• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-03-2026, 16:52

Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı dövlət satınalmaları portalında yerləşdirilən məlumat ictimaiyyət arasında müəyyən suallar doğurur.

"DogruXeber.tv" xəbər verir ki, dövlət satınalmalarının elektron portalında (etender.gov.az) yerləşdirilən məlumatlara əsasən, sözügedən qurum tərəfindən 24 000 manat məbləğində satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Rəsmi məlumatda satınalmanın başlanma tarixi 03 mart 2026-cı il, bitmə tarixi isə 31 dekabr 2026-cı il kimi göstərilib. Satınalma metodu kimi isə “bir mənbə” qeyd olunub.

Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, eyni məzmunlu məlumatın portalda eyni tarixdə iki dəfə yerləşdirildiyi müşahidə olunur. Bu isə müəyyən suallar doğurur: söhbət iki ayrı müqavilədən gedir, yoxsa eyni müqavilə sistemə səhvən iki dəfə daxil edilib?
Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR
Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR

Qeyd edək ki, dövlət satınalmalarında “bir mənbədən satınalma” üsulu xüsusi hallarda tətbiq edilən prosedurdur. Bu metoddan istifadə edilərkən açıq tender keçirilmir və sifarişçi qurum mal və ya xidməti birbaşa bir təchizatçıdan əldə edir. Qanunvericiliyə görə bu üsul əsasən aşağıdakı hallarda tətbiq oluna bilər: bazarda yalnız bir təchizatçının mövcud olması, təcili və ya fövqəladə vəziyyətlərin yaranması, yaxud texniki və hüquqi səbəblərdən alternativ təchizatçıların olmaması.

Məhz bu səbəbdən “bir mənbə” üsulu ilə həyata keçirilən satınalmalar hər zaman ictimai nəzarət baxımından daha diqqətlə izlənilir. Çünki bu halda rəqabətli tender mexanizmi tətbiq edilmir və digər potensial təchizatçıların prosesdə iştirak imkanı məhdudlaşır.

Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı portala yerləşdirilən məlumatda isə diqqət çəkən məqam məhz eyni məlumatın iki dəfə dərc edilməsidir. Bu vəziyyət bir neçə ehtimalı gündəmə gətirir. Birinci ehtimala görə, eyni məbləğ və eyni şərtlərlə iki ayrı müqavilə bağlanmış ola bilər. Digər ehtimala görə isə müqavilə barədə məlumat sistemə texniki və ya insan faktoru səbəbindən iki dəfə daxil edilmiş ola bilər.

Hər iki halda məsələ ictimai maraq doğurur. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi prosesində şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumlarının satınalma məlumatlarını elektron sistemlərdə dərc edərkən məlumatların dəqiqliyinə və tamlığına xüsusi diqqət yetirməsi vacib hesab olunur.

Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmi mövqeyi də maraq doğurur. Əgər portala yerləşdirilən məlumat texniki səhv nəticəsində iki dəfə dərc olunubsa, bunun izahı ictimaiyyət üçün açıqlanmalıdır. Əks halda isə iki eyni məbləğli və eyni tarixli müqavilənin hansı əsaslarla bağlanması məsələsi aydınlaşdırılmalıdır.

“DogruXeber.tv” olaraq məsələ ilə bağlı rəsmi qurumun mövqeyini öyrənmək üçün mətbuat xidmətinə zəng etdik. Lakin təəssüf ki, qarşı tərəf zəngimizə cavab vermədi. İstənlən halda qurumun açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

Qeyd edək ki, dövlət satınalmaları ilə bağlı məlumatların açıq platformalarda yerləşdirilməsi məhz ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan belə məlumatların diqqətlə araşdırılması və mümkün uyğunsuzluqların gündəmə gətirilməsi medianın üzərinə düşən vacib vəzifələrdən biridir.

"DogruXeber.tv"

Oxunub: 29
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-03-2026, 10:12

“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-02-2026, 12:17

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bugün, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
10-10-2026, 18:12
İsmayıllıda ev və köməkçi tikili yanıb
10-10-2026, 18:09
Bakıda 2 sərnişin avtobusu toqquşdu
10-10-2026, 18:08
Qadını şantaj edən gənc həbs olundu
10-10-2026, 18:07
Salyanda kişi balıq bişirməyən arvadını döydü
Son xəbərlər
  • Bugün, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • Bugün, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • Bugün, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Bugün, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • Bugün, 12:50
    İlham Əliyev və Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər
  • Bugün, 12:50
    Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
  • Bugün, 11:56
    Azərbaycanda maaşlar artıb
  • Bugün, 11:55
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • Bugün, 11:14
    İnstaqram və TikTok-a girişdə problem yaranıb
  • 10-10-2026, 18:12
    İsmayıllıda ev və köməkçi tikili yanıb
  • 10-10-2026, 18:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 18:11
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 18:10
    Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
  • 10-10-2026, 18:10
    İtkin düşmüş 8 nəfər ötən gün tapılıb
  • 10-10-2026, 18:09
    Bakıda 2 sərnişin avtobusu toqquşdu
  • 10-10-2026, 18:08
    Qadını şantaj edən gənc həbs olundu
  • 10-10-2026, 18:08
    Bu yollarda məhdudiyyət olacaq
  • 10-10-2026, 18:07
    Salyanda kişi balıq bişirməyən arvadını döydü
  • 10-10-2026, 18:07
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:30
    İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
  • 9-10-2026, 09:02
    “Kızılcık şerbeti”ndən ayrıldılar
  • 9-10-2026, 09:00
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • 9-10-2026, 08:58
    "Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
  • 9-10-2026, 08:42
    Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da eyni yerdə minaya düşdü
  • 8-10-2026, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • 8-10-2026, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • 8-10-2026, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • 8-10-2026, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • 8-10-2026, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 8-10-2026, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə