• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-03-2026, 12:48

Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!

Məktəbin direktoru 8 illik fəaliyyəti dövründə iki universitetdə təhsil alıb(?)

Yevlax rayonunda təhsilin durumu ilə bağlı yazmışdıq. Bu həftənin ilk günü tirajladığımız “Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə, vətənə xəyanət həddi, yoxsa,…???-TƏFƏRRÜAT” sərlövhəli yazımız həm Yevlax ictimaiyyəti, həm də yevlaxlı təhsil işçiləri tərəfindən yüksək səviyyədə qaşılanmış və təqdir edilmişdir. ( Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/197316-yevlax-t%C9%99hsilind%C9%99-n%C9%99-ba%C5%9F-verir-antimilli-%C5%9F%C9%99b%C9%99k%C9%99v%C9%99t%C9%99n%C9%99-x%C9%99yan%C9%99t-h%C9%99ddi-yoxsa.html )

Bundan sonra yevlaxlı oxucularımız tərəfindən Yenixeber.org-a rayonda təhsilin durumu ilə bağlı yeni məlumatlar daxil olmağa başlamış və davam etməkdədir. Hələlik bu məlumatlardan biri haqqında…

Məktəb direktorunun komik davranışları

Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəb, daha doğrusu məktəbin xanım direktoru Ülviyyə Ağayevanın fəaliyyəti ilə bağlı məlumatlar təkcə rəngarəngliyi ilə deyil, həm də doğurduğu suallarla fərqlənir…

Belə ki, məlumata görə, 05.02.2026-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə şikayətlər əsasında yoxlama aparılmışdır. Yoxlamanın səhər saatlarında başladığı və gecə saatlarına qədər davam etdiyi bildirilir.

Araşdırmalarla, bəzi laborantların, eləcə də inklüziv sinifdə dərs deyən müəllimlərin əmək haqqlarının qeyri-qanuni şəkildə üçdə iki hissəyə endirilməsi aşkarlanmışdır. Hətta bu müəllimlərin Ülviyyə Ağayevanın əmri ilə dərs dedikləri siniflərə buraxılmadığı da müəyyən olunmuşdur.

Bildirilir ki, Ü. Ağayeva məktəbin təsərrüfat müdirini təhqir etmiş və onu məcburi şəkildə inventar sənədlərini imzalamağa məcbur etmişdir. Məlumatda da qeyd edilir ki, Ü. Ağayeva təhqirdə sərhəd tanımır. İndiyədəkr məktəbin bir neçə müəllimini iclas zamanı kollektiv qarşısında təhqir edib.

Həmçinin analıq məzuniyyətində olan informatika müəlliminin bir stavka dərsinin laborant tərəfindən keçirildiyi də yoxlama zamanı aşkar edilmişdir.

Məktəbin gənclər təşkilatının rəhbərinin orta təhsil diplomu ilə işlədiyi qeyd olunur. Bu isə nə dərəcədə qanunidir, bilənlər bilir. Belə görünür ki, məktəbin direktorunun öz qanunları var…

Ü. Ağayeva məktəbdə keçirilən dillərlə də bağlı ayrı-seçkilik yaradır, dil müəllimlərini qarşı-qarşıya qoyur. Məktəbin WhatsApp qrupunda müəllimlərə qarşı təhqiredici sözlər yazır. Nəticədə məktəb kollektivi iki de-fakto hissəyə bölünüb.

Ü. Ağayeva sevmədiyi müəllimləri hətta öz otağına belə buraxmır və onları dərslərlə təmin etmir. Ən əsası isə ailəsi olmayan, övladlarını tək böyüdən qadın müəllimlərə qarşı xüsusilə aqressiv münasibət göstərir.

Direktor hesab edilən bu şəxsin davranışları artıq bir çoxları üçün komik görünür. Yuxarıda qeyd etdiyimiz yoxlama aparılan gün 10 və 11-ci sinif şagirdləri də əsl sinif rəhbərlərinin kim olduğunu öyrənmişlər. Məlum olmuşdur ki, kollec təhsilli müəllimlər sinifləri idarə edir, sənədlərdə isə sinif rəhbərləri kimi başqa müəllimlərin adı göstərilir. Halbuki məlum qanunvericiliyə görə, kollec məzunu olan müəllim 10 və 11-ci siniflərə sinif rəhbəri təyin edilə bilməz. Bu cür üç sinif aşkarlanmışdır və maraqlıdır ki, hələ də belə davam etməkdədir.

Yoxlama zamanı məktəbin inventar sənədlərində mövcud göstərilən, lakin əslində olmayan printerlər, kompüterlər və digər avadanlıqların da olmadığı müəyyən edilmişdir.

Həmçinin müəllimlərə əvvəlcədən xəbərdarlıq edilmədən verilmiş töhmətlər də üzə çıxmışdır.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Ü. Ağayeva məktəbdə direktor vəzifəsini daha yüksək vəzifəyə keçmək üçün bir tramplin kimi istifadə edir. Onun 8 illik direktor fəaliyyəti dövründə iki universitetdə təhsil aldığı bildirilir: Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və hazırda isə ADA Universitetində təhsil alır.

Sual olunur: Ü. Ağayeva bu ikinci ali təhsilləri niyə sıravi müəllim işlədiyi dövrdə almamışdır? Bu bir məktəb direktoru üçün fiziki olaraq, nə dərəcədə mümkündür? ADA Universitetində təhsil haqqının kifayət qədər yüksək olması da öz yerində...

Həmçinin kimya və biologiya otaqlarının laboratoriya kimi deyil, adi sinif otaqları kimi istifadə edildiyi müəyyən olunmuşdur. Halbuki bu otaqlar yalnız kimya və biologiya dərsləri zamanı istifadə edilməlidir. Əks halda bu vəziyyət şagirdlərin sağlamlığı üçün təhlükə yarada bilər.

Yoxlamanın nəticəsi isə sadə bir töhmət olub. Bəs niyə şiddətli töhmət yox? Çünki onun artıq iki şiddətli töhməti var.

Sonda isə daha bir sual doğur: bu yoxlama, daha doğrusu bu dramatik şou nəyə və kimə lazım idi?(Yenixeber.org)

Redaksiyadan: Biz yazıda yer alan iddialrla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Oxunub: 27
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-03-2026, 10:50

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-06-2025, 11:23

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

10-03-2025, 11:55

Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! – ŞOK SƏS YAZILARI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Dün, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • Dün, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • Dün, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • Dün, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Dün, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Dün, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • Dün, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • Dün, 11:56
    Azərbaycanda maaşlar artıb
  • Dün, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • Dün, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə