budur ki, bu müqavilələrin böyük əksəriyyəti üçrəqəmli və ya nisbətən kiçik məbləğlərlə bağlanıb. Formal olaraq məbləğ az görünsə də, şübhə doğuran məhz şəffaflıq məsələsidir.

Məsələn:
Maliyyə Nazirliyi eyni gündə bir neçə kiçik məbləğli müqavilə imzalayıb.

3 nömrəli Uşaq Vərəm Sanatoriyası ilə “Saturun” kiçik müəssisəsi arasında 1.800 AZN-lik müqavilə.

Mədəniyyət Nazirliyinin Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə “Aztelekom” MMC-nin Şimal-Şərq Regional Filialının Quba şöbəsi arasında 764 AZN-lik müqavilə.

Dövlət Su Ehtiyatları Agentliyi ilə “Delta Telekom Ltd” MMM arasında 4.226 AZN-lik müqavilə.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ilə “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC arasında cəmi 80 AZN-lik müqavilə.

Xaçmaz rayon Statistika idarəsi ilə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında 250 AZN.

Dövlət Statistika Komitəsi ilə “XEROPS” MMC arasında 5.298 AZN.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə “Spark Press” MMC arasında 1.492 AZN.

Balakən Gənclər Evi ilə fiziki şəxs Malvina Süleymanova arasında 1.650 AZN.

Kino Agentliyi ilə “CN-Media” MMC arasında 50.000 AZN.

Xızı Rayon İcra Hakimiyyəti ilə “Aztelekom” MMC arasında 6.060 AZN.

Mərkəzi Bank ilə “Your Decot and Events” MMC arasında 68.280 AZN.

Mərkəzi Seçki Komissiyası ilə “Qaya Mətbuat Yayımı” MMC arasında 1.604 AZN və sair.

Bu siyahını uzatmaq mümkündür. Portal açıqdır və istənilən vətəndaş bu məlumatlara daxil ola bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, müqavilələrin mahiyyəti barədə məlumatlar ya ümumiyyətlə yerləşdirilmir, ya da minimal səviyyədə təqdim olunur.

Yeri gəlmişkən, diqqət çəkən başqa bir detal da var - “Delta Telekom Ltd” MMM eyni gündə həm Dövlət Su Ehtiyatları Agentliyi, həm də Maliyyə Nazirliyi ilə müqavilə imzalayıb. Bu təsadüfdürmü, yoxsa davamlı əməkdaşlıq modelidir?

Qeyd etmək lazımdır ki, Dövlət Su Ehtiyatları Agentliyi son illərdə ən çox tender elan edən və ən çox vəsait xərcləyən qurumlardan biri kimi diqqət çəkir. İl boyu saysız-hesabsız satınalma prosedurlarında iştirak etməsi artıq adi hala çevrilib. Bu isə həmin qurumun satınalma siyasətinin ayrıca araşdırılmasını zəruri edir.

Əsas sual isə dəyişmir: əgər hər şey qanunauyğundursa, niyə “ətraflı məlumat” bölməsi boş qalır? Əgər bu müqavilələr şəffafdırsa, niyə onların predmeti ictimaiyyətə açıq şəkildə təqdim olunmur?

Şəffaflıq dövlət büdcəsinin əsas təminat mexanizmlərindən biridir. Büdcə vəsaiti xalqın vəsaitidir və onun xərclənməsi ilə bağlı ən kiçik detal belə gizli saxlanılmamalıdır. Kiçik məbləğlər ard-arda və sistemli şəkildə bağlandıqda isə ümumi məbləğin nə qədər olduğunu hesablamaq artıq başqa bir mənzərə yaradır.

“Dogruxeber.tv” olaraq hesab edirik ki, dövlət satınalmalarında formal açıqlıq deyil, real və dolğun şəffaflıq təmin olunmalıdır. Əks halda, tender mexanizmi ictimai etimad aləti yox, sual doğuran prosedura çevrilməkdə davam edəcək.(Dogruxeber.tv)

Oxunub: 33
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

25-04-2025, 18:22

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

24-04-2025, 10:08

“Doktor” Aysel Xəlilova pasiyentlərinə necə dolğu və inyeksion prosedurları edir? -FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-08-2024, 15:30

Qaçqın məktəbi, yoxsa ailə şirkəti? - Qalmaqallı məktəblə bağlı sensasion faktlar - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-08-2024, 14:49

Pul, yoxsa insan həyatı? - Sual sizədir, cənablar ! // VİDEO + FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Dün, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • Dün, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • Dün, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • Dün, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Dün, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Dün, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • Dün, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • Dün, 11:56
    Azərbaycanda maaşlar artıb
  • Dün, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • Dün, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə