• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

13-01-2025, 12:37

Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"

Gəncə şəhərinin bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Gəncədə marşrut xətlərində 1992-1993-cü illərdən qalma sınıq-salxaq avtobusların fəaliyyət göstərməsindən şikayət edirlər:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, illərdir mövcud olan problemimizi işıqlandırasınız.

Diqqətinizə çatdıraq ki, Gəncə şəhərində ictimai nəqliyyatın vəziyyəti bərbad gündədir. Avtobusların əksəriyyəti 1992-1993-cü illərdən qalmadır, içləri görünüşlərindən də bərbad gündədir. İçəridə qazın və kirin iyisindən oturmaq mümkün deyil.

Sürücülərə məcburiyyətdən bu maşınları idarə edirlər. Siqaret çəkməyə və yaxud yemək yeməyə belə, vaxtları olmur.

Gəncədə dayanacaqlar da bərbad gündədir. Kim harda istəyir, orada da avtobusu saxlatdırır.

Bildiyiniz kimi, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Lakin burda vəziyyət ürəkaçan deyil. İş yox, nəqliyyat bərbad gündə, yollar dağılır. Bir sözlə, şəhər baxımsız vəziyyətdədir.

Sürücülərin hər biri gün ərzində 14-15 saat işləyirlər. İstirahət vaxtları belə, yoxdur. Həm maşın sürür, həm də çörək yeyirlər.

Bu məsələyə diqqət ayrılmalı, ciddi tədbir görülməlidir. Vaxt problemi olduğu üçün sürücülər də maşını təhlükəli idarə edirlər.

Gəncə şəhərində 3-4 yeni avtobus var ki, onların daxili və xarici görünüşləri normaldır, amma onlar da vaxtla əlaqədar olaraq təhlükəli idarə edirlər. Dispeçer sadəcə yolun qırağında durub, pul yığmaq üçün fəaliyyət göstərir. Əhalini fikirləşən yoxdur. Üstəlik, bu cür yararsız avtobuslarda gediş haqqının 50 qəpik olması da çoxdur.

Daha bir vacib məsələ isə odur ki, axşam saat 8-dən sonra şəhərdə avtobus tapmaq mümkün olmur. Bir çoxları planı təhvil verdiyi üçün evinə gedir, əziyyət çəkən sakinlər olur.

Biz sakinlər sizin qəzet və sayt vasitəsilə Yerüstü Nəqliyyat Agentliyinə müraciət edirik. Xahiş edirik, bu yaman günlü avtobusları şəhərdən çıxarsınlar.

Onu da qeyd edək ki, rayonlarda ictimai nəqliyyat daha bərbad gündədir”.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır: “Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur.

Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində sərnişindaşımaya 18 yeni və müasir avtobus cəlb edilib. 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro-6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək”.

Oxunub: 84
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

20-11-2024, 11:26

Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

25-10-2024, 16:24

“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

30-09-2024, 10:14

“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-09-2024, 08:36

Yəqin bu üfunətdən başçı xəbərsizdir... - GİLEY [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-07-2024, 18:59

Gəncə sakinləri dərdlərini KİMƏ DESİNLƏR? - GİLEY [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Bugün, 17:35
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Bugün, 15:37
Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Bugün, 13:55
Şəkidə 4 nəfəri çaqqal dişləyib
Bugün, 13:52
Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
Bugün, 11:37
Faciədən əvvəlki görüntüləri
Bugün, 10:08
Sabirabadda kişinin meyiti anbarda tapıldı
Son xəbərlər
  • Bugün, 17:36
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • Bugün, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • Bugün, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • Bugün, 15:36
    Sabah çimərlik havası olacaq?
  • Bugün, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • Bugün, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • Bugün, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • Bugün, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • Bugün, 13:51
    Pensiya alanlara şad xəbər
  • Bugün, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • Bugün, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • Bugün, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • Bugün, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • Dün, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • Dün, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • Dün, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • Dün, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • Dün, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
  • Dün, 12:23
    "Şəki yaylası"nda iki nəfərin ölümünün səbəbi AÇIQLANDI
  • Dün, 12:22
    Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır
  • Dün, 12:22
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • Dün, 12:21
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Dün, 12:02
    Xəzərdə zəlzələ oldu
  • Dün, 12:01
    Toy olmayacaq - "Bir oyun idi, bitdi"
  • 9-09-2026, 20:59
    Mərhum həyat yoldaşı ilə bağlı paylaşım etdi
  • 9-09-2026, 20:58
    “Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı”
  • 9-09-2026, 20:58
    Dövlət qurumları əhaliyə səsləndi: Bu şəxslər nəzarətə götürülür!
  • 9-09-2026, 20:57
    Zaur Rzayev xəstəxanaya yerləşdirildi
  • 9-09-2026, 20:57
    Geyimlərini satışa çıxardı, tənqid olundu
  • 9-09-2026, 20:56
    Rol yoldaşı ilə eyni gündə vəfat edib…
  • 9-09-2026, 20:56
    Qohumunun məzarını ziyarətə getdi - Çantasını alıb qaçdılar
  • 9-09-2026, 20:47
    Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
  • 9-09-2026, 20:47
    Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
  • 9-09-2026, 20:46
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • 9-09-2026, 13:23
    Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə