• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

25-06-2026, 16:18

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH


Fransa parlamentinin bir sıra üzvləri anti-Azərbaycan çıxışlarından əl çəkmirlər. Belə deputatlar Ermənistan cəmiyyəti və rəsmi İrəvan üçün önəmi olmayan mövzuları Milli Assambleyada müzakirəyə çıxarmaqla standart tapşırıq icraçısı olduqlarını göstərirlər.

Ötən gün Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının üzvlərinin Azərbaycanda həbsdə olan erməni müharibə caniləri ilə bağlı avantürist, əsası olmayan məsələlərlə bağlı suallarını cavablandırıb.

Anti-Azərbaycan mövqeyi ilə seçilən deputat Kristel D'İntorni iddia edib ki, guya 2023-cü ilin sentyabrında Qarabağda baş verən hadisələrdən və Ermənistan ilə Azərbaycan arasında davam edən gərginlikdən sonra "bir neçə erməni siyasi, hərbi və mülki məmur həbs edilərək Bakıya köçürülüb". O, 19 erməni cinayətkar məhbusun halına acıyaraq bildirib ki, guya bu vəziyyət "ciddi humanitar və beynəlxalq narahatlıqlara səbəb olmağa davam edir".

Bunun ardınca deputat cəfəng, əsası olmayan iddialarını davam etdirib. Azərbaycan torpaqlarında cinayətlər törətmiş həmin məhbuslarla bağlı "beynəlxalq humanitar hüquqa riayətin vacibliyini" vurğulayıb.

Avropa və Xarici İşlər Nazirliyi cavabında ATƏT-in keçmiş Minsk qrupu tərkibində həmsədr kimi "fəal vasitəçi" missiyasından bəhs edib. Qurum erməni məhbusların taleyinə və onlarla rəftara bundan sonra da xüsusi diqqət yetirəcəklərini vurğulayıb.

Nazirlik deputatların bəhs etdikləri məsələni iyunun 23-də tərəfsiz cavablandırmağa çalışsa da, buna nail olmayıb. Çünki Fransa Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə, onların 30 ilə yaxın işğal altında qalmasına yardım edib. Həmsədr ölkə olaraq birmənalı şəkildə vasitəçilik missiyasının tərəfsizlik, ədalətli olmaq kimi prinsiplərinə qarşı çıxaraq işğalçı Ermənistanı müdafiə edib.

Çünki Azərbaycan torpaqlarının işğalının ideoloji, sonralar isə siyasi, maddi-texniki mərkəzi Fransa olub. Azərbaycan torpaqlarını işğaldan azad etdiyi günlərdə Yelisey sarayı, parlament ermənilər tərəfdən az qala döyüşmək istəyirdi. Birinci və İkinci Qarabağ müharibəsində onun tutduğu mövqe, həmsədrlik dövründəki fəaliyyəti faktdır və Fransa tarixinin ləkələnmiş səhifələridir.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bu əsassız cavablarını rədd edib. Bildirilib ki, rəsmi Bakı Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq "Dağlıq Qarabağdan köçürülmüş" ermənilərə dəstək, "erməni məhbuslarının taleyi və onların azad edilməsi", "erməni dini və mədəni irsi", "Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları", habelə "Azərbaycanda insan hüquqları" kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edir.Fransa hakimiyyəti, o cümlədən parlamenti əvvəllər də bu uydurma iddiaları ilə bağlı qətnamələr qəbul edib. Hələ 2020-ci il dekabrın 3-də Fransa parlamenti "Qarabağın tanınması zərurəti"nin vurğulandığı qətnaməni qəbul etmişdi. Onda bu "sənədin" "lehinə" 188, əleyhinə 3 deputat səs vermişdi. Fransa parlamenti o zaman da revanşistlərin "mərkəzi" idi. Onlar bu istiqamətdə Rusiyadakı havadarlarını belə kölgədə qoyurdular.2026-cı il fevralın 3-də Fransa parlamenti bəhs etdiyimiz erməni cinayətkarın "dərhal və qeyd-şərtsiz azad edilməsinə" dair qətnamə qəbul etmişdi. Onda 183 deputat bu sənədi dəstəkləmişdi. 4 maddəlik qətnamədə Qarabağdan bəhs edilərkən, əski türkcədə olduğu kimi, "Artsak", "Artsak Respublikası" kimi söz və ifadələri işlətməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulub. Habelə deputatlar ölkənin daxili işlərinə müdaxilə ediblər. Həmin "sənəddə" deputatlar bu istiqamətdə heç bir hüquqi normaya məhəl qoymayaraq "Artsax Respublikasının siyasi liderlərinin özbaşına həbs edilməsini, cinayət təqibini pisləyir və onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir"lər.Fransanın yardım ilə Qarabağ və ətraf rayonlar 30 ilə yaxın işğal altında olduğu illərdə Azərbaycanın yüzminlərlə vətəndaşının bütün hüquqları pozulub. Ermənilər Xocalıda və işğal etdikləri başqa ərazilərdə azərbaycanlıları soyqırıma, qətliama məruz qoyublar. 19 erməni cinayətkarı müdafiə edən Milli Assambleya və XİN Fransanın yardımı, havadarlığı ilə Azərbaycanın həmin vətəndaşlarının Ermənistan tərəfdən pozulmuş, tapdanmış hüquqlarından heç vaxt bəhs etməyiblər. Halbuki o ermənilərin törətdiyi əməllər Bakıda keçirilən məhkəmədə çoxsaylı faktlarla ifşa olunub.Onların arasında erməni, Rusiya vətəndaşı olmuş, milyarder Ruben Vardanyan da var. 2026-cı ilin ilk beş ayındakı vəziyyətə görə onun sərvəti təxminən 1,3 milyard dollar həcmində qiymətləndirilib. Rusiyanın "AvtoVAZ", "KAMaz" və "Rosqosstrax"da da onun payı var.Ruben Vardanyan "xeyriyyəçi" kimi Azərbaycan torpaqlarında işğalın müddətini uzatmaq üçün aksiyalar keçirib. Onun adı Avropa parlamentindəki korrupsiyalarda da hallanır. Vardanyanın rəhbərlik etdiyi "Troyka Diloq" ("Troika Dialog") investisiya şirkətinin adı 2019-cu ildə 4, 6 milyardlıq dollarlıq çirkli pulların yuyulması və gizli ofşor şəbəkələri qalmaqalında çəkilib. Onun şirkətinə buna görə "Troyka camaşırxanası" da deyirlər.

Heç Fransa parlamenti də müvəkkilindən geri qalmır. Respublika parlamentarizminin tarixindəki ən səs-küylü korrupsiya qalmaqallarından biri Avropa Parlamentinin "uydurma köməkçiləri" işi ilə bağlıdır. Belə ki, real parlament işi üçün köməkçilərin işə götürülməsinə ayrılan vəsaitlər sistematik olaraq Fransa daxilindəki partiya funksionerlərinin əməyinin ödənilməsinə yönləndirilirmiş.

Bu baxımdan, Ruben Vardanyan adı başqa cinayətlərdə hallananlara nümunədir. Vardanyanla Fransa Milli Assambleysı və avroparlamentindəki bır sıra deputatlar korrupsiya "üçbucağı" da təşkil edə bilər. O da istisna olunmur ki, Kristel D'İntorni kimi deputatlar Ruben kimi rusiyalı milyaderlərin "xeyriyyəçiliyindən" bəhrələniblər. Ermənistan cəmiyyəti və hakimiyyətinin imtina etdiyi çürük, mənasız məsələlərdən onlar hələ də Azərbaycana təzyiq aləti olaraq istifadə edirlər.

Yoxsa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların, fəaliyyətin davam etdiyi bir vaxtda cinayətkarların müdafiəsi kimi parlamentlə XİN arasında saxta sual-cavaba nə ehtiyac olardı?!

Fransa parlamentariləri və XİN-in erməni cinayətkarların hüquqları ilə bağlı canfəşanlığı yaltaqlıq, ikiüzlülük, mənəvi idbarlıq olaraq görünür. Çünki bu, müstəmləkə torpaqlarında hər addımbaşı insan hüquqlarını pozmuş, həmin ərazilərdə etnik təmizlik, assimilyasiya ilə məşğul olmuş Fransadır.

1962–1984-cü illərdə Hind okeanında yerləşən dənizaşırı Reunyondan 2 015 azyaşlı Fransanın materik hissəsinə - əsasən kənd xarakterli 83 departamentə köçürülüb. Rəsmi Paris bununla Reunyon əhalisinin otuz il ərzində iki dəfə artmasının qarşısını almağa çalışırdı. Ən çox uşaq qəbul edən departament Creuse olduğuna görə bu azyaşlılar "Creuse uşaqları" adlandırılır. Həmin insanların uşaqlıq və gənclik illəri yarımçıq qalmışdı. Onlar materikdə fiziki, mənəvi işgəncəyə, təzyiqlərə məruz qalmışlar. Uşaqların sürgünü, ailələrdən ayrılığı, doğma torpaq, dil və soydan qəfil qopma nəticəsində həyatları alt-üst olmuşdu.

Bu insanlıqdan uzaq əməllər 20-ci əsrdə dünya müstəmləkələrdən azad olandan sonra baş verib. Parlamentarilər və XİN, habelə Fransanın başqa qurumları törədilən bu cinayət əməllərini etiraf etsələr belə, uşaqların sürgünü Fransanın qara, cinayətkar, vandal hərəkətlərindəndir.

Tarix Fransanın çoxsaylı vəhşiliklərinə şahiddir. Bu baxımdan, o həm də uşaq qatilidir. Cinayətkar vardanyanları müdafiə, işğala və təcavüzkara havadarlıq etməklə bu dövlətin nümayəndələri, rəsmilər insanlığa qarşı əməllərini ört-basdır edə bilmirlər. Tarixində çoxsaylı cinayətləri olan ölkənin rəsmi təmsilçiləri, deputatları bu hərəkətləri ilə həm də Fransanı ifşa edirlər.(Report)

Oxunub: 30
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-05-2026, 17:05

Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / İqtisadiyyat

4-02-2026, 16:19

Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

13-03-2025, 16:49

Makronun Fransa üçün ən böyük “nailiyyəti” – Paris autsayder vəziyyətinə salınıb - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-10-2024, 16:49

Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

17-11-2023, 12:52

Salyanda YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Bugün, 12:30
Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
Bugün, 12:00
Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
Bugün, 10:00
Kişi özünü çardaqda ASDI
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Son xəbərlər
  • Bugün, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • Bugün, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • Bugün, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • Bugün, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • Bugün, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • Bugün, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • Bugün, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • Bugün, 10:00
    Kişi özünü çardaqda ASDI
  • Bugün, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • Bugün, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bugün, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə