• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

11-01-2025, 15:22

“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..

Xəbər verildiyi kimi, Azərbaycanda qadın həkim-cərrah əməliyyat zamanı doğum gününü qeyd edib. Bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Beləcə, həkim və həmkarları hər şeydən öncə gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Səhiyyə Nazirliyi Bakıda yerləşən adı çəkilən özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib. Klinika isə nazirliyin araşdırması bitənədək L.Əliyevanı işdən uzaqlaşdırıb.

Bu arada isə teleaparıcı Rövşanə Ağasəfqızı fakta orijinal reaksiya verib. O, sosial media hesabında yazıb: “Həkimə gedəndə təqvimə baxın bundan sonra... Canınızı etibar edəcəyiniz adamın həmin gün doğum günü, toy günü, göbəkkəsdi, xınayaxdı, ciyəraxşamı, sünnət partisi varsa, qəti, qəti həmin tarixə əməliyyat müəyyən eləməyin. Başı qarışar şam üfürməyə. İnstrumenti-zadı qalar bədəninizdə. Gəl, bir ömür yoxlama keçidlərində girinc qal ki, üzərində cikkildəyən nədir. Lazımdır sizə? Xata-baladan bəri başdan uzaq olun...”

Teleaparıcı haqlıdırmı? Doğrudanmı belə vəziyyətlərdə cərrah “qaş düzəltdiyi yerdə göz çıxara” bilər? Həkimin və tibb personalının bu davranışı əməliyyat stolundakı xəstə üçün nə dərəcədə risk yaradır? Hansı cərrahi əməliyyatlar zamanı cərrah xüsusilə diqqətli olmalıdır. Əməliyyat girərkən onun əvəzedicisi (cərrah) olurmu? Əməliyyat gedərkən cərrahiyə otağına kimlər girə bilməz?

Mütəxəssislər qeyd edir ki, cərrahiyyə əməliyyatları zamanı həkim və tibb personalının davranışı xəstənin təhlükəsizliyi və əməliyyatın uğuru üçün son dərəcə vacibdir. Əməliyyat otağında diqqətsizlik və ya qeyri-peşəkar davranışlar ciddi risklər yarada bilər.

Bütün cərrahi əməliyyatlar diqqət və dəqiqlik tələb etsə də, bəzi prosedurlar xüsusilə həssasdır:

Beyin və neyrocərrahiyyə əməliyyatları: Ən kiçik səhv belə ciddi nevroloji fəsadlara səbəb ola bilər.

Ürək cərrahiyyəsi: Ürək və böyük damarlarla bağlı əməliyyatlar yüksək risk daşıyır və cərrahın tam konsentrasiyasını tələb edir.

Laparoskopik əməliyyatlar: Bu minimal invaziv üsul xüsusi diqqət və təcrübə tələb edir.

Əməliyyatlar adətən baş cərrahın rəhbərliyi altında həyata keçirilir. Lakin uzun müddət davam edən və ya mürəkkəb əməliyyatlarda cərrahın yorğunluğunu nəzərə alaraq, ikinci bir cərrah və ya köməkçi cərrah iştirak edə bilər. Bu, əməliyyatın fasiləsiz və təhlükəsiz aparılmasını təmin etmək üçündür.

Əməliyyat zamanı otağa giriş ciddi şəkildə məhdudlaşdırılır:

İcazəsiz şəxslər: Əməliyyat otağına yalnız əməliyyatda birbaşa iştirak edən tibb personalı daxil ola bilər. Digər şəxslərin girişi infeksiya riski və əməliyyatın gedişatına müdaxilə baxımından qadağandır.

Sterillik qaydaları: Əməliyyat otağının sterilliyi qorunmalıdır. Bu səbəbdən, otağa daxil olan hər kəs xüsusi geyim və steril prosedurlara riayət etməlidir.

Bu qaydalara əməl etmək xəstənin təhlükəsizliyi və əməliyyatın uğuru üçün əhəmiyyətlidir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb:

“Öncə qeyd edim ki, baş verən son hadisə xoşagəlməzdir. Məsələ burasındadır ki, hansısa yeniliklərə guya imza atarkən biz ilk öncə düşünməliyik ki, qanunları nə dərəcədə pozur və ya onlara əməl edirik. Bu, bizim üçün hər zaman sərhəd olmalıdır və bütün fəaliyyətimizdə nəzərə alınmalıdır. Ümumiyyətlə, qayda-qanunlara görə, əməliyyat otağına kimliyindən asılı olmayaraq, işi olmayan şəxsin daxil olması qadağandır. Əməliyyat otağında gigiyena qaydalarının gözlənilməsi isə çox mühüm bir məsələdir.

Digər bir məqam, həkimin əməliyyat prosesində tam adekvat və ayıq olmasıdır. Həkimin diqqətinin əməliyyatdan yayındırılması və bu cür mənasız işlərə qarışması, əməliyyatın ləngiməsinə səbəb ola bilər və bu, xəstənin həyatı üçün real risk, təhlükə yarada bilər. Baş verən hadisə ilə bağlı mütləq şəkildə müəyyən ölçü götürüləcək ki, bu cür hadisələr bir daha təkrarlanmasın. Bu əslində birbaşa səhlənkarlıqdır. İndi təsəvvür edin ki, çəkilməyən və gizli şəkildə baş verən nə qədər yanlışlıqlara yol verilmə var. Buna görə də səhiyyə ilə bağlı məsələlərdə çox ciddi yanaşma tələb olunur. Bütün özəl sektorlar xəbərdar olmalıdır ki, tibbin qanunları ilə işləyən müəssisə hər hansı sahibkara məxsus ola bilər, lakin heç bir sahibkarın haqqı yoxdur ki, həmin müəssisədə ağlına gəldiyi kimi fəaliyyət göstərsin. Həmin müəssisə Azərbaycanın tibbi qanun və qaydalarına uyğun şəkildə fəaliyyət göstərməlidir. Çünki həmin müəssisələrin qarşısında duran əsas hədəf genefondun sağlamlığıdır. Bunu heç kim unutmamalıdır".

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət / Araşdırma

11-01-2025, 13:35

Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-01-2025, 10:45

Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

11-07-2024, 11:27

Plastik əməliyyatda ölən iki uşaq anasıyla bağlı - Şok faktlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

24-12-2023, 11:01

Leyla Əliyeva dövlət başçısının doğum günü münasibətilə paylaşım edib - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

6-07-2023, 13:17

Zaur Baxşəliyevin əməliyyat zamanı etdikləri tənqid edildi - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
14-10-2026, 08:49
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
14-10-2026, 08:49
Bu yollar bağlı olacaq
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
Son xəbərlər
  • Dün, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
  • 15-10-2026, 10:50
    Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
  • 15-10-2026, 10:50
    FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
  • 15-10-2026, 10:49
    Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
  • 15-10-2026, 10:49
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:15
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:14
    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
  • 14-10-2026, 08:49
    Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
  • 14-10-2026, 08:49
    Bu yollar bağlı olacaq
  • 14-10-2026, 08:47
    “Bu qərarlara görə illər sonra təşəkkür edəcəksiniz”
  • 14-10-2026, 08:44
    “Mən bunu problem olaraq görmürəm” - Şeyxülislam
  • 14-10-2026, 08:44
    Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb
  • 14-10-2026, 08:43
    Bu ərazilərdə qaz olmayacaq
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə