• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

30-09-2024, 14:27

"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB

Hazırda həbsdə olan "KAT HOLDİNG” MMC-nin təsisçisi Elçin Ələkbərov 5-ci ildir ki, davam edən istintaq-məhkəmə prosesslərinin gedişatından narazılıq ifadə edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Sədri cənab İnam Kərimova, Bakı Apellyasiya Məhkəməsinin Sədri cənab Mübariz Əkbərova və KİV-ə müraciət ünvanlayıb.

Qaynarinfo redaksiyaya daxil olan müraciəti kiçik ixtisarla dərc edir:

"Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən "MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb. İstintaq gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mən, Ələkbərov Elçin Bəşir oğlu "KAT HOLDİNG” MMC-nin təsisçisi - 30.07.2020-ci tarixdə barəmdə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi qaldırıb və həbs olunmuşam. 2 ilə yaxın aparılan istintaqın nəticəsində müəyyən edilib ki, guya mən həmin cəmiyyətin direktoru Mayil İbadov ilə cinayət əlaqəsinə girərək cəmiyyətə məxsus olan 2 binadakı mənzillərdən 34 ədədini 1.900.128.68 manata satıb, onun 330.724 manatını cəmiyyətin müxbir hesabına köçürüb, qalan 1.563.404.68 manatını birlikdə bölüb öz "ehtiyacımıza” sərf edib, bununla da AR CM-nin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişik.

Bir ilə yaxın iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıldıqdan sonra 12 dekabr 2022-ci il tarixli hökmü ilə məhkəmə bizim bu "cinayət əməllərimizi” ayrı-ayrılıqda CM-nin 179.4 və 308.2-ci maddələrindən həmin məcəllənin 313-cü maddəsinə tövsüf edib CM-nin 42.2.1-ci maddəsinə əsasən bizə cəza təyin etməyərək göstərmişdir ki, həmin mənzillərin satışından əldə olunan pullar tərəfimizdən mənimsənilməyib, onlar tikinti işlərinə yönəldilmişdir.

Göstərilən hökmdən bizə bəraət verilməsi, "zərərçəkmiş” Litva vətəndaşı Pocius Povilas və prokuror vasitəsi ilə barəmizdə CM-nin 179.4-cü maddəsi ilə 14 ilə qədər azadlıqdan məhrum olunmağımız üçün apellyasiya şikayətləri və protest verilmişdir.

İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da, Bakı Apellyasiya Məhkəməsi nəinki onu yekunlaşdırır, hələ 13.08.2024-cü il tarixli qərarı ilə "zərərçəkmiş” P.Povilasın və prokurorun vəsatətləri əsasında təkrar (bundan əvvəlki ekspertizanın keçirilməsinə 6 ay vaxt sərf edilmişdir) kompleks məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin etdi.

Baxmayaraq ki, qaldırılan sualların hamısının cavabı işin materiallarında var və məhkəmədə o mənasız vəsatətləri işin baxılmasının uzadılması kimi qiymətləndirib AR CPM-nin 397.4-cü maddəsinə əsasən rədd etmək əvəzinə təmin etdi.

İlk baxışdan prokuror və hakimlər bilikli, profesional, öz işlərini bilən yüksək ixtisaslı hüquqşünaslar təsiri bağışlasalar da, bizə qarşı sürülən CM-nin 179.4-cü maddəsində P.Povilasın CPM-in 87-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs qismində tanınmadığı halda məhkəmə nəyinki apellyasiya şikayətini qanunsuz olaraq baxışa təyin etmişdir, hələ üstəlik indi də onun yuxarıda göstərilən (güman ki, xüsusi tapşırıq əsasında) vəsatətini təmin etdi.

Maraqlıdır: Mən öz vəsaitim hesabına tikdirdiyim 3 yaşayış binamdan birini -12 mərtəbəli 60 mənzildən ibarət tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş (3.526.527 manata başa gələn) 27 saylı binamı müvafiq dövlət qurumunun sərəncamına təmənnasız verməyimi prokurorluq cinayət hesab etmir, amma digər 2 binamdakı mənzillərimdən 34 ədədini satdırdığıma görə (baxmayaraq ki, alınan vəsait bilavasitə tikintiyə yönəlmişdir) hər birimizə 14 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tələb edir.

Məhkəmənin "ittihamımıza” heç bir aidiyyatı olmayan qərarındakı göstərişlərin, yəni (2017-ci ilin oktyabr ayından 5 mart 2020-ci il tarixədək olan müddətdə tikintidəki ofis xidməti və işçilərə, mühəndis-fəhlə heyətinə, texnika, avadanlıq və qurğuların icarəsinə və ümumiyyətlə 27, 28, 29 saylı binaların inşaasına çəkilmiş real ümumi xərclərin və mal-materialların alınmasını təsdiq edən sənədlərin mövcudluğunu, onların qaydada aparılıb-aparılmamasını, binalardakı bütün mənzillərə baxışın keçirilməsinə 5 mart 2020-ci il tarixdən indiyə kimi aparılan tikinti-təmir işlərinin müəyyən olunmasına 200-ə yaxın mənzillərdə baxışın keçirilməsinə və s. və i.) bütün bunların araşdırılıb müəyyən edilməsi üçün nə qədər vaxt sərf edilə biləcəyini təsəvvürümə gətirə bilməsəm də, qərarda göstərilən "AR CPM-nin 140.0.1-140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların - yəni cinayət işində ölənin və yaxud psixi xəstəlikdən əziyyət çəkən şəxsin müəyyən edilməsinə”- mən hiss edirəm ki, bax buna çox vaxt lazım gəlməyəcək.

Belə ki, 10 milyon manat öz pulumu xərcləyib, tikdirdiyim 3 binadan birini də müvafiq dövlət orqanına hədiyyə verdiyim halda mən özgə əmlakını talamaqda ittiham edilərək 14 il müddətinə azadlıqdan məhrum olunmam tələbi az imiş kimi, hələ CM-nin 178.4-cü və s. maddələri ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişəm. Guya 2017-2018-ci illərin ayrı-ayrı tarixlərində bir neçə dəfəyə Bakı şəhəri, Nərimanov rayonundakı Bankın qarşısında P.Povilasın 2.020.745 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmuşam. Bu barədə P.Povilasın özünün nə müraciəti, nə izahatı, nədə ki, ifadəsi cinayət işinin materiallarında yoxdur. Üstəlik də "pulu mənə şəxsən, əlbəəl verdiyi” günlərin bir neçəsində P.Povilasın özü heç Azərbaycan Respublikasının ərazisində olmamışdır.

Görünür bu dünyada insanları kimliklərindən asılı olmayaraq həqiqətən də birləşdirən ümumi maraqlarıdır.

Belə ki, P.Povilas xüsusi canfəşanlıq edərək çalışır ki, (maraqlı və təəcüblüdür ki, o bütün istəklərinə nədənsə bir qayda olaraq nail olur?!) hələlik işin mahiyyəti üzrə baxılması uzadılsın. Qorxur ki, onun Azərbaycan Respublikasına 2 milyon dolları hansı yollarla gətirilməsinin üstü açılmaqla bərabər, həm də bilə-bilə bizə qarşı böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Ümid edir ki, məni şərləyib, tutdurub 14 ilə qədər azadlıqdan məhrum etdirsə, mən - müxtəlif ağır xroniki xəstəliklərdən əziyyət çəkən şəxsin yaşaması uzun çəkməyəcək və o da "KAT Holding” MMC-yə yiyələnəcək.

Hesab edirəm ki, prokurorluq orqanları qaldırdıqları cinayət işinin ağır nəticələr doğuracağını diqqətə almalıdır.

Məhkəmə- bəraət hökmü çıxarsa qisas, ittiham hökmü çıxarsa cəza obyektinə çevrilə biləcəyindən ehtiyyat edib müxtəlif gülünc, qanunsuz ekspertizalar təyin etməklə işin mahiyyəti üzrə baxılmasını qəsdən uzadır.

Barəmizdəki - 2 təqsirləndiriləndən, 1 nəfər zərərçəkən şəxsdən, 2 epizoddan ibarət cinayət işinin araşdırılması ilə azı 10-15 müstəntiq, bir o sayda prokurorun, 30-a yaxın hakim və vəkilin, tərcüməçilərin, texniki işçilərin və s. iştirakı ilə 5-ci ildir ki, istintaq-məhkəmə prosessləri hələ də davam edir və yaxın illərdə onun yekunu da görünmür.

Belliklə, əsassız, qanunsuz ittihamlar, məhv edilən talelər, dağılan ailələr və onların gələcəkləri 1001 əziyyətə düçar olunmuş üzvləri...

P.S. Qanun, onun qərəzsiz tətbiqi budursa onda zülm və işgəncə vermək üçün istifadə olunan alətlərin adları nədir?!!!"

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Baş Prokurorluq tərəfindən verilən açıqlamada bildirilirdi ki, bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən "MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb. İstintaq gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib."

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-09-2024, 10:46

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı -TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-07-2024, 20:03

Qalmaqallı iş adamı həbsdə olan MTN generalını məhkəməyə verdi - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

12-03-2024, 12:34

Saxta hərbi bilet verilməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

23-02-2024, 14:00

Vəzifəli şəxsə cinayət işi açıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-10-2023, 11:18

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Xəzər dənizində zəlzələ olub
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hadisə
Bugün, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Bugün, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Son xəbərlər
  • Bugün, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • Bugün, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • Bugün, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • Bugün, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • Bugün, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • Bugün, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
  • Bugün, 11:58
    İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
  • Bugün, 11:01
    DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
  • Bugün, 10:19
    Xəzər dənizində zəlzələ olub
  • Bugün, 09:52
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • Dün, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • Dün, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • Dün, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • Dün, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • Dün, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • Dün, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dün, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • Dün, 11:42
    Kəlbəcərə dolu düşüb
  • Dün, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • Dün, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • Dün, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • 20-08-2026, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • 20-08-2026, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • 20-08-2026, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • 20-08-2026, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • 20-08-2026, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • 20-08-2026, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • 20-08-2026, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • 20-08-2026, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • 20-08-2026, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • 20-08-2026, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • 20-08-2026, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • 20-08-2026, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
  • 20-08-2026, 09:09
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə